"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

10:43 / 28.05.2020
Baxılıb: 436

Xalqımızın tarixində və yaddaşında silinməz iz qoyan günlərdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu gündür. Belə ki, bu tarix xalqın tərəqqisində, milli mənəvi dəyərlərə sahib çıxmasında, gələcəyə ümid işığının yanmasında böyük rol oynadı. 23 ay yaşasa da, 102 ildir unudulmayan cümhuriyyətin xalqımızın taleyindəki rolu danılmazdır. Təsadüfi deyil ki, prezident İlham Əliyev 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. Bu AXC-yə olan yüksək münasibətin ən bariz nümunəsidir. Cari ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasının və bu istiqamətdə görülən işlərin əhəmiyyətini öyrənməyə çalışdıq.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyir ki, dövlət başçısının cümhuriyyətə bu qədər önəm verməsi alqışa layiq bir addımdır: "2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi prezident İlham Əliyevin dövlətçilik tariximizlə bağlı atılan mühüm addımlarından biridir. Bu addım Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda böyük rəğbətlə qarşılanıb. Bu, dövlət başçısının cümhuriyyət tarixinə olan xüsusi ehtiramıdır. Hər il mayın 28-də Respublika Gününə həsr olunmuş qəbullar keçirən Azərbaycan Prezidenti bütün çıxışlarında cümhuriyyət tarixinə olduqca yüksək qiymət verir. Azərbaycan dövlətinin başçısının cümhuriyyətə bu qədər önəm verməsini institutun bütün tarixçiləri adından alqışlayıram”.

Deputat prezident İlham Əliyevin cümhuriyyət tarixi barədə araşdırmaların genişləndirilməsi ilə bağlı Tarix İnstitutuna ciddi tapşırıq verdiyini deyir: "Bu il biz Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan bir sıra beynəlxalq elmi konfransların təşkilini planlaşdırırıq. İnstitutun elmi şurasının qərarına əsasən, bu il "Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri”, "Azərbaycan Xalq Cümhuriyyəti və 1918-1920-ci illərdə Şimali Qafqaz dövlətləri” (rus dilində), "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” (rus dilində), "Şəki (Nuxa) bölgəsi (1917-1920)”, "Azərbaycanın Zəngəzur bölgəsi 1917-1920-ci illərdə” və "Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920)” kitabları çapdan çıxacaq. Həqiqətən Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələsini təşkil edən AXC-nin tarixi, cümhuriyyət liderlərinin xalqımız qarşısındakı xidmətləri müasir Azərbaycan üçün qürur mənbəyidir”.

"AXC az yaşasa da, xalqımızda azadlıq və müstəqillik fikirlərini daha da gücləndirmiş oldu” deyən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun "Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev qeyd edir ki, həmin dövr xalqımızın tarixində silinməz izlər qoydu: "Hər bir xalqın tarixində böyük əhəmiyyət daşıyan unudulmaz və əzəmətli səhifələr var. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması xalqımızın dövlətçilik salnaməsinin belə yaddaqalan səhifələrindəndir. Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək, onun müstəqil, müasir, dünyəvi və hüquqi dövlət yaratmağa və idarə etməyə qadir olduğunu dünyaya sübut etdilər. AXC-nin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxıb, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynayıb”.

Müsahibimiz deyir ki, cari ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi cümhuriyyət tarixinin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir: "Prezident İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamına əsasən, cari ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, əslində, dövlətimizin başçısının XX əsr tariximizin ən mühüm hadisələrindən olan cümhuriyyət tarixinə verdiyi yüksək qiymətdir. Dövlətimizin başçısı dəfələrlə ziyalılarımız və yerli ictimaiyyətin nümayəndələri ilə keçirdiyi görüşlərdə tariximizin müxtəlif dövrlərinə və hadisələrinə münasibətini bildirib, tarixçilərimiz qarşısında prioritet tədqiqat istiqamətləri müəyyənləşdirib. Onların içərisində cümhuriyyət tarixinin obyektiv araşdırılması həmişə xüsusi yer tutub. Prezident İlham Əliyev çıxışlarında tarixi şəhərimiz olan İrəvanın Ermənistana verilməsi və Azərbaycan xalqına qarşı soyqırımları kimi məsələlərin dərindən araşdırılmasının vacibliyini dəfələrlə vurğulayıb. Hesab edirəm ki, cari ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi cümhuriyyət tarixinin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir”.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun "Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövr tariximizin ən şanlı və parlaq səhifələrindəndir: "Bu baxımdan Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi böyük əhəmiyyətə malikdir. Dövlətimizin başçısının bu qərarı, eləcə də AXC-nin 102 illik yubileyi haqqında verdiyi müvafiq Sərəncam cümhuriyyətin tariximizdə tutduğu şərəfli yerin müasir Azərbaycan dövləti tərəfindən bir daha təsdiq edilməsi kimi dəyərləndirilməlidir. Bu da təsadüfi deyil. Çünki Prezident İlham Əliyevin söylədiyi kimi, "Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır””.

