Göyçə həsrətli veteran - Fotolar

19:00 / 09.05.2020
Baxılıb: 1418

Böyük Vətən Müharibəsində iştirak edən 600 mindən çox azərbaycanlıdan biri də Hacı Ağayevdir

Bu gün Böyük Vətən Müharibəsinin sona çatmasının 70 ili tamam olur. Faşizm üzərində qələbə bir çox xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilib. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilib. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğul və qızları cəbhəyə yollanıb. Bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli faciə kimi qəbul edilən bu müharibədə ümumilikdə 57 milyon insan həlak olub ki, onların da 27 milyon nəfərini sovet vətəndaşları təşkil edib. İkinci Dünya Müharibəsində həlak olan azərbaycanlıların sayı isə 300 min nəfərdən çox olub. Onlar ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşublar. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od-alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarus, Baltikyanı respublikalar uğrunda döyüşlərdə cəsarətlə vuruşub, faşist ordu hissələrinə mətanətlə müqavimət göstəriblər.

140-dan çox Sovet İttifaqı Qəhrəmanı

Azərbaycanlılardan ibarət 77-ci dağıdıcı, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduların tərkibində Simferopolun, Odessanın və digər şəhərlərin, Polşanın, Çexoslovakiyanın, Yuqoslaviyanın azad olunmasında fəal iştirak ediblər. 416-cı diviziya isə Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçib. Azərbaycanlılar cəbhə yoldaşı olan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə verərək, almanlar tərəfindən işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsi ilə yanaşı, Berlinin süqutunda da fəallıq nümayiş etdiriblər. Cəbhələrdə göstərdikləri qəhrəmanlığa, rəşadətə, şücaətə görə 140-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bundan başqa, 30 nəfər "Şərəf” ordeni, 170 min əsgər və zabitimiz SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunublar. Sovet İttifaqı qəhrəmanları Həzi Aslanov, İsrafil Məmmədov, Ziya Bünyadov, Mehdi Hüseynzadə və başqaları öz qəhrəmanlıqları ilə xalqımızın şərəfli tarixini yazıblar.

Nişançı əsgər, topoqraf-yazar

Böyük Vətən Müharibəsində iştirak edən azərbaycanlılardan biri də hazırda 89 yaşını qeyd etmə ərəfəsində olan Hacı Firudin oğlu Ağayevdir. O, 1926-cı il mayın 11-də Qərbi Azərbaycanın Göyçə mahalında – Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. Hələ kiçik yaşlarında ikən atasını itirib və anası ilə birlikdə ailənin bütün qayğısını çəkməyə başlayıb, paralel olaraq da orta təhsil alıb. Həddi-buluğa çatan H.Ağayev 1943-cü ilin oktyabr ayında yüz minlərlə soydaşımız kimi cəbhəyə yollanıb. Hərbi xidmətə 28-ci Zaqafqaziya Hərbi Dairəsində başlayıb. Əvvəlcə burada nişançılar (snayperlər) üçün məktəbdə 6 ay hərbi təlim keçib. Təlimi bitirərək, düşmən əleyhinə olan müxtəlif döyüşlərdə öz bilik və bacarıqlarını nümayiş etdirib. İti düşüncə tərzinə, bacarığına, biliyinə və yazı qabiliyyətinə görə digər hərbi qulluqçulardan fərqlənən H.Ağayev xeyli müddət sonra hərbi dairənin qərargahına çağırılıb və burada topoqraf-yazar kimi xidmətini davam etdirib. Qərargahın baş topoqrafı, ukraynalı mayor Başlıkla birlikdə hərbi dairədə strateji, taktiki sxemlərin çəkilməsini, bir sıra məxfi sənədlərin hazırlanmasını həyata keçirib.

