Kompleks yanaşma olmazsa, virus pik həddə çatacaq..." - ATU-nun dosenti ilə MÜSAHİBƏ

18:07 / 17.06.2020
Baxılıb: 1028

Bu gün Tibb İşçilərinin Peşə Bayramı Günüdür. Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alaraq, hər il iyunun 17-si tibb işçilərinin peşə bayramı kimi qeyd olunur.

Görünməz qəhrəmanların fədakarlıqlarını pandemiya dövründə daha qabarıq şəkildə müşahidə etdik. Koronavirus ilə mübarizədə böyük məsuliyyət həm də həkimlərin üzərinə düşür. Onların hər birinin uğurlu əməyi, fədakarlığı xalqımızın kiçikdən-böyüyə hər bir nümayəndəsini qürurlandırır, qəlbində fəxr hissi yaradır.

Həkimlərimizin peşə bayramı münasibətilə Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb üzrə fəlsəfə doktoru, yoluxucu xəstəliklər üzrə mütəxəssis Elza Orucova ilə həmsöhbət olduq, gündəmdə olan mövzuları müzakirə etdik.

Goyce.az saytı Publika.az-istinadən  müsahibəni təqdim edir:

Elza xanım, bu gün sizin gününüzdür. Peşə bayramınızı təbrik edirəm. Bu çətin sahədə, xüsusilə də pandemiya dövründəki fəaliyyətinizdə uğurlar arzu edirəm.

- Çox sağ olun. Diqqətiniz və təbrikiniz üçün minnətdaram!

İndiki zamanda sizə ön cəbhənin əsgərləri də deyirlər. Siz necə düşünürsünüz? Bu ön cəbhənin nümayəndələri olan tibb işçilərimiz öz vəzifələrini necə yerinə yetirirlər?

- İndiki ərəfədə səhiyyə sistemində çalışanlar, müxtəlif ixtisaslı həkimlər, xüsusilə də infeksionistlər, hətta rezidentlər üzərlərinə düşən vəzifəni çox ləyaqətlə yerinə yetirirlər. Bu göz önündədir və əslinə baxılırsa, sübuta, izahata da ehtiyac duyulmur. Çünki onların fəaliyyətini bir aksioma baxış bucağından dəyərləndirirəm. Axı sübut olunmuşları sübuta yetirmirlər. Dahi yazıçı və həkim Anton Çexov deyib: "Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır". Söylənmiş bu çox gözəl, yığcam, dərin mənalı və geniş fikirdən irəli çıxaraq, indiki mərhələdə yeni növ koronavirus infeksiyası ilə mübarizədə həkimlərimizin, bütövlükdə səhiyyə işçilərinin "birə yüz artan" fədakar əməyini ikiqat dəyərləndirib və xüsusi vurğulayaraq tam əminliklə, böyük inamla "ön cərgənin həkimləri super qəhrəmandırlar!", deyə bilmək haqqımız var.

Çətin bir peşənin nümayəndəsisiniz. Koronavirus dövründə də şahidi olduq ki, həkimlərimiz ailələrindən, övladlarından uzaq qaldılar, bütün günlərini xəstələrə həsr etdilər və proses demək olar ki, davam edir. Sizcə, bu çətin deyilmi?

- Öncədən qeyd edim ki, tarixən həkimlik sənətinə nəcib, ülvi peşə kimi, həkimə isə müqəddəs şəxs kimi baxılıb. Bəli, həkimlik çətin və məsuliyyətli peşədir. Əsl həkim xəstənin dərdinə şərik olmalı, xəstələrə qarşı münasibətdə ona həssas yanaşmalıdır. Çünki fikrən həssas olan şəxs xəstəliyə düçar olduqda daha da həssas olur. Ələxsus, məlum infeksiya ilə bağlı əksər insanların "koronafobiya və ya koronapsixoz" yaşadığı günlərdə bu baş verir. Deyirlər ki, həqiqi həkim hər bir xəstə ilə ölüb-diriləndir. Bizim həkimlərimiz də əsl fədakarlıq nümunəsi göstərdilər. Obrazlı ifadə etsək, "başqalarına işıq verə-verə özləri də yanan və ya işıqları başqalarının üzərinə düşən" əsl həkimlərimiz gecə-gündüz bilmədən həyatlarını risk altına qoymaqdan çəkinmədilər, belə də davam edirlər. Bu mənada onların işi həqiqətən təqdirəlayiqdir və alqışlanmalıdır.

