Cümhuriyyəti yıxan adam – ARAŞDIRMA

18:23 / 02.05.2020
Baxılıb: 656

...1919-cu ilin əvvəllərində Şuşa şəhərində yerləşən Qarabağ qəzası general-qubernatorluğunda yeni bir şəxs peyda oldu. Məğrur duruşlu, zadəgan görkəmli, çərkəzi geyimli bu gənc Qarabağın və Zəngəzurun hörmətli simalarından olan İldırım bəy Sultanovun oğlu Çingiz bəy (Çingiz İldırım) idi. Şuşaya gəldiyi ilk günlərdən Çingiz İldırım general-qubernatorluq yanında Şuranın üzvü təyin olundu və çox keçmədi ki, qubernatorluqda dəftərxana müdiri, daha sonra isə vitse-qubernator vəzifələrinə qədər yüksəldi. 

Bu yüksəlişə heç kim təəccüb də eləmirdi. Onun ali təhsilli mühəndis olması və bəy əsil-nəcabəti burada az rol oynamırdı. Şuşada fəaliyyətə başladığı ilk günlərdən Çingiz İldırım yerli erməni və müsəlman bolşeviklərlə gizli əlaqələr qurdu. O, imkan düşdükcə bolşevikləri silah və ədəbiyyatla təmin edir, polisin əlinə keçən bolşevikləri azad etdirirdi.

1919-cu ilin iyun ayında Şuşa və Gorus polisinin həbs etdiyi bir qrup bolşevikin onun tərəfindən azad etdirilməsində maraqlı bir məqam diqqəti cəlb eləyir. Dustaqlar Qarabağ general-qubernatorunun möhürü və imzası olan blankda yazılmış göstəriş əsasında azad edilmişdi. Ən maraqlısı isə odur ki, müavininin işləri barədə dəfələrlə Xosrov bəyə məlumat verilsə də bu müəmmalı məsələlər araşdırılmamış qalmışdı.

Çingiz İldırımın kəndlərdə mövcud quruluşa, bəylərə və varlılara qarşı çıxışlarını, hətta öz doğma qardaşının əlavə torpaq sahəsini əlindən alaraq yoxsul kəndlilərə verməsini kəndlilər təəccüblə, bəylər isə qəzəblə qarşılayırdı. 

“...Gələcəkdə yaradılacaq yeni, ədalətli məhkəmə bütün müqəssirləri, zəhmətkeş xalqı istismar edənləri mühakimə edib cəzalandıracaq, onlardan intiqam alacaq”. 

1919-cu ilin iyulunda Şuşa qəzasının Mafruzlu kəndindən olan Alışbəylə aralarında baş vermiş münaqişədən sonra Çingiz İldırımın kənd camaatı qarşısındakı bu çıxışı isə Qarabağ bəylərinin ona olan münasibətini tamamilə dəyişdi. Xosrov bəyin qorxusundan nifrətlərini açıq büruzə verməsələr də, artıq Çingiz İldırımın gizlicə aradan götürülməsi üçün plan hazırlanırdı. Belə bir dövrdə - 1919-cu ilin avqustunda Çingiz İldırım müəmmalı şəkildə general-qubernatorluqdan Bakıya çağırıldı. Ancaq bu onun Şuşada hökumət əleyhinə fəaliyyəti ilə bağlı deyildi. Əksinə ona Nazirlər kabinetində daha yüksək vəzifə təklif olunurdu...

Həmin dövrdə Şimali Qafqaz Denikinin əlində olduğundan Bakı və Sovet Rusiyası arasındakı yollar bağlı idi. Ona görə də Bakıda gizli fəaliyyətlərini bərpa etmiş bolşeviklər Bakı Həştərxan dəniz yolu ilə partiyanın Mərkəzi Komitəsi və Sovet hökuməti ilə əlaqə yaratmağı qarşılarına məqsəd qoymuşdular. Bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirmək üçün isə hər şeydən əvvəl Xəzər dənizi matros və fəhlələri içərisində, Bakı limanında məsul vəzifələrdə baçarıqlı bolşevik işçilərə malik olmaq lazım idi.