Müharibə xatirələri

Müharibə barədə xatirələrini bizimlə bölüşən veteran savaşın gedişində azərbaycanlıların çox böyük qəhrəmanlıqlara imza atdığını deyir. O, bir sıra hallarda rusların qafqazlıları bilərəkdən güllə qabağına verməsini də yaxşı xatırlayır: "Bizim qərargah məxfi idi və yüksək səviyyədə mühafizə olunurdu. Bütün hərbi birləşmələr, onların apardıqları döyüşlər, həmin döyüşlərin nəticələri və sair barədə ətraflı məlumatlar da bizə gəlib çatırdı. Çox yaxşı xatırlayıram ki, rus dilini bilmədiklərinə görə verilən əmri başa düşməyən azərbaycanlıların bir çox hallarda diviziya komandirləri tərəfindən güllələnməsi barədə məlumatlar alırdıq. Misal üçün, erməni marşal Baqramyan öz hərbi birləşməsindəki azərbaycanlıların əksəriyyətini hər hansı xırda səbəb üstündə güllələtmişdi. O, əlindəki fürsətdən istifadə edərək, hər addımda azərbaycanlılara olan münasibətini ifadə edirdi. Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun da almanlar tərəfindən deyil, məhz onun əmri ilə, xəyanət nəticəsində öldürüldüyünü o dövrdə nəinki biz, eləcə də bütün rus əsgər və zabitləri bilirdilər. Bundan başqa, Nikita Xruşşovun qardaşı, 402-ci diviziyanın komandiri general-mayor Sergey Xruşşov da belə bir addım atmışdı. Həmin vaxt Azərbaycana rəhbərlik etmiş Mircəfər Bağırov hərbi dairəyə gəlmişdi və bu məsələlər azərbaycanlı əsgərlər tərəfindən ona çatdırıldı. Mircəfər Bağırov bu əməllərinə görə Sergey Xruşşovu əsgərlərin gözü qarşısında nümayişkaranə şəkildə güllələdi. Bu hadisədən sonra diviziyaların milliləşməsi prosesi getdi, azərbaycanlılardan ibarət diviziyalar çox böyük zəfərlərə imza atdılar”.

Erməni məkri

H.Ağayevin sözlərinə görə, təkcə Nərimanlı kəndindən İkinci Dünya Müharibəsinə 270 nəfər gedib. Onlardan 64-ü həlak olub. Bəziləri isə itkin düşüb, yaxud da əsirlikdən sonra, ümumiyyətlə, kəndə qayıtmayıb. Cəbhəyə yollanan 270 nəfərdən yalnız 100 nəfərə yaxını geri qayıdıb ki, onların da bir çoxunu ermənilər ən müxtəlif bəhanələrlə ya tutdurublar, ya da sürgünə göndəriblər: "Müharibə başa çatandan sonra da ermənilər əllərinə keçən fürsətdən azərbaycanlılara qarşı istifadə edirdilər. Basarkeçər rayonundakı bazarın qarşısında müharibədə əsir düşən, lakin sonradan əsirlikdən azad edilən, həmçinin xidmətdən yayınmaq istəyən 16 nəfər azərbaycanlı ermənilər tərəfindən nümayişkaranə şəkildə güllələnmişdi. Hər hansı vəzifə tutan azərbaycanlıların bütün şəxsi işini araşdırır, əgər müharibədə olubsa, ona satqın damğası vurmaq, güllələtmək üçün ən xırda detalları şişirdirdilər. Bu da ya sonda onların sürgünə göndərilməsi, ya da vəzifəsini itirməsi ilə nəticələnirdi. Çox nadir hallarda azərbaycanlıların ermənilərin bu cür hərəkətlərinə dirəniş gətirməsi mümkün olurdu. Belə vəziyyətdə də onların vəzifədə daha qabağa getməsi əngəllənir, onların haqqı olan orden və medallar, mükafatlar çatdırılmırdı. Şəxsən mənə çatacaq bir neçə orden və medal, eləcə də pul mükafatları ermənilər tərəfindən qəsdən çatdırılmayıb”.

