Semaşko”nun həkimi Hicran Mustafayeva: “Mən cəhənnəmi yerdə gördüm”

11:38 / 04.07.2020
Baxılıb: 2326

Azərbaycan həkimləri sağlamlıqlarını təhlükəyə atmaqla koronavirusa qarşı fədakar mübarizəni davam etdirirlər. Onlardan biri də 25 ildir 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) mamalıq və ginekologiya şöbəsində anestezioloq-reanimatoloq kimi çalışan Hicran Mustafayevadır. Pandemiyanın başlaması ilə həkim Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna və “Semaşko” infeksiya şöbəsinə göndərilib. 1 saylı Kliniki Tibbi Mərkəz iyunun 18-də pandemiya xəstəxanası elan edildikdən sonra H.Mustafayeva öz şöbəsinə qayıdıb. Buradakı xəstələr və zahı qadınlar başqa xəstəxanalara göndərilib. İndi bu binada yalnız COVID-19 xəstələri müalicə olunur.

Media.Az-a müsahibəsində Hicran Mustafayevanın bildirdiyinə görə, bu gün vəziyyət o yerə çatıb ki, hətta ginekoloqlar işə qoşulub və koronavirus xəstələrinin müalicəsinə kömək etməyə başlayıb.

Xəstələr

H.Mustafayeva söyləyib ki, son vaxtlara qədər işlədiyi korpus hələ də boş yerlərin qaldığı yeganə şöbə idi. Lakin bir neçə gündür ki, korpus COVİD-19 xəstələri ilə dolub. Mamalıq və ginekologiya şöbəsində hazırda koronavirusa yoluxmuş 68 nəfər yerləşdirilib, onlardan 14-ü reanimasiyadadır. Xəstələrin heç biri ağciyərlərin süni ventilyasiyası aparatına qoşulmayıb.

“Məsələ burasındadır ki, biz son ana qədər xəstənin traxeyasını intubasiya etməməyə (süni tənəffüs aparatına qoşmamağa – red.) çalışırıq. Yalnız həyati təhlükə olduqda bunu edirik. Mümkün olduğu qədər xəstələr özləri nəfəs almalı, ağciyərlərini məşq etdirməlidirlər, çünki süni tənəffüs aparatına qoşulduqda ağciyər əzələləri işləmir, öz funksiyalarını itirir və digər orqanlar da zərər görür. Süni tənəffüs aparatından çıxmaq çox çətin olur. Dünya təcrübəsinə əsasən, intubasiya olunmuş xəstələrin yalnız kiçik hissəsi özünə gəlir. Xəstələrin, demək olar ki, hamısı Bobrov aparatına bağlı oksigen maskaları ilə nəfəs alırlar. Ağciyərləri nəmləndirilmiş oksigenlə zənginləşdirərək, onlar koronavirus infeksiyasının müalicəsində çox kömək edir və yüngül səviyyədə ağciyər çatışmazlığını müalicə etmək üçün qeyri-invaziv üsuldur.

Reanimasiyada xəstəxanaya kritik vəziyyətdə – norma 100 faiz götürüldükdə 60-65 faiz saturasiya (qanda oksigenin miqdarı - red.), nəfəs darlığı, boğulma və yüksək temperaturla çatdırılan xəstələr var. Adi palatalarda olanlar 80% saturasiya ilə daxil olublar. Ancaq hamısı oksigen maskaları ilə təmin olunur. Daha ağır xəstələr vəziyyətlərinə nəzarəti asanlaşdırmaq üçün digərlərindən ayrı yerləşdirilir.

Bizdə həmçinin ağciyərlərin süni ventilyasiya funksiyasını yerinə yetirən SİPAP cihazlarımız da var. Bu, müəyyən təzyiq altında sabit hava axınını tənəffüs yollarına elastik boru və hermetik burun maskası ilə çatdıran kiçik kompressordur. Biz SİPAP-dan xəstənin intubasiyasından əvvəlki son şans kimi istifadə edirik.

