Tabu - Rəşid Bərgüşadlı

16:02 / 07.05.2020
Baxılıb: 660

Hamının yanında davaya çağırmışdı, getməsəydim, sonra məktəbdə adıma söz çıxardı, illah da, Səlbinin gözünün içinə dik baxammazdım. Amma o alçaq özüylə iki nəfər də gətirmişdi. Çatan kimi ağzımı açmağa da qoymadılar, saldılar məni ayaqlarının altına. İki gözüm bəs eləmirdi dalbadal təpikləri izləməyə.

Hay-hayım gedib vay-vayım qalanda dedim ki, kişiliyiniz çatırsa tək-tək gəlin. Onlar da dübarə tək-tək gəlib palaz kimi çırpdılar məni. Çulumu güclə götürüb cumdum evə. Böyük qardaşım halımı görüb əlindəki baltanı oduna sapladı, – Ədə, səni kim bu kökə salıb?! – gözləri hədəqəsindən çıxmışdı yazığın. – Dağbəyi! – bir az da ağlamsındım. İkimizin də Səlbiyə aşiq olduğunu kimsə qulağına çatdırmışdı. Məni verdi qabağa, söyə-söyə dalımca ağzıköpüklü yüyürdü qoca çinarın yanına. Getməmişdilər, şaqqanaq çəkib gülürdülər. Bizi görcək təzədən üstümüzə yeridilər. Nurlanın söyüşü ağzından çıxar-çıxmaz ikimizi də ot xorumu kimi bürmələyib yan-yana qoydular, təzədən “nə yemisən-turşulu şilə!”. O gün yerli-dibli nəhs gəlmişdi... Evə çatanadək Nurlan məni yolboyu o ki var sillə-şapalaq elədi, – Niyə üç nəfər olduqlarını demədin mənə?!.. – durduğu yerdə onu zibilə saldığım üçün cıqqırımı çıxara bilmirdim.  Elə bil üstümüzdən tank keçmişdi. Ah-ufla yolağadan qol-boyun həyətə girəndə dədəm gördü halımızı, – Bo!.. İt cumub ə sizə, bu nə haldı?! – tərs kimi də çomağı əlindəydi. Nurlan məni keçi qiymətinə satdı dədəmə... Əlqərəz, iki şığal da dədəm yun kimi çırpdı məni, – İtin küçüyü, çobanın oğluna nə yaraşır “zavmaq” qızına vurulmaq?! Başına yetim-yesir qızı qəhətdi?! Sənin eşqə düşən vaxtındımı, a itdən süd əmən?! Kitab oxu, kitab! Oxu, adam ol, qurtar canını çobanlıqdan!..  

* * *

Oxudum və dədəmin dediyi adamlardan oldum. Çıxdım kənddən. İşi tərs gətirən indi şəhərə mənim yanıma cumur. Bir gün Dağbəyi də minnətə gəldi. Kənddə acından köpük qusurmuş. Şəhərdə uçuq-salxaq daxmada kirayənişin qalırmışlar. İş istəyirdi məndən. Səlbidən dörd uşağı vardı, hələ arsız-arsız üzümə irişdi ki, beşinciyə də hamiləymiş arvadı. O danışdıqca məni necə təpiklədikləri kino lenti kimi gözümün qabağında canlanırdı. Bəlkə də Dağbəyi ovaxtkı davamızı unutmuşdu, amma mən bir zərrəsini də unuda bilmirdim o qaramat günün. Onu bağban işinə götürdüm. Hər səhər qabağımda ikiqat əyilməyi ürəyimə yağ kimi yayılırdı. Tez-tez pəncərədən boylanırdım ki, işdən sivişib kölgələnməsin, qoy günəş onun keçəlini daha çox döysün. Anası şəhərə gələndən sonra Səlbini də idarəyə xadimə götürdüm. Səlbi hər dəfə “Allah atana rəhmət eləsin, sən olmasaydın uşaqlarım acından ölərdi” deyəndə ona qarşı kinim bir az səngiyirdi. Amma bir gün Dağbəyi kənddəki həmin ayrılmaz dostlarını da ərklə otağıma gətirəndə bildim ki, yox, unutmayıblar məni döydüklərini. Dostlarını otaqdan qovdum, amma həmin gündən başladım Səlbinin işində qüsurlar tapmağa. Dağbəyinin yanındaca arvadını quru yuyub yaş sərirdim. Bircə dəfə kişiliyi çatmadı ki, sözümü çöndərsin, cavabımı versin. Əksinə, döşəməsiləni götürüb dəhlizi özü silirdi. Gül kollarını axşam işdən çıxanda tapdalayırdım, sabah isə yapışırdım Dağbəyinin xirtdəyindən. Alçaldıqca alçaldırdım, rəzil günə salırdım onu. Bir ara üç gün işə gəlmədi. Soruşdum, Səlbi dedi ki, qəssab işləyir. Ərinmədim, qəssabxananın sahibini tapdırdım və işdən qovdurdum onu. Dalınca da sifariş göndərdim ki, gəlib qancığını da götürüb rədd olsun yanımdan. Suyu süzülə-süzülə gəldi, amma gözünün mütüyünü tökə-tökə yalvar-yaxar elədi ki, işdən qovsam birdəfəlik batacaqlar və kəndə dönməyə məcburdular. Heç onları gözümdən iraq qoyarammı, kəndə geri dönmələrinə dözərəmmi! Dağbəyi adlı o alçağa həyatı zəhər eləmək boynumun borcudur.  Məndən çəkəcəkləri hələ qabaqdadır...  