Doğma kəndə qayıdış

Qeyd edək ki, H.Ağayev müharibədən sonra da bir müddət hərbi sahədə fəaliyyət göstərib. 1950-ci ilə kimi 28-ci Zaqafqaziya Hərbi Dairəsinin birinci bölməsində yazar işləyib. Yalnız 1950-ci ildə doğulub boya-başa çatdığı Nərimanlı kəndinə qayıdıb. Daim oxumağa, öyrənməyə olan böyük həvəsi onu rus və Azərbaycan dilləri ilə yanaşı, erməni dilini də öyrənməyə vadar edib. Hər üç dildə sərbəst yazıb-oxumağı bacaran H.Ağayev 1953-cü ildən etibarən Basarkeçər rayon Komsomol Komitəsinin katibi işləyib. 1959-cu ildən 1988-ci ilə kimi İstehlak Cəmiyyətinin baş iqtisadçısı və hüquqşünası vəzifəsini icra edib. Paralel olaraq, 15 il İrəvan Kooperativ Texnikumunun Basarkeçər rayon filialında iqtisadiyyat və əmtəəşünaslıqdan dərs deyib.

Deportasiya həyatı

1988-ci ildə qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarından ermənilər tərəfindən deportasiya olunması nəticəsində H.Ağayev də qaçqınlıq həyatı yaşayıb. Ailəsi ilə bərabər Azərbaycan Respublikası Şamaxı rayonunun Mədrəsə qəsəbəsinə köçüb. Mədrəsədə özünə yenidən ev-eşik qurub. H.Ağayevin əmək fəaliyyəti, müharibə veteranı olması, bilik və bacarığı nəzərə alınaraq, burada da ona vəzifə tapşırılıb. O, 1989-cu ildən 1997-ci ilədək Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin Şamaxı-Ağsu-Qobustan rayonlarındakı səlahiyyətli nümayəndəsi kimi insanlara yardım edib. 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatların nəticəsi olaraq, ölkəmizdə yeni bir qurum-bələdiyyə institutu yaradılıb. Elə həmin il Şamaxı rayon Mədrəsə qəsəbəsində keçirilən bələdiyyə seçkilərində 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü H.Ağayev siyasi təşkilatın namizədi kimi yerli özünüidarəetmə orqanına seçilib. Daha sonra səsvermə yolu ilə qəsəbə bələdiyyəsinin sədri seçilib. 2004-cü ildə o, yenidən bələdiyyəyə üzv, sonra isə sədr seçilib. 2006-cı ildə öz istəyi ilə istefaya gedib. İkinci Dünya Müharibəsində göstərdiyi xidmətə görə, o, Böyük Vətən Müharibəsi Ordeni, I dərəcəli Orden və 14 müxtəlif medalla təltif olunub. Onun əməyi, Böyük Vətən Müharibəsində iştirak etməsi bu gün də dövlət tərəfindən yüksək qiymətləndirilməkdədir.

Böyük sərvət sahibi

H.Ağayev ömür-gün yoldaşı Reyhan xanımla birlikdə hazırda böyük bir ailənin başçısıdır. O, 7 övlad, 24 nəvə, 10 nəticə sahibidir. Özünü olduqca sağlam və gümrah hiss edir. Onun yaddaşı və biliyi də çoxlarının qibtə edəcəyi səviyyədədir. Yaşının ahıl çağında Azərbaycan, rus və erməni dillərində yazıb-oxumağa çətinlik çəkmir, gündəlik mütaliəsindən, sağlam həyat tərzindən geri qalmır. Zəngin həyat təcrübəsinə, dünyagörüşünə malik H.Ağayev bildiklərini gənc nəslə, o cümlədən öz nəvə-nəticələrinə də öyrətməyi unutmur. Bu səbəbdən də H.Ağayevə nəinki yaşadığı Mədrəsə qəsəbəsinin sakinləri, eləcə də bütün şamaxılılar ehtiram göstərirlər. Sayılıb-seçilən ağsaqqal kimi daim hörmətini saxlayırlar.(kaspi.az)

Rufik İsmayılov


Etiket:
Xəbərlər

İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü - FOTO

25.11.2020

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub - RƏSMİ

25.11.2020

Azərbaycan ordusu Kəlbəcərə yola düşüb 
 

24.11.2020

Şuşaya çəkilən yoldan fotolar

24.11.2020

Ermənistan Əsgəran qalasının görkəminə ciddi zərər vurub
 

24.11.2020

Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.