Siz həm də pedaqoqsunuz, gələcəyin həkimlərini hazırlayırsınız. Onlarla işləmək necədir? Gələcəyimizin xilaskarları bu sahənin məsuliyyətini dərk edirlərmi? 

- Bəli, bir müəllim kimi təbabətin maraqlı və qədim sahəsi olan yoluxucu xəstəliklər fənninin incəliklərini həkim olacaq ATU-nun tələbələrinə öyrədirəm, həm də rezidentləri infeksion xəstəliklər üzrə mütəxəssis (uzman) kimi yetişdirirəm. "Əgər bəşəriyyətin fiziki ağrıları həkimin bədənindən keçirsə, mənəvi ağrıları da müəllimin ürəyindən keçir", deyiblər. Həkim qeyri-adi sənət sahibi olduğuna görə bu sənəti öyrənən tələbələrə də bu mənada qeyri-adi tələbə kimi baxılmalıdır. Tələbə daim yenilik hissi ilə yaşayır, tərəqqiyə can atır. Bu nöqteyi-nəzərdən tələbələrə tədris etmək müəllim üçün də elmi tərəqqidən geri qalmamağa zəmin yaradır. Onlarla işləmək insana zövq verir. Tələbə dünyası tamam başqa bir aləmdir. İnanın, hərəsi bir həyatdır, desəm azdır. Onlar əslində həyatımın "qızıl" parçalarıdır. Tələbələrdən söz düşəndə nədənsə həmişə ABŞ yazıçısı O.Henrinin bu fikirləri təsəvvürümdə canlanır: “Həyatda elə şeylər var ki, hökmən bir yerdə olmağa məhkumdur. Məsələn, çəhrayı muslin və yaşıl qızılgül, ya da qızardılmış döş əti və yumurta, yaxud da irlandlar və iğtişaş kimi”. Bu anda düşünürəm ki, Henri sağ olsaydı, bu siyahıya sevimli tələbələrlə onların əziz tutduğu müəllimi də əlavə edərdi.... Tələbələrin sıralarında çox savadlı, erudit bilikliləri var. Bəli, onlar həkimlik məsuliyyətinin dərkinə varırlar. Mən bunu dərs prosesi zamanı onların söhbətlərindən, müayinə zamanı xəstələrlə düşüncəli xoş rəftarlarından, canıyananlıqdan, "bəlkə bizim köməyimiz də dəydi" deyib, ağır xəstələrin tez və tam sağalması üçün müasir müalicə vasitələrini internet vasitəsi ilə axtarış etmələrindən, hətta qrup şəklində imkansız xəstələrə yardım etmələrindən və bu kimi xeyirxah əməllərindən hiss edirəm. Əminəm ki, müəllimlərindən qədərincə bəhrələnmiş bu vətənpərvər tələbələr ölkə səhiyyəsinin inkişafı yolunda böyük uğurlar əldə edəcəklər.

Pandemiya ilə mübarizədə çalışan tibb işçilərimizdən də virusa yoluxanlar var. Son günlər bu say xeyli artdı. Həkimlər virusa yoluxmamaq üçün nələrə diqqət etsinlər?

