Jukovun sədaqətli sürücüsü – Buçindən marşal əleyhinə ifadə almaq istəyiblər, verməyib, 5 il həbs cəzası alıb.

15:34 / 25.07.2020
Baxılıb: 634

“1418 gün davam edən müharibədə o, məni ad və atamın adı ilə çağırdı. Yalnız bir dəfə mənə sadəcə Aleksandr deyə müraciət etdi. Müharibə sona çatdıqdan sonra marşal Jukov maşını Reyxstaqa sürməyi göstəriş verdi. Çətinliklə olsa da, Reyxstaq divarlarında boş yer tapıb sıravi döyüşçülər kimi adını yazıb imza qoydu. Adımı həkk etməyi mənə də hərbi qaydada əmr etdi. Sonra əlini ciynimə qoyub dedi:

- Müharibə sona çatdı. Aleksandr, hər şeyə görə çox sağ ol.

Məni qucaqlayıb köksünə sıxdı. Onu heç vaxt belə kövrək görməmişdim...”

Bu sətirlər 1941-1947-ci illərdə marşal Georgi Jukovun sürücüsü olmuş Aleksandr Buçinin “170 min kilometr Jukovla” kitabındandır.

Aleksandr Buçin 1917-ci ildə Moskvada anadan olub. Atası öz dövrünün ən tanınmış sürücülərindən biri sayılıb, avtoidman yarışlarında dəfələrlə qalib titulu qazanıb. Artıq 12 yaşında olanda Aleksandr Buçin yaşadıqları məhəllənin dar küçələrində sərbəst maşın sürməyi bacarıb. 1934-cü ildə, 17 yaşında isə sürücülük vəsiqəsi alıb.

1938-ci ildə hərbi xidmətə çağrılan Buçin sovet-fin müharibəsinin iştirakçısı olub.

Aleksandr Buçin hərbi xidmətdən sonra sürücü kimi əmək fəaliyyətinə başlayıb. 1941-ci ildə müharibə başlananda səfərbərliyə cəlb edilib və o vaxt hələ general rütbəsində olan Georgi Jukovun mühafizə dəstəsində xidmətə göndərilib.
Xidmətinin elə birinci ayında Şimal cəbhəsinə gedən Jukovu müşayiət edərkən generalın getdiyi “Qaz-61” maşını yolda xarab olanda Buçin maşına baxmaq üçün Jukovdan icazə istəyib. 10-15 dəqiqə ərzində avtomobil işlək vəziyyətə düşüb. Əslində maşında elə bir ciddi problem də olmayıb. Sadəcə, generalın sürücüsü, elə generalın özü demişkən, “baraban”ı fırlatmaqdan başqa əlindən bir iş gəlməyib. Maşının mühərrikini işə saldıqdan sonra Buçin sükanın arxasında çıxaraq yeri öz sahibinə, generalın sürücüsünə verib. Jukov yerdəyişməyə imkan verməyib:

- Siz bu gündən mənim sürücüm olacaqsınız.

Jukov sürücü ilə məhz belə danışıb, “siz”lə, yaxud ad və atasının adı ilə, sonralar isə Buçin leytenant rütbəsi alanda “yoldaş leytenant” müraciəti ilə.

Müharibə illəri ərzində Aleksandr Buçin hər gün Jukovla bir yerdə olub. Onlar birlikdə 170 min kilometr məsafə qət ediblər. Bu illər ərzində bir dəfə də olsun Buçin qəza törətməyib. Bəzən elə vəziyyət yaranıb ki, gecəyarısı o, maşını işıqları yandırmadan idarə etmək məcburiyyətində qalıb, bəzən bataqlıq yollara da düşüblər, meşələrin sıxlığından da keçiblər, buz üstündə də hərəkət ediblər, amma Buçin bu çətinliklərin hamısını dəf etməyi bacarıb.

Aleksandr Buçin Jukovun sürücüsü olmaqla “NKVD” qoşunlarının serjantı sayılıb. 1943-cü ildə onun xidməti vəzifəsi dəyişilərək “NKVD”-nin, daha sonra isə Dövlət Təhlükəsizliyi Nazirliyinin əsas strukturuna keçirilib və ona leytenant rütbəsi verilib.

Müharibədən sonrakı illərdə də Aleksandr Buçin Jukovla işləyib. Amma bu, çox da uzun çəkməyib. Jukovu Moskvadan Odessaya “sürgün” etdikdən sonra Buçin də onunla birlikdə gedib. 1948-ci ilin yanvarına qədər Buçin marşalın sürücüsü kimi fəaliyyətini davam etdirib. Jukova təzyiqlər artdıqdan sonra Buçinin də həyatında qara günlər başlayıb. O, “170 min kilometr Jukovla” kitabında həmin günləri belə xatırlayıb:

