Həsən bəy Zərdabinin ailəsi haqqında bilmədiyiniz – Faktlar

16:45 / 28.06.2020
Baxılıb: 328

Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin (Məlikovun) misilsiz xidmətləri haqqında mətbuatda silsilə yazılar nəşr olunsa da, onun ailəsi, övladları haqqında məlumatlara rast gəlmirdik.

2014-cü ildə fəlsəfə doktoru, zərdabişünas alim Eldəniz Həsənovun müəllifi olduğu "Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu" adlı monoqrafiyada Zərdabi nəsli haqqında ilk dəfə işıqlandırılan tədqiqat materiallar, o cümlədən şəcərə haqqında məlumatlar və fotomateriallar toplanıb. Movqe.az həmin nəşrdə Həsən bəy Zərdabinin şəcərəsi ilə bağlı yeni faktları təqdim edir.

Həsən bəy Azərbaycanın ilk maarifçi qadınlardan biri Hənifə xanım Məlikova ilə ailə qurmuşdur. Hənifə xanım Aslan bəy qızı Məlikova - Abayeva 1856-cı il mayın 5-də Şimali Qafqazda, Nalçikdə doğulub. Müsəlman dünyasının ilk maarifçi qadınlarından olan Hənifə xanım Tiflisdə Müqəddəs Nina Qız Məktəbində təhsil alıb. O zamanlar balkar-kabardin, ümumən müsəlman qızlarının xristian ölkəsində təhsil alması çox nadir hadisə idi. Hənifə xanım Həsən bəy Zərdabinin tək həyat yox, həm də mübarizə yoldaşı idi. 1875-1877-ci illərdə onlar "Əkinçi" qəzetinin nəşrində çox böyük əziyyətlər çəkiblər. Zərdabda yaşadıqları dövrdə - 1880-ci ildən başlayaraq öz mənzillərində pulsuz məktəb açdılar. Hənifə xanım Bakıdakı məşhur "Nicat" cəmiyyətinin qadın bölməsinin yaradıcılarından biri, Bakıda ilk qız məktəbinin yaradıcısı kimi də tarixə düşüb, 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdiri işləyib. 1909-cu ildən 1919-cu ilədək - düz 10 il Bakı şəhər Dövlət Birinci Rus-Tatar (yəni Rus-Azərbaycan) Qız Məktəbində müdir vəzifəsində çalışıb. 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə işləyib.

Hənifə xanım Məlikova-Abayeva 1929-cu ildə Bakıda vəfat edib. Əvvəl şəhər qəbiristanlığında dəfn edilmiş, deyilənə görə sonralar onun qəbri həyat yoldaşı H.Zərdabinin məzarına - Fəxri Xiyabana köçürülüb. Lakin Azərbaycanın ilk maarifçi qadınlarından olan belə bir şəxsiyyətin məzarının yeri dəqiq bilinmir.

Onların ailəsində dörd qız övladı (Pəri xanım Məlikova (Topçubaşova), Fatimə xanım Məlikova, bir yaşına çatmamış vəfat edən üçüncü qızı və sonbeşik qızları Qərib Soltan xanım Məlikova), iki oğul övladı (Midhət bəy Məlikov və Səffət bəy Məlikov) olmuşdur.

Pəri xanım 1873-cü ildə Bakı şəhərində anadan olub. Pəri xanım müəllimə idi. Zərdabinin böyük qızı Azərbaycanın ilk parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşovla 1893-cü ildə Tiflis şəhərində ailə qurub. Pəri xanım Topçubaşovanın 5 övladı olmuşdur. Onlardan dördü - oğulları Ələkbər bəy, Ənvər bəy Topçubaşov, qızları Sara xanım Sultanoğlu, Sevər xanım Topçubaşova anaları ilə birlikdə Əlimərdan bəy Topçubaşovun dəfn mərasimində iştirak ediblər. Pəri xanım Fransada mühacirətdə olmuş və 1947-ci ildə orada dünyasını dəyişmiş, Paris yaxınlığında Sen-Klu məzarlığında, həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun yanında dəfn olunub. Bu ailənin beşinci övladı haqqında ətraflı məlumat yoxdur.

1879-cu ildə Göyçay bölgəsinin Zərdab kəndində anadan olmuş, Almaniyada ali mühəndislik təhsili almış H.Zərdabinin böyük oğlu Məlikov Midhəd Həsən bəy oğlu Gəncə Şəhər Kommunal Təsərrüfatı İdarəsinin torpaq-plan bölməsinin torpaq işçisi olub. Ermənilərin donosu və üzədurması ilə 1937-ci ildə güllələnmiş, 1990-cı ildə isə bəraət almışdır.

Bildiyimiz kimi, Mingəçevir Su Elektrik Stansiyasının ilk ideyasını Həsən bəy Zərdabi vermişdir. Məlumata görə, Həsən bəy Zərdabinin böyük oğlu Midhəd bəy Məlikov Lənkəranda öz hesabına, Xanbulaqçay üzərində su elektrik stansiyası qurmaq niyyətində olub. Elə oradan qolları qandallı Bakıya gətirilib güllələnib. Çox güman ki, o bu ideyanın qurbanı olub.

Midhəd bəyin yeganə övladı olan Fatimə xanım repressiya illərində Stavropolda yaşamış, sonralar Bakıya qayıtmış və ali təhsil almışdır. Fatimə xanımın oğlu Məhəmmədəli və nəvəsi Hacağa Bakıda yaşayıblar.

