Həm təklikdən, həm də qaranlıqdan çox qorxuram - Rəşad Səfərov

18:14 / 05.06.2020
Baxılıb: 668

Goyce.az tanınmış aktyor Rəşad Səfərovun müsahibəsini oxuculara təqdim edir. 

Yaxınlarda "Zeynəb" adlı serial kanalların birində yayımlanacaq. Yenə mənfi obrazda oynayacaqsız? Son 7-8 ildir sizi ancaq mənfi obrazlarda görürük.

- Serial efirə getmədiyi üçün hələki sujet xəttini danışmağa ixtiyarım yoxdur. Amma şadam ki, bu dəfə müsbət obrazda olacam. Çünki neçə il mənfi obrazlarda oynamaqdan özüm də bezmişdim. Elə insan var ki, məni mənfi obrazlarda görməkdən elə bilir həyatda da oynadığım rolların keyfiyyətini daşıyan insanam. Şükür, bu dəfə müsbət ata obrazındayam.

Hansı kanalda yayımlanacaq? Yoxsa onu da demək qadağandır?

- O artıq inzibati bir cavabdır. Buna ancaq rejissor özü cavab verə bilər.

Yaxın zamanda həmkarlarınız mükafat aldılar.

- Allah hamısına can sağlığı versin.

Amma mükafat alanların arasında sizin adınızı görmədik. Ümymiyyətlə, Rəşad Səfərov üçün "Əməkdar artist", "Xalq artisti" adlarını almaq çox vacibdir?

- Bu suala belə cavab verəcəm. Əgər əsgər general olmaq istəmirsə, deməli, o, yaxşı əsgər deyil. Hər şeydən əvvəl çalışmışam ki, tamaşaçılar tərəfindən bir aktyor kimi sevilim. Düzdür, bu adları almaq yaxşı haldır. Bilirsən ki, sənə dəyər verirlər. Amma mənim üçün birinci mənim, ailəmin can sağlığı, xoşbəxtliyim və tamaşaçının həqiqi sevgisidir.

"Evdə qalaq, həmrəy olaq" çağrışınız bir az fərqli oldu. Çağırışınıza Bəxtiyar Vahabazdənin "Qorxu" şeiriylə başladız. Sizcə, sağlamlığımızı qorxduğumuz üçün, ya özümüzə dəyər verdiyimizə görə qorumalıyıq?

- "Qorxu" şeiri sevdiyim şeirlərdən biridir. Əgər karantin bütün dünyada bərqərar olubsa, Rəşad Səfərov qaydalara niyə riayət eləməsin? Əgər ölkə başçımız, cənab prezident xalqın sağlamlığı üçün xüsusi addımlar atırsa, deməli, bu çox ağır məsələdir. Ona görə mütləq sosial məsafəni sağlamlığımız üçün qorumalıyıq.

Rəhmətlik Bəxtiyar Vahabzadə müsahibələrinin birində demişdi: İnsan yaşa dolduqca ehtiyatlı olur. Aydın məsələdir, ailə və sağlamlığımız həmişə zəif tərəfimiz olub. Rəşad Səfərovu qorxudan başqa zəif yeri nədir ki, indiyə qədər dilinə gətirməyə ehtiyat edib?

- Təklik. Məni yaxından tanıyanlar da bilir ki, mən həm təklikdən, həm də qaranlıqdan çox qorxuram.

Təklikdən çox adam qorxur. Qaranlıqla bağlı nəysə travmanız var?

- Yox, qətiyyən. Səbəbini özüm də bilmirəm. Axşam düşən kimi ürəyim sıxılır. Elə bilirəm nəysə pis hadisə olacaq. Ona görə hər axşam dua edirəm ki, bircə yaxınlarıma, əzizlərimə bir şey olmasın. Səhər oyanıram, elə bil o duaları edən də mən olmamışam, o qorxunu keçirən də.