Elə Çingiz İldırımın da Bakıya çağrılmasının gizli məqsədi bu idi. Ona eyni zamanda iki vəzifə verildi: Bakı limanı rəisinin baş köməkçisi və Hərbi donanmanın rəis müavini. Bir neçə aydan sonra isə Nəqliyyat nazirinin su nəqliyyatı üzrə səlahiyyətli nümayəndəsi vəzifəsi də ona tapşırıldı.

Xəzər dənizindəki bütün hərbi və mülki donanma faktik olaraq Çingiz İldırımın səlahiyyətində idi. Hərbi Donanmada “Qars”, “Ərdəhan” və “Yunanıstan” gözətçi qayıqları, “Kursk”, “Oryol”, “Astrabad” və “Göy Təpə” xidmət gəmiləri, “Araz” hidroqraf gəmisi, “Bayıl” yedək gəmisi, “Puşkin” kreyseri və “Ələsgəriyyə” hospital gəmisi vardı. 

Bu gəmilərdə qulluq edən azərbaycanlı zabitlər əsasən keçmişdə ticarət donanmasında qulluq etmiş dənizçilər idi. Gəmilərdə qulluq edən rus zabit və əsgərlər isə Milli donanmada qulluq etmək istəmirdilər və yerli zabitlərlə münasibətləri o qədər də yaxşı deyildi. 

ADR hökumətinin Çingiz İldırımı birdən-birə belə bir məsul sahəyə təyin etməsi doğrudan da təəccüb doğuran bir hadisədir. Şuşada hökumət əleyhinə fəaliyyətini bir kənara qoyub, təkcə tərcümeyi-halına diqqət yetirmək kifayət idi ki, onun bolşevizmə nə qədər sadiq bir insan olduğunu aydın görəsən. O, 1916-cı ildə mühəndis-metallurq ixtisası üzrə Petroqrad Politexnik İnstitutunu bitirdikdən sonra burada “Ayvaz” mexaniki zavodunda mühəndis kimi fəaliyyətə başlamışdı. Zavodda işlədiyi müddətdə bolşeviklərə qoşulmuş, hətta 1917-ci il oktyabrın 25-də (yeni stillə noyabrın 7-də) Qış Sarayına hücumda iştirak etmişdi. 

1917-ci ildən 1919-cu ilin ortalarına qədər Rusiya Xalq Komissarları Sovetində Rusiya müsəlmanlarının işi üzrə büroya rəhbərlik etmişdi. O zaman Çingiz İldırım eyni zamanda Petroqrad Hərbi Komissarlığında müsəlman hərbi kollegiyasına rəhbərlik edirdi. 1918-ci ilin iyununda Çingiz İldırım Peterburqda və Şimal vilayətində ilk müsəlman hərbi eskadronunu yaratmışdı. Qızıl əsgərlər tərəfindən sonralar «İldırımiyyə» adlandırılan bu eskadron Qızıl Ordu tərkibində vətəndaş müharibəsində, Şərq çəbhəsində düşmənə qarşı vuruşmalarda iştirak etmişdi.

Çingiz İldırımın yeni vəzifəsindəki fəaliyyətinə keçməzdən əvvəl onun bu pilləyə qədər yüksəlməsindəki müəmmalara qismən aydınlıq gətirəcək bir məqama diqqət yetirməyi vacib sayırıq.

Aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti elan olunduqdan dərhal sonra Qarabağ qəzasının general-qubernatoru Xosrov bəy Sultanov özünü Qarabağ Hərbi İnqilab Komitəsinin sədri elan elədi. Çingiz İldırım onun bu vəzifədə saxlanılmasını N.Nərimanovdan xahiş etsə də o bu təklifi qəbul etmədi və iki həftə sonra bu vəzifəyə Dadaş Bünyadzadəni təyin etdi. 

1920-ci ilin 12 may tarixində XI Qızıl Ordunun Xüsusi Şöbəsinin müdirinin əmri ilə Xosrov bəy həbs olundu və 1920-ci ilin 9 avqustunda onun şəxsi işi Ali Tribunala verildi. Ancaq N.Nərimanov, Ə.H.Qarayev və Ç. İldırım Ali Tribunala onun keçmiş xidmətlərini nəzərə alaraq azad edilməsi xahişi ilə müraciət etdilər. Xosrov bəy azad olundu və 1923-cü ilə qədər Azərbaycanda yaşadıqdan sonra Türkiyəyə mühacirət etdi.