- Bəli, əfsuslar olsun ki, bu baş verdi. Yəni, ən yaxın günlərdə tibb işçiləri arasında olan xəstələnmədə bu müşahidə edildi. Tibb işçiləri də insandır. Bəllidir ki, fərdi qoruyucu vasitə kimi xüsusi hazırlanmış kombinezonlar hava keçirmir, insanın hərəkətini məhdudlaşdırır. İşdə bu geyimdə, həmçinin respirator maskada həkimlərimiz saatlarla qalırlar ki, buna da xeyli səbr və dözüm lazımdır. Təbii ki, müəyyən zaman keçəndən sonra onlarda nəzərəçarpan diskomfort yaranır. Ola bilsin ki, elə həmin məqamda da ani olaraq kiçik ehtiyatsızlıq virusa yoluxmaya gətirib çıxarır. Üstəlik, başqa faktorlar da mümkündür. Ehtimal ki, yaxınları ilə görüş, azsaylı da olsa yas mərasimlərində iştirak, nəqliyyat vasitələrindən istifadə zamanı və digər ictimai yerlərdə ehtiyatsızlığa yol verilə bilər.

Ölkədə ümumi yoluxma 10 mini ötüb. Hər gün 400-ə yaxın şəxs koronavirusa yoluxur. Artım dinamikası sizcə nə zamana qədər davam edəcək? Bu rəqəm virusa yoluxmanın pik həddi hesab oluna bilərmi?

- Hələlik xəstələnmə hallarında artım müşahidə olunur. Lakin digər ölkələrlə müqayisədə ildırım sürəti ilə artmır və "həqiqət isə müqayisədə üzə çıxır". Fikrimcə, bu, əhəmiyyətli dərəcədə insanların özünün fərdi və sosial məsuliyyətindən asılıdır. Buna vətəndaşın sosiopsixi təsirləri də aiddir. Cəmiyyətdə virusa qarşı mübarizə psixoloji cəhətdən necə qarşılanırsa, fərdiyyət də ona uyğun müdafiə olunacaq. Yəni, bu infeksiya ilə mübarizədə kompleks yanaşma mütləqdir. Yalnız bu halda xəstəlik öz enişini yaşayacaq. Qeyd etdiyim kimi, kompleks yanaşma mütləq olmalıdır və o halda xəstəliyə yoluxmanın pik həddindən yan keçəcəyik. Bu yerdə ümumi qanunauyğunluğu qeyd edim ki, infeksion xəstəliklərin yayılması üçün 3 şərt vacibdir: infeksiya mənbəyi, ötürülmə mexanizmi və xəstəliyə meyilli və ya həssas şəxs. Bunlara uyğun olaraq xəstəliklərin profilaktikası da 3 istiqamətdə aparılır: infeksiya mənbəyinə, ötürülmə yollarına qarşı yönəlmiş tədbirlər və xəstəliyə həssas insan orqanizminin müqavimətinin spesifik, qeyri-spesifik vasitələrlə yüksəldilməsi. Bir-birini ardıcıl zəncir şəklində əvəz edən bu proses harada qırılsa, o zaman yoluxma baş verməyəcək.

Vaksinin tapıldığı barədə xəbərlər var. Texnologiyanın və tibbin inkişaf etdiyi bir zamanda vaksinin gec tapılması, yaxud istifadə olunmaması cəmiyyətdə narahatlıq yaradır. Proqnozlarınız nələrdir? Vaksinin tətbiqinə nə zaman başlana bilər?