2014-cü ildə Xocahəsən qəsəbəsi Mədəniyyət evinə direktor təyin olunmusuz. Altı aydan sonra dözməyib teatra qayıtmısız. Bir aktyor kimi özünüzə, teatra olan sevginizə bələd deyildinizmi, onsuzda dözə bilməyəcəm, qayıdacam. Artıq peşəkar aktyordunuz. Bu barədə gərək özünüzü çoxdan tanımış olardız.

- O mənim həyatda ən böyük səhvimiydi. İndiyə qədər niyə getdiyimi özüm də bilmirəm. Birdən-birə qərar verdim ki, gedəcəm.

Bəlkə məvacibi teatrda aldığınız maaşdan çoxuydu? Çox olub, ehtiyac insanı sevdiyi peşəni dəyişməyə məcbur edir.

- Qətiyyən! Məni tanıyanlar bilir ki, puldan heç vaxt kasadlığım olmayıb. Daşdan da pul çıxartmağı bacaran insanam. Əziyyətli olan istənilən işdə çalışaram. Əsas odur biləcəm ki, ailəm heç nədən korluq çəkmir. Təsəvvür edin, ölü bir obyektə düşmüşdüm. İş görmək üçün Maliyyə idarəsindən mədəniyyət evinə pul köçürülmürdü. Güclü iş yoxuydu. Kurs yaratdım, müəyyən tədbirlər edirdim, vəssalam. Mənim kimi aktiv həyat tərzi keçirmiş insandan direktor olmazdı, olmadı da. Mədəniyyət evində aldığım maaşla teatrda aldığım maaş arasında elə də böyük fərq yoxuydu. Altı aydan sonra televiziyada oynadığım tamaşaların biri göstərildi, qəribə hisslər keçirdim. Sosial şəbəkələrdə vaxtilə mənim oynadığım obrazları oynayan aktyor yoldaşımın əynində o geyimləri görəndə, istər-istəməz qısqandım. Sonra özüm özümə sual verdim - Rəşad, niyə? Sən axı aktyor yetişmisən. Bu sənətə illərini vermisən. Gəlib direktor oldun, sonra? Qocalacaqsan, onda kimə lazım olacaqsan? Bu sözlərimlə mədəniyyət evlərini aşağılamıram, qətiyyən. Oranında öz marağı var. Təsəvvür edin, teatrın qarşısından keçdim, gözlərim doldu. Səhərisi gün gedib ərizəmi yazmışam.

Nahaqdan deməyiblər, qədrini bilmək üçün gərək itirəsən.

- Hə, şeytana uydum. Amma sənət sevgisi peşmançılıq hissi yaşatdı mənə.

Xarakterinizdə zorakılıq var?

- Zorakılıq deməzdim, tərslik var.

Bilirsiz niyə soruşuram? Həyat yoldaşınız aktrisa olub, bir yerdə İrəvan teatrında çalışmısız. Sonra yoldaşınızı işləməyə icazə vermədiz. Qərarınız kişi kimi qısqanclıqdan irəli gəldi, yoxsa sənət yoldaşı kimi qısqandız?

- Onda bir qızımız vardı. Uşağın qızdırması ola-ola məşqlərə gəl, get. O vaxt gənc ailə olaraq ikimizə də çox çətiniydi. Sonra birlikdə qərara gəldik ki, övladımız qızdırsa, mütləq birimiz güzəştə getməliyik. Bu barədə fədakarlığı yoldaşım elədi. Ailədə sənətkar olmağa qərar verdi.

Sonradan peşman oldunuzmu, kaş sənətini davam edərdi, indi birlikdə seriala, filmlərə çəkilirdik.

- Arada yoldaşım deyir, işləsəydim, indi tanınmış aktrisaydım. Deyirəm, sənin səhnən mətbəxin, aktrisaların qızların, özünsə rejissorsan.

Yəni qısqanc insan deyilsiz?

