Faşizm üzərində qələbədə Azərbaycan böyük töhfələr verib

17:32 / 09.05.2020
Baxılıb: 908

"Mayın 9-da alman faşizminin üzərində Qələbənin 75-ci ildönümü tamam olur. İkinci Dünya müharibəsində əldə edilən bu tarixi qələbəyə Azərbaycan xalqı da böyük töhfələr verib. Vətənpərvər xalqımız qələbəni təmin etmək üçün döyüşən orduya yaxından və hərtərəfli kömək göstərib, arxa cəbhədə çalışanlar əsl şücaət və əzmkarlıq nümayiş etdiriblər. Müharibədə iştirak etmiş 600 min azərbaycanılının 300 min nəfəri döyüşlər zamanı həlak olub. Bütövlükdə, müharibədə iştirak edən 176 mindən çox azərbaycanlı döyüşçü orden və medallarla təltif edilib, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb". 

Goyce.az saytı Unikal.org-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Ağalar Vəliyev deyib. Onun sözlərin görə, Respublikamız müstəqillik qazandığı ilk illərdə veteranlara diqqət və qayğı nəinki unudulmuş, hətta bu tarixi günə yad nəzərlərlə baxırdılar:

"Nə xoş ki, xalqın təkidli tələbi ilə böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Bundan sonra Ulu Öndərin sərəncamı ilə mayın 9-u Qələbə Günü kimi rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməyə, müharibə veteranlarının sosial-məişət şəraitinin, maddi rifahının yaxşılaşdırılmasına başlandı, onların müalicələrinin təşkili istiqamətində əsaslı tədbirlər həyata keçirildi, müvafiq fərman və sərəncamlar imzalanıb. 

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Böyük Vətən müharibəsi iştirakçılarına, müharibədə həlak olanların ailələrinə göstərilən diqqət və qayğı bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında”, “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamları dediklərimizə real nümunədir.

Ölkə rəhbərinin sərəncamı ilə Böyük Vətən müharibəsi veteranlarına, müharibədə həlak olanların və sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik yardım edilməsi, müharibə iştirakçılarına minik maşınlarının verilməsi hər il gündəmdədir. Prezident İlham Əliyevin fərman və sərəncamı bu təbəqədən olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dövlət başçısının xüsusi diqqət və qayğısının növbəti təzahürüdür.

Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli Sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin müharibənin iştirakçılarının - 256 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardımın maliyyələşdirilməsi artıq təmin olunub. 

Sərəncama əsasən, həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarından, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdən və İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərindən, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərdən, Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 7126 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik maddi yardım ödənişi həyata keçirilib.

Birdəfəlik maddi yardım vəsaitləri həmin vətəndaşların pensiya üzrə plastik kart hesablarına köçürülüb. Sərəncamın icrası olaraq ümumilikdə 7382 nəfər üçün birdəfəlik maddi yardımın ödənişi təmin olunub.

Xatırladım ki, İkinci Dünya müharibəsi iştirakçılarına və digər şəxslərə hər il Qələbə günü ərəfəsində verilən birdəfəlik maddi yardımın məbləği mütəmadi artırılır. Bu istiqamətdə növbəti artım kimi, ötən ilki ilə müqayisədə hazırda həmin şəxslər üçün nəzərdə tutulan birdəfəlik yardımın məbləği də 50 faiz artırılıb.

İkinci Dünya müharibəsi əlilləri və iştirakçıları əmək pensiyaları ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə də təmin olunurlar. Onların ehtiyaclarına uyğun olaraq evlərində sosial xidmətlərlə, habelə bərpa-müalicə xidməti, sanator-kurort yollayış və s. ilə təminatı sahəsində də məqsədyönlü işlər görülür. 

Bir sözlə, ölkəmizin hər yerində o qanlı-qadalı illərin ağır və çətin sınaqlarından keçən müharibə və arxa cəbhə veteranlarının vətənpərvərliyi Vətənə xidmət nümunəsi kimi hər zaman yüksək qiymətləndirilir. 1941-1945-ci illər müharibəsində şücaət və qəhrəmanlıqlar göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin mənəvi, hərbi-vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilib". 

Goyce.az


Etiket:
Xəbərlər

İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü - FOTO

25.11.2020

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub - RƏSMİ

25.11.2020

Azərbaycan ordusu Kəlbəcərə yola düşüb 
 

24.11.2020

Şuşaya çəkilən yoldan fotolar

24.11.2020

Ermənistan Əsgəran qalasının görkəminə ciddi zərər vurub
 

24.11.2020

Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.