Goyce.az


Etiket:
Xəbərlər

Həm təklikdən, həm də qaranlıqdan çox qorxuram - Rəşad Səfərov

05.06.2020

Sözsüz nəğmə - Məti Osmanoğlu

05.06.2020

Ziya Bünyadov Sumqayıt hadisələri haqqında : «XX əsrin mədəni ermənilərinin vəhşiliyi budur!»

04.06.2020

"Zorakılığa qarşı zorakılıq Şərdir!"

03.06.2020

Atəşlə doludur küllərim mənim

31.05.2020

İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

30.05.2020

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi

30.05.2020

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI.

28.05.2020

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

28.05.2020

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020

Poçt göyərçinləri məktubu neçə daşıyırdı?

19.05.2020

Laçınsız 28 il

18.05.2020

Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb

16.05.2020

Tanıdığımız və tanımadığımız Vəli Axundov

15.05.2020

Dünya ayağa qalxdı - İrəvan və Zəngəzur Azərbaycana qaytarılacaq - Müqavilə QÜVVƏSİNİ İTİRİB

14.05.2020

"M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadə ilə Qazaxıstanda görüşlərim" - Nəsiman Yaqublu

14.05.2020

İrəvan da daxil olmaqla Arazın hər iki tayının Azərbaycan adlandırlması ilə bağlı daha bir sənəd

13.05.2020

Zərdüştlük dini

12.05.2020

Peyğəmbərlər (ə) haqqında bilmədikləriniz

11.05.2020

QƏRBİ AZƏRBAYCAN (İRƏVAN) RESPUBLİKASI ELAN OLUNDU.

10.05.2020

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

10.05.2020

Göyçə həsrətli veteran - Fotolar

09.05.2020

Faşizm üzərində qələbədə Azərbaycan böyük töhfələr verib

09.05.2020

GÖYÇƏDƏN BAŞLAYIB AMERİKADA BİTƏN YOL        

09.05.2020

Şuşanın ən son görüntüləri - FOTOLAR

08.05.2020

8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür

08.05.2020

1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar

07.05.2020

Tabu - Rəşid Bərgüşadlı

07.05.2020

Mümkünmü ayırsın bizi "İNCİL" İLƏ "QURAN"?

06.05.2020

İrəvan əhalisinin tərkibinin dəyişdirilməsi

05.05.2020

Fərqanə Mehdiyevanın məşhur şeirləri 

03.05.2020

Cümhuriyyəti yıxan adam – ARAŞDIRMA

02.05.2020

BARBAROSDA QƏTL

01.05.2020

Vətənə və xalqa xidmət nümunəsi

01.05.2020

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnməsindən 11 il keçir.

30.04.2020

Zaur Ustac – qələmdar olmaq missiyası

29.04.2020

Vladimir İliç Ulyanov...

29.04.2020

İrəvanda qalmayan xalın sirri: Bir mahnının tarixi-ARAŞDIRMA

28.04.2020

Professor Abuzər Xələfov və Azərbaycan kitabxanaşünaslıq elmi

28.04.2020

Avropanın Türkiyədəki gizli erməni casus şəbəkəsi - Tarixi faktlar

27.04.2020

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

25.04.2020

KQB-nin təklifini rədd edib süpürgəçi işləyən şərqşünas

25.04.2020

Heydər Əliyev Göyçədə – Heç kimin bilmədiyi FAKT - FOTO

24.04.2020
Bütün xəbərlər