- Qısqanclığım var, amma qədərində. Sənət adam olduğum üçün hər şeyi başa düşürəm. Yoldaşımı işləməməyə qoymamağımın səbəbi yalnız uşaqların tərbiyəsi üçündür. Bəzi adamlar düşünür ki, məhz aktrisa görmək istəmədiyim üçün icazə verməmişəm. Elə deyil. Elə aktrisalarımız var ki, şəxsən başlarına and içərəm. Gözəl ailələri də var, sənətləri də. Hamısına hörmət edirəm.

Birdən üç qızınızdan biri aktrisa olmaq istəsə?

- Böyük qızım Televiziya rejissorluğunda oxuyur. Şərif Qurbanəliyevin tələbəsidir. Düzdür, qızlarımın sənət seçiminə qarışmıram. Amma çox istəyərdim, həkim , müəllimə olsunlar. Böyük qızım evdə telefonla klip çəkdi. Klipdə fərqli mizanlar, düşüncə gördüm, ondan sonra dedim, sən bizim adamsan.

Uğur qazanan aktyorlara, aktrisalara teatr rəhbərləri bir az qısqanclıqla yanaşırlar. Çəkilişlərin vaxtına mütləq məşq salır, ya da aylarca teatrda yada düşməyən aktyora məhz çəkildiyi üçün rol verilir. Belə bir vəziyyətlə qarşılaşmısız?

- İrəvan teatrında işləyəndə olub. Guya nizam-intizamımla bağlı olub. Əslində isə nizamsız aktyor deyiləm. Məni filmə dəvət eləmişdilər. İftixar Piriyev mənə demişdi ki, çəkilişin vaxtlarını əvvəlcədən yazarsan, gedib çəkilərsən. Çünki teatrda məşqlərim də çox olurdu. İftixar Piriyev Gürcüstanda olanda mənə zəng elədi ki, məşqin var gəlməmisən. Halbuki mən çəkilişin vaxtını əvvəlcədən vermişəm, rəhbərliyə başqa cür çatdırılıb. Bir dəfə məni kinostudiyaya filmə çağırmışdılar. Düzdür, o filmə çəkilməmişdim. Çəkilsəydim, axıra qədər gedərdim. Mən heç kimi yarı yolda qoymuram. Gəldim İftixar müəllimin yanına, məni kinoya çağırdıqlarını dedim. Teatra təzə gəlmişdim. Gənciydim, məşqlərim vardı. Mənə sual verdi ki, sənə bu film lazımdır? Dedim, yox. Zəng elədim kinostudiyaya, dedim, çəkilə bilməyəcəm. Bunu İftixar Piriyev özü də təsdiqləyə bilər. Amma bu o demək deyil ki, mən heç bir filmdə, serialda olmamalıyam. Sonradan icazə almağıma baxmayaraq qanunsuz şəkildə məni işdən çıxardılar. Heç bir xəbərdarlıq olmadan, töhmət verilmədən. Bu söhbət nazirliyə qədər gedib çıxmışdı.

İndi İftixar Piriyevlə münasibətiniz necədi?

- Mən kinli insan deyiləm. Bir-birimizi harda görsək salamlaşırıq. Baxmayaraq ki, beş ilim o teatrda hədər getdi. Bircə söz demək istəyirəm. Aktyoru, aktrisanı incitmək olmaz.

Seriallardan, filmlərdən qazandığınız uğurları teatrda qazanmadınız. Uğur deyərkən, sizə məşhurluğu televiziya qazandırdı. Amma ürəyiniz teatrla döyünür. Bu bilirsiz nəyə bənzəyir. O, məni sevir, mənsə o birini. Bir gün zaman qıtlığından seçim arasında qalmaqdan qorxmursuz?

