Onların hədəfi yalnız Qarabağ deyil...” – “Food City”dən erməniləri qovan İlham Rəhimov

21:57 / 18.07.2020
Baxılıb: 1336

Hüquq professoru İlham Rəhimov jurnalist Aygün Muradxanlıya müsahibə verib.

 Goyce.az saytı Yenisabah.aza istinadən həmin müsahibəni təqdim edir:

- Professor, ötən gün sahibi olduğunuz Moskvadakı "Food City"yə Ermənistanın Moskva böyükelçiliyi əməkdaşlarının gəlişində çəkilən videogörüntülər Azərbaycanda böyük rezonans doğurub. Ermənilər hansı xahişlə gəlmişdilər?

 
- Biz onları dinləmədən dərhal ərazimizdən çıxardıq. "Food City" rəhbəri olaraq hesab etdik ki, ermənilərin orada olması məqsədəuyğun deyil. Başqa qərarımız ola bilməzdi. Ermənistan bizim Vətənimizi atəş altında saxlamağa cəhd edirsə, nə erməni iş adamının, nə diplomatının ayağı bizim obyektdə olmayacaq. Haqq etdikləri münasibəti gördülər, çıxıb getdilər.

- Ermənilər kütləvi şəkildə Rusiya və Moskva rəhbərliyinə bu məsələdə onlara yardım etmələri üçün müraciət edirlər. Rusiya rəsmiləri qərarınızı dəyişmək üçün sizin əlaqə saxlayıbmı?

 
- Zənglər olub, demişik, siz bu işə qarışmayın. Bir kəlmə... Başqa heç bir müzakirə ola bilməz. Mənə yumşaq formada çox zənglər gəldi və gəlməkdə davam edir. Aydındır ki, mənə də, Qod Nisanova da şikayətlər, basqılar etmək istəyəcəklər. Amma bizim mövqeyimiz ortadadır. Bu dəyişməz mövqedir, biz geri çəkilən deyilik.

- Təxmini hesablamalar varmı – "Food City"nin bu addımı erməni iş adamlarına günlük nə qədər ziyan vurub? Topdansatış bazarına günlük 500-600 yük maşının gəldiyi dəqiq rəqəmdirmi?

 
- Miqyas deyilənlərdən qat-qat böyükdür. 150 hektarda yerləşən obyektə Ermənistandan hər gün yüz minlərlə ton məhsul gəlirdi. Hər kəs bilir ki, Rusiya Ermənistanın əsas bazarıdır. Ermənistan sərhəddini keçən məhsulların əsas hissəsi topdansatış üçün "Food City"yə gətirilirdi. İndi hamısı zibilliyə gedir. Dəqiq hesablama olmasa da ziyan yüz milyonlarladır. Mən günlük rəqəmləri nəzərdə tuturam. Hər halda miqyas kiçik olsaydı, Ermənistan səfirliyi qaçaraq bizə elçi göndərməzdi.

- Səfirlik çalışanları jurnalistlərlə gəlmişdi. Rusiya mediası bu məsələyə toxundumu?

 
- Çəkilişə də imkan vermədik. Mediada, ictimai fikirdə nələrin deyilməsindən asılı olmayaraq bu qərara yaxın zamanlarda yenidən baxılması gözlənilmir. Prosesi Ermənistan başladıb. Elə hər mənada... Bu da bizim cavabımızdır.

- Professor, "Food City"nin qərarına Rusiyada azərbaycanlıların digər topdansatış məntəqələrindən dəstək gəlibmi? Artıq regionlarda da belə bir proses başladığı deyilir.

 
- Eşitmişəm ki, Rusiya üzrə azərbaycanlılar bir çox topdansatış məntəqəsində belə qərarlar veriblər – hətta qeyri-ermənilər də Ermənistan məhsullarını bazarlara gətirəndə satış icazəsi ala bilmirlər. Bəyənirəm... Doğru addımdır. Belə də olmalıdır.

- Professor, çoxları hərbi əməliyyatla başlayandan sonra Tovuza gələcəyinizi düşünürdü. Belə bir planınız varmı?