- Tibbin çox inkişaf etdiyi aparıcı ölkələrdə vaksinlə bağlı müəyyən nəticələr var. Lakin bu testlər tam klinik təcrübədən keçməyib, zaman və səbr lazımdır. Qeyd edim ki, insanlar vaksin olmadan da bu virusdan özünü tam qorumaq iqtidarındadır. Axı hələ ki, alternativ yollar var və reallıq olan yerdə ideallıq niyə axtaraq ki? Şübhəsiz ki, spesifik qorunma vasitəsi kimi vaksinin dəyəri inkaredilməzdir. Hələlik maksimal effekt verən vaksin hazırlanmadığına görə mövcud üsulları təqdir və istifadə edərək bu infeksiyaya qalib gələ bilərik. Düşünürəm ki, vaksinə görə əhalinin aşırı dərəcədə narahatlığına, bədbinliyinə əsas yoxdur. Çünki bəşəriyyətə çoxdan məlum olan xeyli infeksion, o cümlədən təhlükəli infeksiyalar var ki, bu günə qədər mükəmməl effektli vaksin hazırlanmayıb. Hazırda isə əsasən bizim sözügedən infeksiyaya yoluxmamağımıza tam zəmanət verən 3 qaydaya məcmu şəkildə riayət etməyimiz yetərlidir. Bunlar tibbi-cərrahi maska (üzbənd), sosial məsafə və əllərin gigiyenasıdır.

Bəzi insanlar deyir ki, virus mövcud deyil, uydurmadır...

- Dünyada nə qədər insan varsa, bir o qədər də fikir müxtəlifliyi hökm sürür. Şəxsən bütün fikirlərə hörmət edirəm. Bu mənim insanlıq borcumdur. Lakin həkimlik borcum SARS-CoV-2 adlanan bu yeni virusun mövcud olduğunu söyləmək və ondan qorunmaq üsullarını aşılamaqdır. Dövlətimiz də bu işdə bütün zəruri tədbirləri görməkdədir.

Pandemiya ilə mübarizədə TƏBİB-in işini necə dəyərləndirirsiniz?

- Bütövlükdə COVID-19 ilə mübarizə yönümündə TƏBİB-in fəaliyyətini müsbət qiymətləndirmək olar. Tək TƏBİB-in deyil, Nazirlər Kabineti yanında Operativ Qərargahın işini də yüksək dəyərləndirirəm. Hər iki qurumun nümayəndələri mütəmadi olaraq brifinq keçirməklə insanları məlumatlandırır, jurnalistlərin çoxsaylı suallarına çevik cavab verirlər. Cəmiyyətimiz də qoyulmuş qaydalara texniki deyil, dərk edərək riayət etməli, dövlət və xalq həmrəyliyini, birliyini nümayiş etdirməlidir. Necə deyərlər, ortaq düşmənimiz olan məkrli virusa qalib gəlmək üçün ortaq insanlığımız olmalıdır.(publika.az)

Akqabay Mıradov


Etiket:
Xəbərlər

Aktyor olmaq istəyən Milli Qəhrəman: Şəhid olanda çantasından “Hophopnamə” çıxıb - FOTO

28.09.2020

Küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü… - Azərbaycanlı rejissorun həyat HEKAYƏTİ+FOTO

26.09.2020

"Arsak Qarabağla əvəzləndi, sirr deyil ki..." - Tarixçi faktları açıqladı

21.09.2020

Sosial şəbəkələrdə məşhurlaşan qazaxlı uşaq diviziyaya aparıldı - FOTOLAR

20.09.2020

Qədim türklərdə dövlət məclisləri

20.09.2020

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərini saxta yollarla necə erməniləşdirir? - TARİXİ FAKTLAR

19.09.2020

Dünyanın bu yerlərinə milyarderlər belə gedə bilmir - Fotolar

16.09.2020

Ölüm ilgəyi

15.09.2020

Qafqaz İslam Ordusunun Bakı Zəfərindən 102 il ötür. l hissə

14.09.2020

"Türklər yeganə etnosdular, hər şeyi qanla həll ediblər, amma qansız deyillər" - 25 dildə danışan poliqlotumuz.

11.09.2020

Quba xanlığının 6-cı xanı Fətəli xan Hüseynəli xan oğlu, Roma Papası və illüminatlar.