Səffət bəy Məlikov -Həsən bəy Zərdabinin oğlu

Göyçay bölgəsinin Zərdab kəndində anadan olub. O, Bakı Real Gimnaziyasını bitirdikdən sonra xaricdə Ali Mühəndislik İnstitutunu bitirmiş, memar ixtisasına yiyələnib. Arxiv sənədlərinin araşdırılmasından bəlli olur ki, Səffət bəy Həsən bəy oğlu Məlikzadə həqiqətən 1915-ci ilin aprel ayından 1917-ci ilin əvvəllərinədək Bakı şəhər İdarəsi tərəfindən ayrılmış azad təqaüdlə Riqa Politexnik İnstitutunda təhsil almışdır. Rusiyada hakimiyyət bolşeviklərin əlinə keçdikdən sonra o, Riqadan Bakıya qayıtmışdır.

1918-ci ildə - yaxın qohumu, Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun sədri olduğu Paris Sülh konfransına gedəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə katib kimi daxil edilib. O, İstanbulda konsulluqda çalışıb.

Qəribsoltan Məlikova - Həsən bəy Zərdabinin qızı

Qəribsoltan xanım 1896-cı il iyunun 11-də Zərdab kəndində (indiki Zərdab şəhəri) doğulub, təhsilini Tiflisdə rus qız gimnaziyasında alıb, 1910-cu ildən pedaqoji fəaliyyətlə məşğul olub. 1915-ci ildən 1918-ci ilədək Bakıdakı Rus-Tatar (Rus-Azərbaycan) qız məktəbində dərs demiş, 1918-1920-ci illərdə rus qız gimnaziyasında müəllim işləyib.

Qəribsoltan xanım ailə qurmayıb. O, görkəmli bəstəkar Rauf Hacıyevin təlim-tərbiyəsi ilə məşğul olub. Qəribsoltan xanım uzun müddət Bakıda kimsəsiz uşaqların oxuduğu internat məktəbdə dərs deyib. Bütün həyatını müəllimliyə, gənc nəslin təlim-tərbiyəsinə həsr edib, maarif xadimi olaraq 1948-ci ildə "Azərbaycanın Əməkdar Müəllimi" adına layiq görülüb. O, müəllimlik fəaliyyətini 1956-cı ilə qədər davam etdirib.(movqe.az)


Etiket:
Xəbərlər

ŞƏKİ ÜSYANI İşğalçı rusiya ordusuna bitməyən nifrətin dastanı.

11.07.2020

Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub.

09.07.2020

İKİ DİLLİLİK (BİLİNGUALİSM)

08.07.2020

Alman qəzeti İrəvan xanlığından nə yazıb?

08.07.2020

Nazim Hikmətin yeni şeirləri tapıldı -FOTOLAR

06.07.2020

Hitleri qəzəbləndirən, fransız və rus idmançıları peşman edən “Borçalı şiri”

04.07.2020

Semaşko”nun həkimi Hicran Mustafayeva: “Mən cəhənnəmi yerdə gördüm”

04.07.2020

Nazir mənzilindən sürgün düşərgəsinin barakına – Gözəl yazıçı xanım 18 il boyunca iztirablar çəkib.

03.07.2020

Cek Londonun pandemiya ilə bağlı öncəgörməsi
 

02.07.2020

"SÖZÜN XAQANI” HAQQINDA SÖZ  

30.06.2020

Həsən bəy Zərdabinin ailəsi haqqında bilmədiyiniz – Faktlar

28.06.2020

Ermənistanda yetişdirilən “Azərbaycan Türkləri”

28.06.2020

26 iyun Azərbaycanın Milli Ordu Günüdür

26.06.2020

Ağcabədinin Salmanbəyli kəndi Şaumyanın silahdaşının adını daşıyır - ARAŞDIRMA

25.06.2020

Anadoluda erməni etnosu necə ortaya çıxdı?-Şahlar Hacıyev

24.06.2020

Kremlin məmurlarının ölümündə Andropov müəmması-SSRİ tarixinin sirli hadisələri...

23.06.2020

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

22.06.2020

Buhenvald düşərgəsində əsirlərə cəhənnəm əzabı yaşadan ər-arvad – biri həşərilik edib, o biri sifilis tutub.

21.06.2020

Nuh yurdu Naxçıvanı erməni hücumlarından qoruyan xilaskar

20.06.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

18.06.2020

Xalqın ən birinci günahı kitab oxumamaqdır.

18.06.2020

Kompleks yanaşma olmazsa, virus pik həddə çatacaq..." - ATU-nun dosenti ilə MÜSAHİBƏ

17.06.2020

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

15.06.2020

Müasir Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsasında Qurtuluş məfkurəsi və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır

14.06.2020

Heydər Əliyev Azərbaycanın xilaskarıdır - Akademik YAZDI

13.06.2020

Qətlə yetirilən nazir, azad edilən qatil

12.06.2020

“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR

10.06.2020

Nərimanov məsələsi - Mehman Cavadoğlu yazır
 

08.06.2020

Erməni vandalizmi: Qarakilsə necə Sisian rayonu oldu? - İnanılmaz faktlar

07.06.2020

Stalin ölənə qədər Hitlerin sağ olduğuna inanırdı – İspan mediası

07.06.2020

Həm təklikdən, həm də qaranlıqdan çox qorxuram - Rəşad Səfərov

05.06.2020

Sözsüz nəğmə - Məti Osmanoğlu

05.06.2020

Ziya Bünyadov Sumqayıt hadisələri haqqında : «XX əsrin mədəni ermənilərinin vəhşiliyi budur!»

04.06.2020

"Zorakılığa qarşı zorakılıq Şərdir!"

03.06.2020

Atəşlə doludur küllərim mənim

31.05.2020

İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

30.05.2020

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi

30.05.2020

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI.

28.05.2020

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

28.05.2020

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020

Poçt göyərçinləri məktubu neçə daşıyırdı?

19.05.2020

Laçınsız 28 il

18.05.2020

Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb

16.05.2020
Bütün xəbərlər