"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

17:50 / 20.05.2020
Baxılıb: 1050

Əsər 1913-cü ildə çəkilib. Vyanada. Həmin sənə Vyanada dünyada bir də təkrarlanmayacaq situasiya yaşanırdı.

Bəşəriyyətin çağdaş tarixinə ən çox təsir edəcək insanlar özləri də bilmədən bir araya gəlmişdilər.

Adolf Hitler, İosif Stalin, Lev Trotski, İosiv Broz Tito və Ziqmud Freyd. Onlar Vyanada bir-birlərinin yaxınlığında idilər.

Bir-birlərindən xəbərsiz, tanımadan.

1913-cü ilin yanvarı.

Vyanadakı Şimal vağzalında, Wien Praterstern-də qatardan düşən sərnişinlər arasında qarayanız, şələ bığlı, əlində ucuz taxta çamadan tutmuş birisi vardı.

Sənədlərinə görə, yunan Stavros Papadopulos idi.

Əslində isə İosif Vissarionoviç Cuqaşvili idi. Bolşevik dostları onu "Koba" çağırırdılar, tarixə isə İosif Stalin kimi düşdü.

Polşanın Krakov şəhərindən Vyanaya gəlmiş "Koba"nın tapşırığı vardı. Vladimir Lenin ona "milli məsələ" ilə bağlı məqalə yazmağı həvalə etmişdi.

Şönbrunner Şlosştrasse küçəsində, marksistlərə rəğbət bəsləyən zadəgan Aleksandr Troyanovskinin mənzilində yaşayan Koba axşamlar Şönbrunn sarayının parkında gəzişirdi.

Belə gəzintilərdən birində o, Adolf Şiklqruber adlı şəxslə rastlaşdı.

Adolf parkın cənubundakı fəvvarənin yanında oturmuşdu və eskiz çəkirdi.

Eskizdə Məryəm ana ilə İsa Məsih vardı.

Tarixə Hitler kimi düşəcək Şiklqruber Vyana İncəsənət Akademiyasına imtahandan kəsiləndən sonra evsizlər üçün sığınacaqda yaşayırdı.

O da axşamlar parkda dolaşmağı sevirdi.

Yenə də günlərdən birində onlar parkda gəzişən pensneli adamı gördülər.

O adam fikrə getmişdi, əlindəki nazik əsanı yelləyirdi.

Ziqmund Freyddi o.

Şönbrunn sarayına aparan yol parkın yanından keçirdi. Həmin yolda Avstriya-Macarıstan imperiyasının varisi, şahzadə ershersoq Frans Ferdinand avtomobilini sürətlə sürməyi çox sevirdi.

Gələn ilin yayında serb tələbə Qavrilo Prinsip Sarayevo şəhərində elə həmin avtomobildə Frans Ferdinandı güllələyəcəkdi. Birinci Dünya Savaşı o hadisədən sonra başlayacaqdı.

... Ershersoqun avtomobilinə gənc xorvat İosip Broz da həsədlə baxırdı. "Mercedes"i sınayacaq sınaqçı-sürücü olmaq üçün Vyanaya gəlmiş 20 yaşlı İosip arvadbaz, jiqolo idi.

O, Vyanada yeni məşuqəsinin evində, həmin xanımın puluna yaşayırdı. Bu pullardan da vətənində qalmış sabiq arvadına aliment ödəyirdi.

Yeni məşuqə hamilə qalanda İosip onu da atacaq, artıq Yuqoslaviya adlanan vətəninə qayıdacaqdı. Və "Tito" partiya təxəllüsü ilə tanınacaqdı.

Vyanada əsrin iki müstəbidi - İosif Stalinlə Adolf Hitler təsadüfən görüşmüşdülər.

20-ci əsrin "ən uzunömürlü" diktatorlarından olan İosip Broz Tito onları görməmişdi, tanımırdı hələ...

Almaniyanın Münhen şəhərində idealist filosof və mizantrop Osvald Şpenqler monumental "Avropanın qürubu" əsərini yazdığı ildə Leyba Davidoviç Bronşteyn nə isə hiss etmişdi.

"Lev Trotski" kimi tanınacaq və bolşevik inqilabının rəhbərlərindən olacaq Bronşteyn 1913-cü ildə yazmışdı:

"Vyanada deyəsən, çox qəribə, hətta mistik hadisələr baş verib. Onları anlaya bilmirəm. Amma hiss edirəm ki, dünyanın məhvərini dəyişəcək adamlar buradadırlar. Sadəcə, bir-birlərini hələ görməyiblər, üzləşməyiblər".

Adolf Şiklqruber "Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih" əsərini tamamlayanda Yozef adlı avstriyalı dostuna demişdi: "Bax, bu əsərdə İsa var. Mən də insanlara yol göstərmək istəyirəm, yeni cəmiyyət qurmaq istəyirəm".

O yol və o cəmiyyət nasizm, milyonların qətl edildiyi vəhşət oldu.

