Kremlin məmurlarının ölümündə Andropov müəmması-SSRİ tarixinin sirli hadisələri...

11:00 / 23.06.2020
Baxılıb: 1222

Kremlin məmurlarının ölümündə Andropov SSRİ tarixinin 1970-1980-ci illəri Kreml məmurlarının müəmmalı ölümləri ilə yadda qalıb. Bu hadisələrlə bağlı fərqli versiyalar səsləndirilsə də, mövcud dövrdə rəsmi mətbuat ölüm hadisələrinin səbəbini “uzun sürən xəstəlikdən sonra” ifadəsi ilə qapayıb...
Həqiqətənmi, Siyasi Büro üzvlərinin qəfil ölümləri uzun sürən xəstəlikdən sonra baş verib?

Müəmmalı ölümlərdə daha çox Yuri Andropovun adı hallanıb. 1967-ci ildə SSRİ DTK-sının sədri təyin edilən Andropov bir çox Kreml çinovnikləri üçün arzuolunmaz şəxs sayılıb. Əslində, onun DTK sədri təyin edilməsi gözlənilməz olub. Leonid İliç Brejnevin Ukrayna klanını gücləndirdiyi bir vaxtda Andropvun bu təyinatı Kremldaxili oyunlarda bir çaxnaşma yaradıb. Təbii ki, Brejnevin Andropova bu vəzifəni həvalə etməsi səbəbsiz olmayıb.

Baş katib Andropovu yaxından tanıyıb, onun qətiyyətinə bələd olub və ondan lazım olmayan kadrların aradan götürülməsi üçün istifadə etməyi qərara alıb. Elə bu məqsədlə Andropovun DTK-ya təyinatından sonra bu quruma daha böyük səlahiyyətlər verilib. Kreml “mətbəx”inə yaxşı bələd olan Andropov, Brejnevin ona nəyə görə etimad göstərdiyini yaxşı anlayıb və gələcək karyerasına yol açmaq, birinci kürsüyə sahib olmaq üçün ikibaşlı siyasi oyunların mərkəzində dayanmaqdan çəkinməyib. Verilən səlahiyyətlər Andropov üçün gələcək rəqiblərini aradan götürməyə böyük şans olub.

1970-ci illərdə Kremldə söz sahiblərindən və Brejnevə təsir gücünə malik olanlardan biri SSRİ müdafiə naziri, Siyasi Büronun üzvü marşal Andrey Qreçko olub. Milliyətcə ukraynalı olan Qreçkonun Brejnevlə yaxın ailəvi dostluğu da heç kim üçün sirr sayılmayıb. Kobud və sərt xarakterə malik olan marşal Brejnevlə yaxın münasibətlərdə olsa da, məqamı düşdükcə baş katibi tənqid etməkdən çəkinməyib. 1976-cı ildə Brejnevin 70 illik yubileyinə hazırlıq işləri görüləndə, baş katibə yubiley münasibətilə marşal rütbəsinin verilməsi müzakirə olunan zaman, Qreçko bu məsələyə sərt münasibət bildirib və Brejnevin marşal rütbəsi gəzdirməsini haqsızlıq kimi qəbul edib. Xatırladıb ki, o general-polkovnik olanda Brejnev hələ polkovnik rütbəsində gəzib.

Bu hadisələr ərəfəsində, 1976-cı il aprelin 26-da Qreçkonun qəfil ölüm xəbəri yayılıb. Qreçkonun qəfil ölümü çoxlarında şübhə yaradıb. Kifayət qədər sağlam olan, mütəmadi olaraq xüsusi həkim müayinəsindən keçən marşalın ölümü müxtəlif versiyaların üzə çıxmasına səbəb olub. Bu versiyalardan birində Andropovun da adı hallanıb. Belə ki, dolaşan söhbətlərə görə Andropov Brejnevin göstərişi ilə marşalı qida zəhərlənməsindən öldürdüb. Qreçko ilə Andropovun arasında konflikti münasibətin olmasını nəzərə alsaq, fakt inandırıcı görünə bilər. Amma sözsüz ki, marşalın ölümü ilə bağlı ciddi araşdırmalar aparılmayıb.