09.09.2020

Azərbaycan - Rusiya münasibətlərinin bəzi təfərrüatları - TƏHLİL

06.09.2020

İş adamı Mətanət Süleymanzadə təltif edildi - FOTO

04.09.2020

DGTYB “Dilimiz varlığımızdır” adlı elmi-publisistik məqalələrdən ibarət kitab çap edib

03.09.2020

Hincaq erməni gizli təşkilatı 2-ci hissə

02.09.2020

Qubadlı rayonunun işğalından 27 il ötdü

31.08.2020

30 avqust – Türkiyənin Zəfər bayramı

30.08.2020

Bu gün Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür

29.08.2020

Ermənistan Sevr müqaviləsini niyə "diriltmək" istəyir?

28.08.2020

Hincaq erməni gizli təşkilatı 1-ci hissə

26.08.2020

40 dil bilən, 18 aylığında qəzet oxuyan dünya tarixinin ən ağıllı insanının faciəli HƏYAT HEKAYƏSİ - FOTO

26.08.2020

Amerikadakı qohumlarımız – qızıldərililər...

25.08.2020

23 avqust Füzuli və Cəbrayılın işğalı günüdür

23.08.2020

Birinci Respublikanın rəsmi siması - Əlimərdan bəy Topçubaşov

18.08.2020

İrəvan Türk Cümhuriyyəti "Turan" partiyası yaradıldı

12.08.2020

39 il əvvəl Parisdə Türkiyə konsulluğunu zəbt edən terrorçu – Sislyan 1988-də İrəvanda baş nazirlər kimi qarşılanıb.  

11.08.2020

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

09.08.2020

Şərqli kənizin oğlu: Da Vinçinin Azərbaycan kökləri
 

08.08.2020

Ərzurumlu erməni qatil – o, Los-Ancelesdə türk diplomatları aldadıb görüşə çağırıb və... güllələyib.  

07.08.2020

102 ilin xatirəsi: Sanki Nuru Paşa qayıdır...

06.08.2020

Nasistlərə yardım edən Soros: "Mənəviyyatsız insanam" - ETİRAFLAR

04.08.2020

Vətənpərvər alim, Fəal ictimaiyyətçi

03.08.2020

Qərbi Azərbaycan İrəvan Respublikasının DÖVLƏT GERBİ qəbul olundu

03.08.2020

Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra

03.08.2020

1 Avqust - Azərbaycan Əlifbası Günüdür
 

01.08.2020

Qurban bayramının yaranma tarixi və İslamda yayılmasının sosial aspektləri

31.07.2020

Atasını ermənilər öldürdü, qardaşı repressiya olundu, oğlu onu illərlə aldatdı - Gülməkdən ölən böyük aktyorumuz

30.07.2020

QHT həssas qrupları diqqətdən kənarda qoymadı.  

30.07.2020

Hamburqlu bar qızı necə Qdanskda türmə cəlladı oldu... - 22 yaşlı Jenni Barkman minlərlə əsiri məhv edib

29.07.2020

Abbasqulu bəy Şadlinski: Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman

28.07.2020

Jukovun sədaqətli sürücüsü – Buçindən marşal əleyhinə ifadə almaq istəyiblər, verməyib, 5 il həbs cəzası alıb.

25.07.2020

Bu gün Ağdam rayonunun işğalından 27 il ötür.

23.07.2020

Milli Mətbuat - 145 il

22.07.2020

BİZ ERMƏNİLƏRƏ NƏ VAXT QALİB GƏLƏCƏYİK?

20.07.2020

Onların hədəfi yalnız Qarabağ deyil...” – “Food City”dən erməniləri qovan İlham Rəhimov

18.07.2020

Fransız tarixçi: Bu, Paşinyan hökumətinə inamsızlığı dünyaya sübut etdi

17.07.2020

Şəhid İsmayılovla vida mərasimi keçirilir - Fotolar

16.07.2020

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

15.07.2020

Şəhidlərimizin qisası alındı - TƏFƏRRÜATLAR

15.07.2020

Elmi Araşdırmalar İctimai Birliyi

15.07.2020
Bütün xəbərlər