Bu yaxınlarda bizə kritik göstərici sayılan 45 faiz saturasiya ilə 53 yaşlı kişi gətirildi. Protokola görə, onun intubasiya edilməsi lazım idi, amma biz risk etməyə qərar verdik və SİPAP rejiminə müraciət etdik. Xəstəni ağır vəziyyətdən çıxara bildik. Bu gün onun saturasiya səviyyəsi 80%-dir. Gözləri yaşlı adam əli ilə bizə necə minnətdar olduğunu göstərdi. Bu, çox dəyərlidir! Bu insanın tamamilə sağlam həyat tərzi keçirdiyini və xroniki xəstəliklərdən əziyyət çəkmədiyini qeyd etmək vacibdir”, - deyə, H.Mustafayeva bildirib.

Onun müşahidələrinə əsasən, xüsusilə 65 yaşdan yuxarı kişilər, ümumiyyətlə, qadınlarla müqayisədə koronavirusu daha ağır keçirirlər. Pandemiya xəstəxanalarındakı xəstələrin əksəriyyəti məhz kişilərdir.

“Digər xəstəxanalardakı həmkarlarımız təsdiqləyirlər ki, süni tənəffüs cihazına qoşulanların böyük əksəriyyəti kişilərdir. 50 yaşa qədər qadınlar xəstəliyi nisbətən yüngül keçirirlər. Yaşla, xroniki xəstəliklər və zəif immunitetlə əlaqədar xəstəliyin ağır şəkildə keçmə riski əhəmiyyətli dərəcədə artır”, - deyə, həkim vurğulayıb.

H.Mustafayeva xəstəxananın antivirus və antibakterial dərmanlarla, həmçinin antikoaqulyantlar və vitaminlərlə tam təmin olunduğunu da qeyd edib.

İş şəraiti

Anestezioloq-reanimatoloqlar gərgin şəraitdə işləyirlər - səkkiz saatlıq növbə səkkiz saatlıq yuxu fasiləsi ilə əvəzlənir. Hicran Mustafayeva növbəsini iki reanimatoloq - Samirə İsmayılova və Sevinc Bektaşi ilə bölüşür.

Bir qayda olaraq, xüsusi rejimli xəstəxanaların həkimləri doğmalarını və yaxınlarını təhlükəyə atmamaq üçün karantin hotellərində qalırlar. Hicran Mustafayeva xəstəxanaya yaxın yaşadığı, şəxsi nəqliyyat vasitəsindən istifadə etdiyi və tək yaşadığı üçün evində gecələyir. Dediyinə görə, növbətçilik ona həm fiziki, həm də mənəvi cəhətdən ağırdır.

“Qoruyucu sellofan kostyum-skafandrlarda işləmək, sadəcə, dözülməzdir. Çox tərləyirik. Növbənin sonunda onları çıxararkən tərdən islanaraq, kondisionerlərin təsiri altında və ya küçədə soyuqlamaqdan qorxuruq. Bəlkə də, buna görə səsim batmışdı. Kostyumlar birdəfəlikdir, növbə üçün verilir. Növbədə nəsə yeyib-içməyə belə vaxtımız yoxdur.

Ancaq ən çətin şey bütün bunlara psixoloji cəhətdən tab gətirməkdir. Yadımdadır, gecə işdən qayıdarkən məni postda saxladılar. Polis həkim olduğumu bilən kimi salam verdi və işimizə görə təşəkkür etdi. O an göz yaşlarım axdı. Əsəblərim artıq son həddədir... Hərçənd, özümü heç vaxt zəif insan hesab etmirdim. İndi əminliklə deyə bilərəm ki, cəhənnəmi yerdə gördüm...

Tez-tez boğulmaqdan və ölməkdən qorxan xəstələri sakitləşdirmək məcburiyyətində qalırıq. Bəzən təşviş üçün xüsusi səbəb olmadan həkimləri çağırırlar, bizi daha ağır xəstələrdən yayındırırlar. Onlarla danışmaq, izah etmək lazım gəlir. Onları günahlandırmıram, xəstəliyin əsəb pozğunluğuna və qorxuya səbəb olduğunu başa düşürəm. Onlar bizə tərləmiş ikiqat şüşədən baxırlar, qarşısında hansı həkimin olduğunu anlamır, bir baxışı tutmağa çalışırlar... Üstəlik, daim gərgin vəziyyətdəyik, özümüz də yoluxub-yoluxmayacağımızı bilmirik”, - deyə, H.Mustafayeva bildirib.