Növbəti müəmmalı ölüm 1976-cı ildə baş verib. Mərkəzi Komitənin katibi, Kremlin ən perspektivli kadrlarından biri sayılan Fyodor Kulakov qəfil ürəktutmasından vəfat edib. Kulakov baş katib vəzifəsinə real namizədlərdən biri sayılıb. Mərkəzi Komitədə bir çox məsələlər onunla razılaşdırılıb. Sözsüz ki, bu da Andropovu ciddi narahat edib və Kulakovun müəmmalı ölümündə yenə də Andropovun adı hallanıb.

Yuri Andropova “mane” olan əsas simalardan biri Brejnevə yaxınlığı ilə tanınan Semyon Sviqun olub ki, o, DTK-da özünü Andropovla eyni səlahiyyətdə sayıb. Sviqunu DTK sədrinin birinci müavini vəzifəsinə Brejnev gətirib, məqsədi isə Andropovun fəaliyyətini nəzarətdə saxlamaq olub. 19 yanvar 1992-ci ildə Sviqunun da ölüm xəbəri yayılıb. Ordu generalının intihar etdiyi bildirilib. Bununla da Andropovun ətrafından daha bir arzuolunmaz şəxs zərərsizləşdirilib.

1982-ci ildə Brejnevin səhhətində yaranan ciddi problemlər hakimiyyət uğrunda mübarizəni daha da intensivləşdirib. SSRİ-də adətən rəsmi və qeyri-rəsmi qanunlara görə baş katib kürsüsünə Mərkəzi Komitə katiblərindən biri seçilib. Bunu nəzərə alan Andropov DTK-dan Mərkəzi Komitəyə transfer olunmağı vacib sayıb. Elə məhz bu ərəfədə də partiya xətti ilə Brejnevdən sonra ikinci şəxs sayılan Mərkəzi Komitənin katibi Mixail Suslov 25 yanvar 1982-ci ildə qəfil vəfat edib. Suslovun ölümü Andropov üçün Mərkəzi Komitənin qapılarını açıb. O, Mərkəzi Komitənin ideologiya üzrə katibi seçilib.

Yuri Andropov ən qısa müddətdə Kremldə özünü tanıtmağı bacarıb. 1982-ci ildə Kremldaxili siyasi oyunlarda o, ən mahir oyunçu sayılıb. Hakimiyyətin Ukrayna klanına keçməməsi üçün sabiq DTK şefi ən kiçik siyasi qüvvələri belə zərərsizləşdirməyi bacarıb. Qromıko, Ustinov, Çernenko, Romanov, Şerbitski kimi ölkənin nəhəng siyasətçiləri sayılan Siyasi Büro üzvlərinin arasında Andropov hakimiyyəti ələ keçirməyə müyəssər olub.

Beləliklə, 1970-1980-ci illərdə Kremlim yarpaq tökümündə ən müəmmalı siyasi fiqurlardan biri olan Yuri Andropov birincilik uğrunda gedən mübarizədə qələbə qazanıb, qısa müddətlik olsa da, SSRİ tarixinə Andrpov dövrünü yazmağa nail olub. Ən başlıcası isə siyasilərin müəmmalı ölümündə rəsmi olaraq üzərinə heç bir ləkənin düşməsinə imkan verməyib.

İlham Cəmiloğlu.

GOYCE.AZ


Etiket:
Xəbərlər

Düşmənin məhv edilən döyüş texnikasının siyahısı 

01.10.2020

Aktyor olmaq istəyən Milli Qəhrəman: Şəhid olanda çantasından “Hophopnamə” çıxıb - FOTO

28.09.2020

Küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü… - Azərbaycanlı rejissorun həyat HEKAYƏTİ+FOTO

26.09.2020

"Arsak Qarabağla əvəzləndi, sirr deyil ki..." - Tarixçi faktları açıqladı

21.09.2020

Sosial şəbəkələrdə məşhurlaşan qazaxlı uşaq diviziyaya aparıldı - FOTOLAR

20.09.2020

Qədim türklərdə dövlət məclisləri

20.09.2020

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərini saxta yollarla necə erməniləşdirir? - TARİXİ FAKTLAR

19.09.2020

Dünyanın bu yerlərinə milyarderlər belə gedə bilmir - Fotolar

16.09.2020

Ölüm ilgəyi

15.09.2020

Qafqaz İslam Ordusunun Bakı Zəfərindən 102 il ötür. l hissə

14.09.2020

"Türklər yeganə etnosdular, hər şeyi qanla həll ediblər, amma qansız deyillər" - 25 dildə danışan poliqlotumuz.