 
- Bir müddətdir Azərbaycanda deyiləm. Ancaq bir gözüm Azərbaycanda, xüsusən Tovuzdadır... Açığı, hərbi əməliyyatlar başlayan kimi ölkəyə gəlmək qərarı verdim. Bilirsiniz ki, COVİD-19-a görə gediş-gəliş şərtləri dəyişib. Ölkə dəyişməzdən 48 saat öncə koronavirus testindən keçmək gərəkdir. Hətta test də verdim. Sonra döyüş bölgəsində nisbətən sakitlik yarandığından öncədən planladığım işlərimi tamamlamaq qərarına gəldim. Bakıda olsaydım, heç şübhəsiz, indi Tovuzdaydım. Gündə bir neçə dəfə Bakı ilə, Tovuzla əlaqə saxlayıram. Bilirsiz ki, Tovuz mənim kiçik Vətənimdir, orada doğmalarım, əzizlərim orada yaşayır. Pandemiya başlayandan diqqətimizi bir qədər də artırmışıq, xəstələr üçün 10 ədəd müasir ambulans alıb Səhiyyə Nazirliyinə hədiyyə etmişik. Hərbi əməliyyatlar başlanandan bütün diqqətimiz elimizdə, obamızdadır. Savaş qızışsa, heç şübhəsiz biz də orada olacağıq.

- Demək, siz bunu istisna etmirsiniz?

 
- Təbii ki, yox. Azərbaycanın əraziləri işğal olunub. Biz hərbi əməliyyatlara cəlb olunmuşuq, itki vermişik, sərhəddə hər gün gərginlik yaşanır. Demək, heç nə istisna deyil.

- Sizcə niyə, Ermənistan məhz Tovuzdan hücuma keçdi?

 
- Azərbaycan Müdafiə Nazirliyinin yaydığı informasiyaların xronikasına baxsaq görərik ki, atəşkəs dönəmində Ermənistan-Azərbaycan sərhəddində atəşkəs çox tez-tez pozulur. Yəni, hücumlar yalnız Qarabağdakı təmas xəttində baş vermir. Tovuz olmasa, Qazax, Ağstafa, Gədəbəy əraziləri də ola bilərdi.

- Hərbi ekspertlər deyir ki, Qara Qaya yüksəkliyinin ələ keçirilməsi Gəncəyə qədər Ermənistan Silahlı Qüvvələrinə Gəncəyə qədər olan ərazilərimizi atəş altında saxlamaq imkanı qazandıra bilər. Bu o demək deyilmi ki, Ermənistanın yeni işğal planları var?

 
- Biz düşmənlə üz-üzəyik. Hər an təxribat da ola bilər, hər an genişmiqyaslı döyüş əməliyyatları da başlaya bilər. Əgər bunu hərbi ekspertlər deyirsə, biz bununla razılaşmaya bilmərik. Hərbi məqsəd təbii ki, var. Bildiyim qədərilə Azərbaycan Ordusu Qaraqaya yüksəkliyində möhkəmlənib. Ordumuz böyük şücaət göstərdi. Şəhid olanların hər birinin ailəsinə başsağlığı verirəm. İtkilərimiz böyükdür. Azərbaycan Ordusu generalını itirib. Bu, Azərbaycanın müstəqilliyi dönəminin hərb tarixində ilk hadisədir. Biz indiyə qədər yalnız II Dünya Savaşında general Həzi Aslanov cəbhədə itirmişik. Allah hamısına rəhmət eləsin. Bir ölkənin döyüşən general yetişdirməsi sıradan məsələ deyil. Bu hüquq-mühafizə orqanları generalı məsələsilə eyniləşdirilməməlidir. Belə itkilərin yeri gec dolur. Yaralılarımız da var. Onların hamısına şəfa arzulayıram.

- Professor, sizin proqnozlarınız necədir – hərbi əməliyyatlar Qarabağa keçə bilərmi?

 
- İndi şərtlər elədir ki, heç nə istisna deyil. Xalq öz sözünü dedi. Bakıda keçirilən yürüşü izlədim. Bu, Azərbaycan xalqının Qarabağ məsələsini bir an da unutmamasının, Vətən, torpaq məsələsindən həssaslığının göstəricisidir. Bunu başqa cür qiymətləndirmək olmaz. Səfərbərlik idarələrinin qarşısındakı qələbəlikdən də xəbərdaram. Azərbaycan vətəndaşı sübut edir ki, Vətən darda olanda bir bir yumruq kimi birləşə bilirik. Bu gün hər bir azərbaycanlı öz sahəsində attığı addımlarda Qarabağın işğaldan azad olunmasını, Azərbaycanın ərazi bötüvlüyünün bərpasını hədəf kimi qoymalıdır. Azərbaycanlılar birlik olub Ermənistana həm iqtisadi, həm hərbi, həm diplomatik gücünü göstərməlidir.