Həkim koronavirus üçün iki testdən keçdikdən və mənfi cavab aldıqdan sonra iki həftəlik istirahətə gedə biləcəyini söyləyib. Ancaq vaxtından əvvəl geri çağırılmaq ehtimalını da istisna etməyib. Səhiyyə işçilərinin üzləşdikləri risklərdən danışan H.Mustafayeva iyun ayının əvvəllərində bir çox həkimin yoluxduğunu qeyd edib. Onların arasında qoruyucu kostyumlarda işləməyə dözə bilməyərək geyimlərini çıxaranlar da olub. Bir çoxları artıq sağalıb və işinin başına qayıdıb.

“Məlumdur ki, yaxşı qidalanma, bütün infeksiyalar kimi, koronavirusun da profilaktik tədbirlərinə aiddir. Axı, insanın immuniteti birbaşa qidalanmadan asılıdır. Bunu bilən xüsusi rejimli xəstəxana həkimləri imkan daxilində həmin qaydaya riayət etməyə çalışırlar və növbə arasında əlavə olaraq C vitamini qəbul edirlər və bal yeyirlər”, - deyə, həkim bildirib.

İnanmayanlar üçün

İnsanların nəyə görə koronavirusa inanmadığını soruşduqda isə H.Mustafayeva cavab verib ki, inanmayanlar yekunda özlərini pandemiya xəstəxanalarında görürlər. O qeyd edib ki, xəstələrin arasında səhvlərini etiraf edənlər çoxdur. Onun fikrincə, bütün qəbahət maska ​​taxmaq, sosial məsafəni saxlamaq və əl gigiyenası kimi elementar profilaktik tədbirlərə əməl olunmamasındadır.

“Anlayın, koronavirus bu qədər sürətlə yayılır... Yoluxmaq üçün pandemiya xəstəxanasında işləmək lazım deyil, onu supermarketdə də asanlıqla tutmaq olar. Reanimatoloq olduğumu bilən tanışlarım tez-tez yoxlanmaq üçün zəng edirlər. Bəzən biri ilə danışıram və bir neçə gündən sonra onun ağır vəziyyətdə pandemiya xəstəxanasında olduğunu öyrənirəm. Bu, çox qorxuludur!”, - H.Mustafayeva bildirib.

Sonda həkim oxucularımıza simptomlar olmadıqda ağciyərlərin kompüter tomoqrafiyasından keçməməyi tövsiyə edib.

“Bir çoxu özünü sakitləşdirmək xatirinə yoxlamaya yazılır. Axı radiasiya ilə yanaşı, klinikalarda digər xəstələrdən də koronavirusa yoluxmaq mümkündür”, - deyə, Hicran Mustafayeva sözlərini yekunlaşdırıb.

Goyce.az

 


Etiket:
Xəbərlər

Gəncə terrorunun qurbanları Hamburq və Frankfurtda yad edilib - FOTO

24.10.2020

Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO

24.10.2020

İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi”

23.10.2020

Ordumuz Qarabağın cənubunda sürətlə irəliləyir

23.10.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti AÇIQLADI
 

23.10.2020

Erməni terrorçuların Azərbaycanlı əsirlərin başına gətirdikləri oyunlar.

22.10.2020

Təzminat əvəzinə tarixi torpaq: “350 milyardları yoxdursa, Göyçə ilə Zəngəzuru geri versinlər”
 

21.10.2020

Prezident İlham Əliyev: Əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir.  

20.10.2020

"Zəngilan düşməndən azad edildi".