1919-cu ildə Çingiz İldırım bolşeviklər partiyasının tapşırığı ilə Bakıdan Rusiyaya neft daşıyan Xüsusi dəniz ekspedisiyasını yaratdı. Dəniz ekspedisiyasının Həştərxana gedən və Bakıya qayıdan bütün qayıqlarının yola salınmasında S. M. Kirov şəxsən iştirak edir və dənizçilərə lazımi tapşırıqlar verirdi. Dəniz ekspedisiyasına daxil olan hər bir qayığın təklikdə hərəkət planı var idi və bir qayığın ekipajının digərinin işindən xəbəri yox idi. İş son dərəçə gizli aparıldığından ekspedisiyanın bütövlükdə fəaliyyəti əsasən S. M. Kirova, A. İ. Mikoyana. Çingiz İldırıma və başqa rəhbər bolşeviklərə məlum idi.

Xususi dəniz ekspednsiyasından olan hər bir qayığın Bakıdan təhlukəsiz yola salınmasını və qarşılanmasını Çingiz İldırım bilavasitə təşkil edir və onun işini planlaşdırırdı. Bu sahədə, donanmada və limanda səmərəli iş aparmaq üçün o, partiyanın tapşırığı ilə onlarca kommunisti əlverişli vəzifələrə işə düzəltdi. Məsələn, partiya tərəfindən Həştərxandan Bakıya gizli işə göndərilmiş Yan Lukyanenkonu Çingiz İldırım. Aleksandr Leontiyeviç Titorets adı ilə Bakı dəniz limanında məsul vəzifəyə işə duzəltmişdi.

ADR nəqliyyat rabitə nazirinin Dəniz nəqliyyatı üzrə xüsusi müvəkkili Çingiz İldırımın imzası ilə Yan Lukyanenkoya verilən vəsiqədə gösərilir ki, A.L.Titorets ADR hökuməti nəqliyyat rabitə nazirinin dəniz nəqliyyatı üzrə gizli məmurudur. O, Bakı limanına qaçaq mal gətirən və aparan gəmilər üzərində dövlət nəzarətçisidir.

1919-cu il noyabrın axırlarına aid polis sənədlərindən birində bolşeviklərin Bakı- Həştərxan arasınlakı əlaqəsi haqqında deyilir: “Həştərxandan gələn qayıqlar bolşevik təbliğatı məqsədilə Bakıya görkəmli kommunistlər gətirirlər və buradan geriyə, Bakıdan Həştərxana ağ neft və benzin aparırlar”.Ancaq Bakı polisinin xəbəri yox idi ki, qayıqlarla Bakıya külli miqdarda pul və silah daşınır. Ekspedisiyanın dənizçiləri son dərəcə dəqiq və ehtiyatla hərəkət edirdilər.

A. P. Mikoyan Türküstan cəbhəsinə komandanlıq edən M. V. Frunzenin bilavasitə yaxından köməyi ilə Bakı və Dağıstan bolşevikləri üçün çoxlu miqdarda silah göndərilməsini təşkil edirdi.

1920-ci il martın 6-da A. İ. Mikoyan Daşkənddən telefonla o zaman Həştərxanda olan S.M.Kirova məlumat verərək deyirdi: “Bakını və Dağıstanı silah və pulla təchiz etmək üçün biz burada bütün tədbirləri görüruk”. 

Orta Asiyadan və Həştərxandan gətirilən silahların ələ keçməməsi üçün bütün lazımi tədbirləri Çingiz İldırım həyata keçirir, silahları bolşeviklərin Qaraşəhərdəki və Bayıldakı gizli silah anbarlarında yerləşdirirdi. 

Həmin vaxtlarda, martın 25-də A.İ.Mikoyan Krasnovodskdan Bakı bolşeviklərinə göndərdiyi teleqramında yazırdı:
“Türküstan Hərbi-İnqilab Şurası Qafqaz Ölkə Komitəsinin ehtiyacı üçün Storojuk yoldaşla Bakıya patronla bərabər yeddi yüz tüfəng və beş milyon manat pul göndərdi”. 
Bu, təkcə mart ayı ərzində Bakıya daşınan silah-sursatın kiçik bir qismi idi.