- Professor, bir neçə ölkə Azərbaycana Ermənistanın təcavüzkar addımı ilə bağlı açıq dəstək verdi. Bu məsələdə qardaş Türkiyənin siyasi və hərbi dəstəyini xüsusi vurğulamamaq təbii, mümkün deyil. Rusiyanın Ermənistanla hərbi müttəfiqliyini əsas gətirən bəzi analitiklər hesab edir ki, Türkiyə Azərbaycan Silahlı Qüvvələrinə real dəstək versə, Azərbaycan ərazisində faktiki Rusiya-Türkiyə savaşı başlayacaq. Sizin baxışınız necədir?

 
- Türkiyədən başqa bir mövqe gözləmirdim. Qardaş ölkə sözün əsl mənasında qardaş kimi davranır. Səsləndirdiyiniz proqnozlara gəlincə, mən fərqli düşünürəm. İndi bölgədə geniş, bir neçə ölkənin ordusunun cəlb edildiyi hərbi əməliyyatların baş verəcəyi real deyil. Nə Rusiya, nə Türkiyə indi belə bir addımı atmaz. Belə bir savaşa girmək nə Rusiyaya, nə də Türkiyəyə gərəkdir.

- Rusiyada azərbaycanlıların qətiyyətli mövqeyi ölkənin güclü diaspora nə qədər ehtiyacı olduğunu bir daha sübut etdi. Ötən gün Böyük Britaniya paytaxtında azərbaycanlılar Ermənistan səfirliyinin qarşısında aksiya keçirib. Necə düşünürsüz, bu diasporların təşkilatlanması məsələsinə təkan verə bilərmi?

 
- Heç şübhəsiz. Güclü diaspor ölkəyə böyük dəstəkdir. Bugünlər bu, bir daha sübut olundu. Ölkədən kənarda olan azərbaycanlılar Ermənistana çox ciddi iqtisadi zərbə vurdular. O da sübut olundu ki, birləşmək, millət kimi ortaq mövqe sərgiləmək sifarişlə baş vermir. Nə zaman ki, millətin damarına basılır, o zaman birlik öz-özünə yaranır. Rusiyada çox sayda diaspor qurumlarımız var. Bəzilərinin rəhbərləri bir-birini görəndə bəlkə heç salam da vermir. Ancaq bu gün hər kəs ortaq mövqedən çıxış edir. Bunun adı milli birlikdir. Ermənilər Qərb bölgəsinə hücum etməklə bir daha niyyətlərini ortaya qoydular ki, onların hədəfi yalnız Qarabağ deyil, onlar yeni Azərbaycandan torpaq qoparmaq istəyir. Qarabağ tamamilə fərqli hərbi, iqtisadi, beynəlxaq şərtlər altında işğal olunub. Ermənistan bu işğala illərlə hazırlaşıb – ideolojisini yaradıb, diasporunu qurub, beynəlxalq dəstək alıb, hərbi dəstək qazana bilib. Ən əsası, milləti bu işğala hazırlayıb. İndi Azərbaycan güclənir. İndi biz millət kimi Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə hazırlaşırıq. Güclənirik, böyüyürük. Düşünürəm ki, bu birliyimizi pozmaq, bizi hədəflərimizdən yayındırmaq artıq mümkün olacaq məsələ deyil. Atatürkün sözləri ilə desək, mövzu Vətən olanda, qalan hər şey təfərrüatdır.


Etiket:
Xəbərlər

Gəncə terrorunun qurbanları Hamburq və Frankfurtda yad edilib - FOTO

24.10.2020

Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO

24.10.2020

İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi”

23.10.2020

Ordumuz Qarabağın cənubunda sürətlə irəliləyir

23.10.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti AÇIQLADI
 

23.10.2020

Erməni terrorçuların Azərbaycanlı əsirlərin başına gətirdikləri oyunlar.

22.10.2020

Təzminat əvəzinə tarixi torpaq: “350 milyardları yoxdursa, Göyçə ilə Zəngəzuru geri versinlər”
 

21.10.2020

Prezident İlham Əliyev: Əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir.  