- Bildiyim odur ki, mən teatrsız yaşaya bilmərəm. Yeri gəlmişkən, mütləq qeyd eləməliyəm. Teatrda elə istedadlı aktyorlar, aktrisalar var ki, təəssüflənirəm ki, üzə çıxmayıblar. Onların əvəzinə heç bir istedadı olmayan "aktyorlar, aktrisalar" çəkilirlər. Mən fitri istedad demirəm. Fitri istedad o vaxtdan bəri hələ gəlməyib. İki-üç balaca rollara çəkilirlər, televiziya məkanında kiminsə hesabına at oynadırlar. Teatr fədailərini qabağa çəkmək, onları xalqa layiqincə təqdim etmək lazımdır. Allah prezidentimizə can sağlığı versin. Bunu mən boğazdan yuxarı demirəm. Böyük bir iş gördü. Azərbaycanda əcnəbi serialların yayımlanmasının qabağını aldı. Milli seriallarımızın çəkilməsi üçün göstəriş verdi. Bununla belə bir çox aktyorlarımız tanındı, qabağa getdilər.

Deyirlər böyük aktyoruydu. Səhnəyə fırtına kimi gəldi, öz izini qoydu, getdi. Amma çoxlarından, xüsusilə, gənc aktyorlardan eşidirik ki, nə olsun sənətkarıydı. Onun böyüklüyü oynadığı filmlərdə və teatrda qaldı. Özündən sonra onun adını yaşadacaq inci qoymadı, tələbələr yetişdirmədi. Rəşad Səfərovun özündən sonra adını yaşadacaq tələbəsi varmı?

- Hələlik Rəşad Səfərov özü öyrənir.

Yəqin arzularınızda var. Məsələn, Vaqif İbrahimoğlunun, Cənnət Səlimovanın yetirmələri televiziyada, teatrda həm özlərini təqdim edə bilirlər, həm də onları yetişdirən insanların adlarını yaşadırlar. Amma Fuad Poladov, Yaşar Nuri və bir çoxlarının adını çəkmək olar ki, öz əlləriylə üzə çıxardacaqları tələbələri olmadı.

- Çoxunun adını çəkmək olar. Amaliya Pənahova da çox aktyor, aktrisa yetişdirdi. Teatr da yaratdı.

Bəlkə yetişdirməyənlərə qısqanclıq hissi imkan verməyib?

- Deməzdim. Lap tələbələri olsaydı belə, ikinci Fuad Poladov, Yaşar Nuri, Siyavuş Aslan olmayacaqdı axı. Onlardan bir dəfə gəldi də, getdi də. Sualınız mənə bir hadisəni xatırlatdı.Sənətə təzə gəlmişdim. Televiziyanın əməkdaşlarından biri mənə təklif etdi ki, gəl, Rafael Dadaşovla sənin haqqında sənədli veriliş hazırlayaq. Çünki sən Rafael Dadaşova bənzəyirsən. Mən etiraz elədim. Düzdür, Rafael Dadaşovla eyni səhnəni bölüşmək, bir verlişdə olmaq mənim üçün dünya deməkiydi. Amma mən o addımı atdım ki, yalnız Rəşad Səfərov yetişdi. Dünyamı dəyişəndə desinlər ki, Rəşad Səfərov adlı aktyor gəldi getdi, kiminsə kopyası yox.

Niyə bizim aktyorlar yaş artıqca görünüşlərinə fikir vermir? Halbuki səhnə gözəl qaməti olan sənətçiləri sevir.

- Biri mən. Fikir vermirəm.

Qırx iki yaşınız var, qoca deyilsiz. Görünüşcə yaraşıqlı kişisiz, əcnəbi aktyorlara bənzəyirsiz. Səhnədə öz sözünü demiş Rəşad Səfərov niyə özünə fikir verməməlidir?

Mən hələ arıqlamışam. O ki qaldı əcnəbilərə bənzəməyim, son iki-üç ildə bilmişəm, bir tərəfim Dağıstan ləzgisidir. Bacım-qardaşım qaraşın, mən sarışınam. Genetik kodu daşıyan özüm olmuşam.