Çingiz İldırım silahlı üsyana hazırlıq dövründə həm də orduda və donanmada ideoloji təbliğat işlərinin gücləndirilməsini vacib sayırdı. 1920-ci il yanvarın 5-də kommunistlərin hərbi təşkilatının Mərkəzi İnqilab qərargahı Çingiz İldırımın təklifi ilə orduda və donanmada gizli bolşevik təbliğat şöbələrinin yaradılmasını qərara aldı. (AzVision.az)

Füzuli Sabiroğlu


Etiket:
Xəbərlər

Həm təklikdən, həm də qaranlıqdan çox qorxuram - Rəşad Səfərov

05.06.2020

Sözsüz nəğmə - Məti Osmanoğlu

05.06.2020

Ziya Bünyadov Sumqayıt hadisələri haqqında : «XX əsrin mədəni ermənilərinin vəhşiliyi budur!»

04.06.2020

"Zorakılığa qarşı zorakılıq Şərdir!"

03.06.2020

Atəşlə doludur küllərim mənim

31.05.2020

İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

30.05.2020

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi

30.05.2020

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI.

28.05.2020

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

28.05.2020

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020

Poçt göyərçinləri məktubu neçə daşıyırdı?

19.05.2020

Laçınsız 28 il

18.05.2020

Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb

16.05.2020

Tanıdığımız və tanımadığımız Vəli Axundov

15.05.2020

Dünya ayağa qalxdı - İrəvan və Zəngəzur Azərbaycana qaytarılacaq - Müqavilə QÜVVƏSİNİ İTİRİB

14.05.2020

"M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadə ilə Qazaxıstanda görüşlərim" - Nəsiman Yaqublu

14.05.2020

İrəvan da daxil olmaqla Arazın hər iki tayının Azərbaycan adlandırlması ilə bağlı daha bir sənəd

13.05.2020

Zərdüştlük dini

12.05.2020

Peyğəmbərlər (ə) haqqında bilmədikləriniz

11.05.2020

QƏRBİ AZƏRBAYCAN (İRƏVAN) RESPUBLİKASI ELAN OLUNDU.

10.05.2020

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

10.05.2020

Göyçə həsrətli veteran - Fotolar

09.05.2020

Faşizm üzərində qələbədə Azərbaycan böyük töhfələr verib

09.05.2020

GÖYÇƏDƏN BAŞLAYIB AMERİKADA BİTƏN YOL        

09.05.2020

Şuşanın ən son görüntüləri - FOTOLAR

08.05.2020

8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür

08.05.2020

1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar

07.05.2020

Tabu - Rəşid Bərgüşadlı

07.05.2020

Mümkünmü ayırsın bizi "İNCİL" İLƏ "QURAN"?

06.05.2020

İrəvan əhalisinin tərkibinin dəyişdirilməsi

05.05.2020

Fərqanə Mehdiyevanın məşhur şeirləri 

03.05.2020

Cümhuriyyəti yıxan adam – ARAŞDIRMA

02.05.2020

BARBAROSDA QƏTL

01.05.2020

Vətənə və xalqa xidmət nümunəsi

01.05.2020

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnməsindən 11 il keçir.

30.04.2020

Zaur Ustac – qələmdar olmaq missiyası

29.04.2020

Vladimir İliç Ulyanov...

29.04.2020

İrəvanda qalmayan xalın sirri: Bir mahnının tarixi-ARAŞDIRMA

28.04.2020

Professor Abuzər Xələfov və Azərbaycan kitabxanaşünaslıq elmi

28.04.2020

Avropanın Türkiyədəki gizli erməni casus şəbəkəsi - Tarixi faktlar

27.04.2020

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

25.04.2020

KQB-nin təklifini rədd edib süpürgəçi işləyən şərqşünas

25.04.2020

Heydər Əliyev Göyçədə – Heç kimin bilmədiyi FAKT - FOTO

24.04.2020
Bütün xəbərlər