20.10.2020

"Zəngilan düşməndən azad edildi".

20.10.2020

Niaqara şəlaləsi Azərbaycan bayrağı rəngində işıqlandırıldı 

19.10.2020

"Azərbaycan üçün əlimizdən gələni etməyə hazıram" - Prezidentə yazırlar

18.10.2020

Arxitektor və məşhur iş adamı ola bilmədilər, Vətən fədaisi oldular….

18.10.2020

Müstəqilliyin bərpası və Azərbaycanı tanıyan ilk 5 DÖVLƏT

18.10.2020

"Rədd ol torpağımızdan, dayanaq"

17.10.2020

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı - Fotolar

17.10.2020

XİN Gəncə terroru ilə bağlı bəyanat yaydı

17.10.2020

Adil Əliyev: “Heç bir dövlət Azərbaycana təzyiq göstərə bilməz”

16.10.2020

Daha 6 kənd işğaldan azad edildi

15.10.2020

ABŞ-da yaşayan azərbaycanlılar "Ağ ev"in qarşısına toplaşıb

15.10.2020

Bu kəndlər düşməndən azad edildi

14.10.2020

Mehriban Əliyeva: "Qarabağ Azərbaycandır!"

13.10.2020

Kerem Karabulut: Azərbaycan öz torpaqlarını işğaldan azad edir

13.10.2020

Aprel döyüşlərində” Polad Həşimovla bir yerdə döyüşən zabitin xatirələri

12.10.2020

BBC-nin müxbiri Gəncədən: “Hərbi hədəflər görmədik”

11.10.2020

"Ermənistanın məqsədi azad edilmiş əraziləri yenidən işğal etməkdir"

11.10.2020

Düşmən Gəncəni atəşə tutdu: Dağıntılar var - YENİLƏNİB + FOTO

11.10.2020

"Qarabağda Çingizxanla, Əmir Teymurla döyüşürük” – Ermənistan prezidenti
 

10.10.2020

Atəşkəs Azərbaycana nə verəcək? - DETALLAR

10.10.2020

Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan ballistik hədəfin qalıqlarının fotogörüntüləri

10.10.2020

Azərbaycan Prezidenti: İşğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan

10.10.2020

İlham Əliyev: “Azərbaycan ordusu Hadrutu və bir neçə kəndi azad etdi"

09.10.2020

Ermənilər Şeyx Babı türbəsini dağıdıb 

08.10.2020

Əsgəranda Azərbaycan bayrağı dalğalandı” – 100 il öncəki tarix
 

08.10.2020

"Türkiyə bayrağı bizim üçün Azərbaycan bayrağı qədər əzizdir"

07.10.2020

Azərbaycan bayrağı Cəbrayıl rayonunun mərkəzində dalğalanır - Fotolar

07.10.2020

Müdafiə naziri orduya düşmənə böyük zərbələr endirməyi əmr etdi

06.10.2020

Məktəbli qızdan Paşinyana cavab: “Hər yerdə biabır olmusunuz”

06.10.2020

İlham Əliyev: Azərbaycan ordusu Cəbrayılın Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini azad edib

05.10.2020

Paşinyan Qarabağdan əlini üzdü
 

05.10.2020

Türkiyəli alpinistlər Azərbaycana dəstək nümayiş etdiriblər.

05.10.2020

Prezident Mayis Bərxudarov və Hikmət Mirzəyevi təbrik etdi.

04.10.2020

Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.

04.10.2020

İlham Əliyev: Cəbrayıl azad olundu!

04.10.2020

Ordumuz irəliləməyə davam edir.

04.10.2020

Ermənilər Madagizi nə vaxt işğal etmişdi? - FOTO
 

03.10.2020

İlham Əliyev: “Madagiz bizimdir!”

03.10.2020

Ermənistanın Tərtərdə mülki obyektləri atəşə tutması “Əl-Cəzirə”nin gözü ilə - FOTO

03.10.2020

Prezident: “Ermənistan bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq”
 

03.10.2020

Silahlı Qüvvələrə Yardım Fonduna ianələr - SİYAHI
 

02.10.2020

Qarabağ ermənilərinin dini rəhbərindən acizanə etiraf

02.10.2020
Bütün xəbərlər