N.Məmmədzadə qeyd edir ki, həmin dövrdə nümayiş olunmuş qəhrəmanlıq ənənəsinə sadiq qalaraq öz ərazi bütövlüyümüzü bərqərar edəcək, doğma Qarabağı erməni işğalçılarından azad edəcəyik: "AXC-nin xalqımız qarşısında müstəsna xidmətləri olub. Bu, özünü bütün sahələrdə - dövlət quruculuğu, siyasət, iqtisadiyyat, təhsil və mədəniyyətin inkişafında büruzə verdiyi kimi, dövlətin ərazi bütövlüyünün qorunmasında da göstərib. Fəaliyyətinin ilk günlərindən cümhuriyyət öz istiqlalı və ərazi bütövlüyü uğrunda mübarizə aparmağa məcbur olub. XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan yenidən erməni təcavüzü şəraitində milli dövlətçiliyini gücləndirməli olub. Cümhuriyyətin 102 illiyini qeyd edən güclü Azərbaycan dövləti, heç şübhəsiz ki, 1918-1920-ci illərdə nümayiş olunmuş qəhrəmanlıq ənənəsinə sadiq qalaraq öz ərazi bütövlüyünü bərqərar edəcək, doğma Qarabağı erməni işğalçılarından azad edəcək”. \\kaspi.az\\


Etiket:
Xəbərlər

ŞƏKİ ÜSYANI İşğalçı rusiya ordusuna bitməyən nifrətin dastanı.

11.07.2020

Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub.

09.07.2020

İKİ DİLLİLİK (BİLİNGUALİSM)

08.07.2020

Alman qəzeti İrəvan xanlığından nə yazıb?

08.07.2020

Nazim Hikmətin yeni şeirləri tapıldı -FOTOLAR

06.07.2020

Hitleri qəzəbləndirən, fransız və rus idmançıları peşman edən “Borçalı şiri”

04.07.2020

Semaşko”nun həkimi Hicran Mustafayeva: “Mən cəhənnəmi yerdə gördüm”

04.07.2020

Nazir mənzilindən sürgün düşərgəsinin barakına – Gözəl yazıçı xanım 18 il boyunca iztirablar çəkib.

03.07.2020

Cek Londonun pandemiya ilə bağlı öncəgörməsi
 

02.07.2020

"SÖZÜN XAQANI” HAQQINDA SÖZ  

30.06.2020

Həsən bəy Zərdabinin ailəsi haqqında bilmədiyiniz – Faktlar

28.06.2020

Ermənistanda yetişdirilən “Azərbaycan Türkləri”

28.06.2020

26 iyun Azərbaycanın Milli Ordu Günüdür

26.06.2020

Ağcabədinin Salmanbəyli kəndi Şaumyanın silahdaşının adını daşıyır - ARAŞDIRMA

25.06.2020

Anadoluda erməni etnosu necə ortaya çıxdı?-Şahlar Hacıyev

24.06.2020

Kremlin məmurlarının ölümündə Andropov müəmması-SSRİ tarixinin sirli hadisələri...

23.06.2020

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

22.06.2020

Buhenvald düşərgəsində əsirlərə cəhənnəm əzabı yaşadan ər-arvad – biri həşərilik edib, o biri sifilis tutub.

21.06.2020

Nuh yurdu Naxçıvanı erməni hücumlarından qoruyan xilaskar

20.06.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

18.06.2020

Xalqın ən birinci günahı kitab oxumamaqdır.

18.06.2020

Kompleks yanaşma olmazsa, virus pik həddə çatacaq..." - ATU-nun dosenti ilə MÜSAHİBƏ

17.06.2020

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

15.06.2020

Müasir Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsasında Qurtuluş məfkurəsi və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır

14.06.2020

Heydər Əliyev Azərbaycanın xilaskarıdır - Akademik YAZDI

13.06.2020

Qətlə yetirilən nazir, azad edilən qatil

12.06.2020

“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR

10.06.2020

Nərimanov məsələsi - Mehman Cavadoğlu yazır
 

08.06.2020

Erməni vandalizmi: Qarakilsə necə Sisian rayonu oldu? - İnanılmaz faktlar

07.06.2020

Stalin ölənə qədər Hitlerin sağ olduğuna inanırdı – İspan mediası

07.06.2020

Həm təklikdən, həm də qaranlıqdan çox qorxuram - Rəşad Səfərov

05.06.2020

Sözsüz nəğmə - Məti Osmanoğlu

05.06.2020

Ziya Bünyadov Sumqayıt hadisələri haqqında : «XX əsrin mədəni ermənilərinin vəhşiliyi budur!»

04.06.2020

"Zorakılığa qarşı zorakılıq Şərdir!"

03.06.2020

Atəşlə doludur küllərim mənim

31.05.2020

İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

30.05.2020

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi

30.05.2020

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI.

28.05.2020

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

28.05.2020

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020

Poçt göyərçinləri məktubu neçə daşıyırdı?

19.05.2020

Laçınsız 28 il

18.05.2020

Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb

16.05.2020
Bütün xəbərlər