24.11.2020

Polkovnik leytenant Rasim İbrahimov

24.11.2020

“Heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır”- Prezident İlham Əliyev

21.11.2020

Ermənilərin dağıtdığı 3 əsrlik abidəmiz - Qarğabazar məscidi

20.11.2020

Azərbaycan ordusu Ağdam rayonuna daxil olub - RƏSMİ
 

20.11.2020

Gülşən Qurbanovanın ölümündən 14 il ötür - Fotolar

17.11.2020

Oğluna velosiped almağı şəxsi heyətdən xahiş edən şəhid Ülvi Hüseynovun hekayəti   

17.11.2020

Bu gün Milli Dirçəliş Günüdür

17.11.2020

“Noyabrın 16-sı həyatımda xüsusi tarix kimi qalacaq” - Prezident

17.11.2020

"Azərbaycan 28 ildən sonra 44 günə torpaqlarını azad etdi"

16.11.2020

Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin cəsur zabiti...
 

16.11.2020

Göyçəni, Zəngəzuru azad etsəydik belə,onlar yenə hakimiyyəti tənqid edəcəkdilər”  

14.11.2020

Dağıdılan abidələrlə bağlı vətəndaşlara müraciət

13.11.2020

Ermənistan 28 abidəni tamamilə dağıdıb - Fotolar

13.11.2020

Hikmət Hacıyev Polad Bülbüloğlunu açıqlamasına görə tənqid etdi

13.11.2020

Xalq artistinin oğlu Şuşa döyüşlərində şəhid olub

13.11.2020

Əsgərimizin hamını kövrəldən mesaji - Fotolar

13.11.2020

“Qarabağda Azərbaycan qanunları icra ediləcək” - Məhərrəm Əliyev

12.11.2020

Azərbaycanda Konstitusiya Günüdür

12.11.2020

Qarabağ müharibəsi bitdi: Anlaşmanın şərtləri bizə nə vəd edir? - BİZİM ŞƏRH

10.11.2020

İlham Əliyev və Vladimir Putin imzalanmış sənədin mətnini açıqlayıb

10.11.2020

“Biz alçaltmışıq onu, əcəb də etmişik” - Prezident

10.11.2020

Paşinyan İlham Əliyevə təslim olduğunu açıqladı

10.11.2020

Atəşkəs elan olundu!

10.11.2020

"Övladımın qisası alındı" - Polad Həşimovun anası

09.11.2020

İlham Əliyev: " Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim"

09.11.2020

Azərbaycanda Dövlət Bayrağı günüdür

09.11.2020

Mədəniyyət Nazirliyi Qubadlıdakı məscidlə bağlı bəyanat yaydı

07.11.2020

Xocalı soyqırımından bəhs edən film "Amazon Prime"da yerləşdirilib

06.11.2020

Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistana aparılıb

04.11.2020

Qalib Xalqın qalib Sərkərdəsi: İlham Əliyev
 

04.11.2020

İşğaldan azad edilmiş şəhər və kəndlərin sayı 200-ü keçdi - Siyahı

04.11.2020

Qarabağda bədnam erməni layihəsi: Tələbə və məktəbliləri... - Faktlar
 

04.11.2020

Fikrət Yusifov: “Mehrinin geri qaytarılması üçün əsaslar kifayət qədərdir”

04.11.2020

Cəbrayıl və Qubadlıdan reportaj - Fotolar

03.11.2020

Bu kəndlər də düşməndən azad edildi

02.11.2020

Türk PUA-larının atası - Bayraqdar haqqında maraqlı faktlar+Fotolar

01.11.2020

İstanbulda "Qarabağ Azərbaycandır" aksiyası - Fotolar  

01.11.2020

Ermənistandan Qarabağa 3-cü dəhliz? - Mütləq bombalanmalıdır! (ANALİZ)

31.10.2020

Dedi ki, ş̧əhid olsam, başımın ucalığıdır” - Arəstə Baxışovanın anası

31.10.2020

İlham Əliyev 38 il əvvəl Şuşada

31.10.2020

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yaydı - Razılaşmanın bəndləri

31.10.2020

Qarabağ azadlığına qovuşana qədər bizə yaşamaq haramdır" - Türkiyəli məşhurlar  

30.10.2020

Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR

30.10.2020

İlham Əliyev Türkiyə xalqını təbrik etdi - FOTO
 

29.10.2020
Bütün xəbərlər