24.11.2020

Polkovnik leytenant Rasim İbrahimov

24.11.2020

“Heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır”- Prezident İlham Əliyev

21.11.2020

Ermənilərin dağıtdığı 3 əsrlik abidəmiz - Qarğabazar məscidi

20.11.2020

Azərbaycan ordusu Ağdam rayonuna daxil olub - RƏSMİ
 

20.11.2020

Gülşən Qurbanovanın ölümündən 14 il ötür - Fotolar

17.11.2020

Oğluna velosiped almağı şəxsi heyətdən xahiş edən şəhid Ülvi Hüseynovun hekayəti   

17.11.2020

Bu gün Milli Dirçəliş Günüdür

17.11.2020

“Noyabrın 16-sı həyatımda xüsusi tarix kimi qalacaq” - Prezident

17.11.2020

"Azərbaycan 28 ildən sonra 44 günə torpaqlarını azad etdi"

16.11.2020

Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin cəsur zabiti...
 

16.11.2020

Göyçəni, Zəngəzuru azad etsəydik belə,onlar yenə hakimiyyəti tənqid edəcəkdilər”  

14.11.2020

Dağıdılan abidələrlə bağlı vətəndaşlara müraciət

13.11.2020

Ermənistan 28 abidəni tamamilə dağıdıb - Fotolar

13.11.2020

Hikmət Hacıyev Polad Bülbüloğlunu açıqlamasına görə tənqid etdi

13.11.2020

Xalq artistinin oğlu Şuşa döyüşlərində şəhid olub

13.11.2020

Əsgərimizin hamını kövrəldən mesaji - Fotolar

13.11.2020

“Qarabağda Azərbaycan qanunları icra ediləcək” - Məhərrəm Əliyev

12.11.2020

Azərbaycanda Konstitusiya Günüdür

12.11.2020

Qarabağ müharibəsi bitdi: Anlaşmanın şərtləri bizə nə vəd edir? - BİZİM ŞƏRH

10.11.2020

İlham Əliyev və Vladimir Putin imzalanmış sənədin mətnini açıqlayıb

10.11.2020

“Biz alçaltmışıq onu, əcəb də etmişik” - Prezident

10.11.2020

Paşinyan İlham Əliyevə təslim olduğunu açıqladı

10.11.2020

Atəşkəs elan olundu!

10.11.2020

"Övladımın qisası alındı" - Polad Həşimovun anası

09.11.2020

İlham Əliyev: " Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim"

09.11.2020

Azərbaycanda Dövlət Bayrağı günüdür

09.11.2020

Mədəniyyət Nazirliyi Qubadlıdakı məscidlə bağlı bəyanat yaydı

07.11.2020

Xocalı soyqırımından bəhs edən film "Amazon Prime"da yerləşdirilib

06.11.2020

Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistana aparılıb

04.11.2020

Qalib Xalqın qalib Sərkərdəsi: İlham Əliyev
 

04.11.2020

İşğaldan azad edilmiş şəhər və kəndlərin sayı 200-ü keçdi - Siyahı

04.11.2020

Qarabağda bədnam erməni layihəsi: Tələbə və məktəbliləri... - Faktlar
 

04.11.2020

Fikrət Yusifov: “Mehrinin geri qaytarılması üçün əsaslar kifayət qədərdir”

04.11.2020

Cəbrayıl və Qubadlıdan reportaj - Fotolar

03.11.2020

Bu kəndlər də düşməndən azad edildi

02.11.2020

Türk PUA-larının atası - Bayraqdar haqqında maraqlı faktlar+Fotolar

01.11.2020

İstanbulda "Qarabağ Azərbaycandır" aksiyası - Fotolar  

01.11.2020

Ermənistandan Qarabağa 3-cü dəhliz? - Mütləq bombalanmalıdır! (ANALİZ)

31.10.2020

Dedi ki, ş̧əhid olsam, başımın ucalığıdır” - Arəstə Baxışovanın anası

31.10.2020

İlham Əliyev 38 il əvvəl Şuşada

31.10.2020

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yaydı - Razılaşmanın bəndləri

31.10.2020

Qarabağ azadlığına qovuşana qədər bizə yaşamaq haramdır" - Türkiyəli məşhurlar  

30.10.2020

Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR

30.10.2020

İlham Əliyev Türkiyə xalqını təbrik etdi - FOTO
 

29.10.2020
Bütün xəbərlər