Söhbətləşdi: Şəfaqət Cavanşir

GOYCE.AZ


Etiket:
Xəbərlər

ŞƏKİ ÜSYANI İşğalçı rusiya ordusuna bitməyən nifrətin dastanı.

11.07.2020

Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub.

09.07.2020

İKİ DİLLİLİK (BİLİNGUALİSM)

08.07.2020

Alman qəzeti İrəvan xanlığından nə yazıb?

08.07.2020

Nazim Hikmətin yeni şeirləri tapıldı -FOTOLAR

06.07.2020

Hitleri qəzəbləndirən, fransız və rus idmançıları peşman edən “Borçalı şiri”

04.07.2020

Semaşko”nun həkimi Hicran Mustafayeva: “Mən cəhənnəmi yerdə gördüm”

04.07.2020

Nazir mənzilindən sürgün düşərgəsinin barakına – Gözəl yazıçı xanım 18 il boyunca iztirablar çəkib.

03.07.2020

Cek Londonun pandemiya ilə bağlı öncəgörməsi
 

02.07.2020

"SÖZÜN XAQANI” HAQQINDA SÖZ  

30.06.2020

Həsən bəy Zərdabinin ailəsi haqqında bilmədiyiniz – Faktlar

28.06.2020

Ermənistanda yetişdirilən “Azərbaycan Türkləri”

28.06.2020

26 iyun Azərbaycanın Milli Ordu Günüdür

26.06.2020

Ağcabədinin Salmanbəyli kəndi Şaumyanın silahdaşının adını daşıyır - ARAŞDIRMA

25.06.2020

Anadoluda erməni etnosu necə ortaya çıxdı?-Şahlar Hacıyev

24.06.2020

Kremlin məmurlarının ölümündə Andropov müəmması-SSRİ tarixinin sirli hadisələri...

23.06.2020

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

22.06.2020

Buhenvald düşərgəsində əsirlərə cəhənnəm əzabı yaşadan ər-arvad – biri həşərilik edib, o biri sifilis tutub.

21.06.2020

Nuh yurdu Naxçıvanı erməni hücumlarından qoruyan xilaskar

20.06.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

18.06.2020

Xalqın ən birinci günahı kitab oxumamaqdır.

18.06.2020

Kompleks yanaşma olmazsa, virus pik həddə çatacaq..." - ATU-nun dosenti ilə MÜSAHİBƏ

17.06.2020

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

15.06.2020

Müasir Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsasında Qurtuluş məfkurəsi və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır

14.06.2020

Heydər Əliyev Azərbaycanın xilaskarıdır - Akademik YAZDI

13.06.2020

Qətlə yetirilən nazir, azad edilən qatil

12.06.2020

“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR

10.06.2020

Nərimanov məsələsi - Mehman Cavadoğlu yazır
 

08.06.2020

Erməni vandalizmi: Qarakilsə necə Sisian rayonu oldu? - İnanılmaz faktlar

07.06.2020

Stalin ölənə qədər Hitlerin sağ olduğuna inanırdı – İspan mediası

07.06.2020

Həm təklikdən, həm də qaranlıqdan çox qorxuram - Rəşad Səfərov

05.06.2020

Sözsüz nəğmə - Məti Osmanoğlu

05.06.2020

Ziya Bünyadov Sumqayıt hadisələri haqqında : «XX əsrin mədəni ermənilərinin vəhşiliyi budur!»

04.06.2020

"Zorakılığa qarşı zorakılıq Şərdir!"

03.06.2020

Atəşlə doludur küllərim mənim

31.05.2020

İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

30.05.2020

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi

30.05.2020

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI.

28.05.2020

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

28.05.2020

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020

Poçt göyərçinləri məktubu neçə daşıyırdı?

19.05.2020

Laçınsız 28 il

18.05.2020

Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb

16.05.2020
Bütün xəbərlər