Hələ ki, 1913-cü ildi.

Vyanadakı parkda bir-birlərini tanımayan insanlar dolaşırdılar...

Elçin Alıoğlu

GOYCE.AZ


Etiket:
Xəbərlər

İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü - FOTO

25.11.2020

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub - RƏSMİ

25.11.2020

Azərbaycan ordusu Kəlbəcərə yola düşüb 
 

24.11.2020

Şuşaya çəkilən yoldan fotolar

24.11.2020

Ermənistan Əsgəran qalasının görkəminə ciddi zərər vurub
 

24.11.2020

Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.

24.11.2020

Polkovnik leytenant Rasim İbrahimov

24.11.2020

“Heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır”- Prezident İlham Əliyev

21.11.2020

Ermənilərin dağıtdığı 3 əsrlik abidəmiz - Qarğabazar məscidi

20.11.2020

Azərbaycan ordusu Ağdam rayonuna daxil olub - RƏSMİ
 

20.11.2020

Gülşən Qurbanovanın ölümündən 14 il ötür - Fotolar

17.11.2020

Oğluna velosiped almağı şəxsi heyətdən xahiş edən şəhid Ülvi Hüseynovun hekayəti   

17.11.2020

Bu gün Milli Dirçəliş Günüdür

17.11.2020

“Noyabrın 16-sı həyatımda xüsusi tarix kimi qalacaq” - Prezident

17.11.2020

"Azərbaycan 28 ildən sonra 44 günə torpaqlarını azad etdi"

16.11.2020

Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin cəsur zabiti...
 

16.11.2020

Göyçəni, Zəngəzuru azad etsəydik belə,onlar yenə hakimiyyəti tənqid edəcəkdilər”  

14.11.2020

Dağıdılan abidələrlə bağlı vətəndaşlara müraciət

13.11.2020

Ermənistan 28 abidəni tamamilə dağıdıb - Fotolar

13.11.2020

Hikmət Hacıyev Polad Bülbüloğlunu açıqlamasına görə tənqid etdi

13.11.2020

Xalq artistinin oğlu Şuşa döyüşlərində şəhid olub

13.11.2020

Əsgərimizin hamını kövrəldən mesaji - Fotolar

13.11.2020

“Qarabağda Azərbaycan qanunları icra ediləcək” - Məhərrəm Əliyev

12.11.2020

Azərbaycanda Konstitusiya Günüdür

12.11.2020

Qarabağ müharibəsi bitdi: Anlaşmanın şərtləri bizə nə vəd edir? - BİZİM ŞƏRH

10.11.2020

İlham Əliyev və Vladimir Putin imzalanmış sənədin mətnini açıqlayıb

10.11.2020

“Biz alçaltmışıq onu, əcəb də etmişik” - Prezident

10.11.2020

Paşinyan İlham Əliyevə təslim olduğunu açıqladı

10.11.2020

Atəşkəs elan olundu!

10.11.2020

"Övladımın qisası alındı" - Polad Həşimovun anası

09.11.2020

İlham Əliyev: " Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim"

09.11.2020

Azərbaycanda Dövlət Bayrağı günüdür

09.11.2020

Mədəniyyət Nazirliyi Qubadlıdakı məscidlə bağlı bəyanat yaydı

07.11.2020

Xocalı soyqırımından bəhs edən film "Amazon Prime"da yerləşdirilib

06.11.2020

Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistana aparılıb

04.11.2020

Qalib Xalqın qalib Sərkərdəsi: İlham Əliyev
 

04.11.2020

İşğaldan azad edilmiş şəhər və kəndlərin sayı 200-ü keçdi - Siyahı

04.11.2020

Qarabağda bədnam erməni layihəsi: Tələbə və məktəbliləri... - Faktlar
 

04.11.2020

Fikrət Yusifov: “Mehrinin geri qaytarılması üçün əsaslar kifayət qədərdir”

04.11.2020

Cəbrayıl və Qubadlıdan reportaj - Fotolar

03.11.2020

Bu kəndlər də düşməndən azad edildi

02.11.2020

Türk PUA-larının atası - Bayraqdar haqqında maraqlı faktlar+Fotolar

01.11.2020

İstanbulda "Qarabağ Azərbaycandır" aksiyası - Fotolar  

01.11.2020

Ermənistandan Qarabağa 3-cü dəhliz? - Mütləq bombalanmalıdır! (ANALİZ)

31.10.2020

Dedi ki, ş̧əhid olsam, başımın ucalığıdır” - Arəstə Baxışovanın anası

31.10.2020

İlham Əliyev 38 il əvvəl Şuşada

31.10.2020

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yaydı - Razılaşmanın bəndləri

31.10.2020

Qarabağ azadlığına qovuşana qədər bizə yaşamaq haramdır" - Türkiyəli məşhurlar  

30.10.2020

Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR

30.10.2020

İlham Əliyev Türkiyə xalqını təbrik etdi - FOTO
 

29.10.2020
Bütün xəbərlər