11.09.2020

Quba xanlığının 6-cı xanı Fətəli xan Hüseynəli xan oğlu, Roma Papası və illüminatlar.

09.09.2020

Azərbaycan - Rusiya münasibətlərinin bəzi təfərrüatları - TƏHLİL

06.09.2020

İş adamı Mətanət Süleymanzadə təltif edildi - FOTO

04.09.2020

DGTYB “Dilimiz varlığımızdır” adlı elmi-publisistik məqalələrdən ibarət kitab çap edib

03.09.2020

Hincaq erməni gizli təşkilatı 2-ci hissə

02.09.2020

Qubadlı rayonunun işğalından 27 il ötdü

31.08.2020

30 avqust – Türkiyənin Zəfər bayramı

30.08.2020

Bu gün Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür

29.08.2020

Ermənistan Sevr müqaviləsini niyə "diriltmək" istəyir?

28.08.2020

Hincaq erməni gizli təşkilatı 1-ci hissə

26.08.2020

40 dil bilən, 18 aylığında qəzet oxuyan dünya tarixinin ən ağıllı insanının faciəli HƏYAT HEKAYƏSİ - FOTO

26.08.2020

Amerikadakı qohumlarımız – qızıldərililər...

25.08.2020

23 avqust Füzuli və Cəbrayılın işğalı günüdür

23.08.2020

Birinci Respublikanın rəsmi siması - Əlimərdan bəy Topçubaşov

18.08.2020

İrəvan Türk Cümhuriyyəti "Turan" partiyası yaradıldı

12.08.2020

39 il əvvəl Parisdə Türkiyə konsulluğunu zəbt edən terrorçu – Sislyan 1988-də İrəvanda baş nazirlər kimi qarşılanıb.  

11.08.2020

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

09.08.2020

Şərqli kənizin oğlu: Da Vinçinin Azərbaycan kökləri
 

08.08.2020

Ərzurumlu erməni qatil – o, Los-Ancelesdə türk diplomatları aldadıb görüşə çağırıb və... güllələyib.  

07.08.2020

102 ilin xatirəsi: Sanki Nuru Paşa qayıdır...

06.08.2020

Nasistlərə yardım edən Soros: "Mənəviyyatsız insanam" - ETİRAFLAR

04.08.2020

Vətənpərvər alim, Fəal ictimaiyyətçi

03.08.2020

Qərbi Azərbaycan İrəvan Respublikasının DÖVLƏT GERBİ qəbul olundu

03.08.2020

Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra

03.08.2020

1 Avqust - Azərbaycan Əlifbası Günüdür
 

01.08.2020

Qurban bayramının yaranma tarixi və İslamda yayılmasının sosial aspektləri

31.07.2020

Atasını ermənilər öldürdü, qardaşı repressiya olundu, oğlu onu illərlə aldatdı - Gülməkdən ölən böyük aktyorumuz

30.07.2020

QHT həssas qrupları diqqətdən kənarda qoymadı.  

30.07.2020

Hamburqlu bar qızı necə Qdanskda türmə cəlladı oldu... - 22 yaşlı Jenni Barkman minlərlə əsiri məhv edib

29.07.2020

Abbasqulu bəy Şadlinski: Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman

28.07.2020

Jukovun sədaqətli sürücüsü – Buçindən marşal əleyhinə ifadə almaq istəyiblər, verməyib, 5 il həbs cəzası alıb.

25.07.2020

Bu gün Ağdam rayonunun işğalından 27 il ötür.

23.07.2020

Milli Mətbuat - 145 il

22.07.2020

BİZ ERMƏNİLƏRƏ NƏ VAXT QALİB GƏLƏCƏYİK?

20.07.2020

Onların hədəfi yalnız Qarabağ deyil...” – “Food City”dən erməniləri qovan İlham Rəhimov

18.07.2020

Fransız tarixçi: Bu, Paşinyan hökumətinə inamsızlığı dünyaya sübut etdi

17.07.2020

Şəhid İsmayılovla vida mərasimi keçirilir - Fotolar

16.07.2020

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

15.07.2020

Şəhidlərimizin qisası alındı - TƏFƏRRÜATLAR

15.07.2020
Bütün xəbərlər