20.10.2020

Niaqara şəlaləsi Azərbaycan bayrağı rəngində işıqlandırıldı 

19.10.2020

"Azərbaycan üçün əlimizdən gələni etməyə hazıram" - Prezidentə yazırlar

18.10.2020

Arxitektor və məşhur iş adamı ola bilmədilər, Vətən fədaisi oldular….

18.10.2020

Müstəqilliyin bərpası və Azərbaycanı tanıyan ilk 5 DÖVLƏT

18.10.2020

"Rədd ol torpağımızdan, dayanaq"

17.10.2020

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı - Fotolar

17.10.2020

XİN Gəncə terroru ilə bağlı bəyanat yaydı

17.10.2020

Adil Əliyev: “Heç bir dövlət Azərbaycana təzyiq göstərə bilməz”

16.10.2020

Daha 6 kənd işğaldan azad edildi

15.10.2020

ABŞ-da yaşayan azərbaycanlılar "Ağ ev"in qarşısına toplaşıb

15.10.2020

Bu kəndlər düşməndən azad edildi

14.10.2020

Mehriban Əliyeva: "Qarabağ Azərbaycandır!"

13.10.2020

Kerem Karabulut: Azərbaycan öz torpaqlarını işğaldan azad edir

13.10.2020

Aprel döyüşlərində” Polad Həşimovla bir yerdə döyüşən zabitin xatirələri

12.10.2020

BBC-nin müxbiri Gəncədən: “Hərbi hədəflər görmədik”

11.10.2020

"Ermənistanın məqsədi azad edilmiş əraziləri yenidən işğal etməkdir"

11.10.2020

Düşmən Gəncəni atəşə tutdu: Dağıntılar var - YENİLƏNİB + FOTO

11.10.2020

"Qarabağda Çingizxanla, Əmir Teymurla döyüşürük” – Ermənistan prezidenti
 

10.10.2020

Atəşkəs Azərbaycana nə verəcək? - DETALLAR

10.10.2020

Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan ballistik hədəfin qalıqlarının fotogörüntüləri

10.10.2020

Azərbaycan Prezidenti: İşğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan

10.10.2020

İlham Əliyev: “Azərbaycan ordusu Hadrutu və bir neçə kəndi azad etdi"

09.10.2020

Ermənilər Şeyx Babı türbəsini dağıdıb 

08.10.2020

Əsgəranda Azərbaycan bayrağı dalğalandı” – 100 il öncəki tarix
 

08.10.2020

"Türkiyə bayrağı bizim üçün Azərbaycan bayrağı qədər əzizdir"

07.10.2020

Azərbaycan bayrağı Cəbrayıl rayonunun mərkəzində dalğalanır - Fotolar

07.10.2020

Müdafiə naziri orduya düşmənə böyük zərbələr endirməyi əmr etdi

06.10.2020

Məktəbli qızdan Paşinyana cavab: “Hər yerdə biabır olmusunuz”

06.10.2020

İlham Əliyev: Azərbaycan ordusu Cəbrayılın Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini azad edib

05.10.2020

Paşinyan Qarabağdan əlini üzdü
 

05.10.2020

Türkiyəli alpinistlər Azərbaycana dəstək nümayiş etdiriblər.

05.10.2020

Prezident Mayis Bərxudarov və Hikmət Mirzəyevi təbrik etdi.

04.10.2020

Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.

04.10.2020

İlham Əliyev: Cəbrayıl azad olundu!

04.10.2020

Ordumuz irəliləməyə davam edir.

04.10.2020

Ermənilər Madagizi nə vaxt işğal etmişdi? - FOTO
 

03.10.2020

İlham Əliyev: “Madagiz bizimdir!”

03.10.2020

Ermənistanın Tərtərdə mülki obyektləri atəşə tutması “Əl-Cəzirə”nin gözü ilə - FOTO

03.10.2020

Prezident: “Ermənistan bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq”
 

03.10.2020

Silahlı Qüvvələrə Yardım Fonduna ianələr - SİYAHI
 

02.10.2020

Qarabağ ermənilərinin dini rəhbərindən acizanə etiraf

02.10.2020
Bütün xəbərlər