“Müharibədən sonra hamı elə düşünürdü ki, Jukov müdafiə naziri təyin ediləcək. Amma nəinki müdafiə naziri təyin edildi, onu tutduğu quru qoşunları komandanı vəzifəsindən də uzaqlaşdırıb Odessa hərbi dairəsinə komandan göndərdilər. Bu böyük haqsızlıq idi və bu haqsızlığın kim tərəfindən gəldiyini də hamı yaxşı bilirdi. Bu yerdəyişmə zamanı mən də onunla Odessaya getdim. 1948-ci ilin yanvar ayında istirahət günlərinin birində o, səhər tezdən məni evə çağırdı və bildirdi ki, məni Moskvaya çağırırlar. Onu da izah etdi ki, mənim onunla işləməyim mümkün olmayacaq. Buna baxmayaraq, Jukov kağıza nəsə yazıb zərfin içinə qoydu, dedi ki, Moskvaya çatan kimi bu zərfi Vlasikə çatdırım. Həmin vaxt Nikolay Vlasik Dövlət Təhlükəsizliyi Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi vəzifəsini daşıyırdı və mən də həmin idarənin zabiti olaraq birbaşa ona tabe idim. Əvvəllər Vlasiklə dəfələrlə görüşmüşdüm, Jukovu Stalinin bağ evinə aparanda mənə qarşı həmişə xoş münasibət göstərmişdi. Ancaq bu dəfəki görüşdə həmin münasibətdən əsər-əlamət qalmamışdı. Bir sutkadan sonra onun qəbuluna düşdüm. Hərbi qaydada salamlaşıb, məruzə etdim. Sonra zərfi ona uzatdım. Əsəbi halda soruşdu:

- Bu nə zərfdir?

- Marşal Jukov sizə göndərib.

O, zərfi açmadan belə onu saymazyana şəkildə yazı masasanın siyitməsinə tulladı və üzünü mənə tutaraq səsinin tonunu qaldırdı:

- Sən xuliqanlıqla məşğul olursan, bunu bütün Odessa bilir. Kim sənə bu qədər səlahiyyət verib? Sənin hərəkətlərin dövlət təhlükəsizliyi orqanlarına ləkə gətirir. Kimə arxayınsan? Bu gündən orqandan xaric olunursan. Rədd ol kabinetimdən.
Beləcə, o, məni təhqir edərək kabinetindən qovdu. 1948-ci il yanvarın 19-də dövlət təhlükəsizliyi orqanlarından xaric olunmağımla bağlı əmrim çıxdı. Amma bu hələ son deyildi. Bir neçə aydan sonra məni gəlib evdən apardılar, həbs edərək “Lubyanka” zirzəmisinə saldılar. Üstümdə axtarış aparanda cibimdən Jukovun kiçik ölçülü şəkli çıxdı. Cüssəli nəzarətçi şəkli yerə atıb üstümə qışqırdı:

- Bu şərəfsiz kimdir ki, onun şəklini cibində gəzdirirsən? Bəlkə atandır, xəbərin yoxdur?

Bu cür ifadələrin hər biri mənim üçün güllədən də ağır idi. 7 ay istintaq aparıldı. Məni gah casusluqda, gah antisovet fəaliyyətdə, gah da vəzifə səlahiyyətlərini aşmaqda ittiham edirdilər. Nəhayət, sonda mənimlə açıq danışmağa başladılar. Bildirdilər ki, Jukovun əleyhinə ifadə verdiyim halda azadlığa buraxacaqlar və işimə bərpa olunacam. Sözsüz ki, mən bu sövdələşməyə getmədim. Məhkəmə məni 5 il azadlıqdan məhrum edərək Lefertovo həbsxanasına göndərdi. Həmin ərəfədə Jukovu Moskvadan daha uzaqlara, Odessadan Urala göndərmişdilər...”

Stalinin vəfatından sonra Aleksandr Buçin son həbs ilindən azad olunaraq amnistiya ilə azadlığı çıxıb. Bir neçə müddət iş tapa bilməyib. Nəhayət, avtobus parkında işə düzəlib. Müəssisənin direktoru keçmiş hərbçi olduğundan, onlar bir-birini müharibə illərindən tanıyıblar. Buçin əvvəlcə şəhərin daxilində, sonralar isə şəhərlərarası avtobusda işləyib.

Aleksandr Buçin Jukovun fəaliyyətini yalnız mətbuat vasitəsi ilə izləyib. 1955-ci ildə marşalın müdafiə naziri vəzifəsinə təyinatı onu hədsiz dərəcədə sevindirib. Amma sədaqətli sürücü onu narahat etməyib. Yalnız 1957-ci ildə Jukov vəzifəsindən kənarlaşdırıldıqdan sonra Buçin ona zəng vurub. Jukov onu bağ evinə qonaq çağırıb. Bu görüşdən sonra onlar müntəzəm olaraq əlaqə saxlayıblar. 1964-cü ildə Jukov Buçinə mənzil verilməsi üçün Moskva rəhbərlərinə müraciət edib. Onun xahişi nəzərə alınaraq Buçin üçotaqlı mənzillə təmin edilib.

Sonralar Buçin avtobus parkından işdən çıxaraq yük maşınının sükanı arxasına keçib. Soyuduculu yük maşını ilə xarici ölkələrə ərzaq məhsulları, meyvə və tərəvəz daşıyıb. 75 yaşında təqaüdə çıxan Aleksandr Buçin ömrünün son günlərinə qədər sükan arxasında olub, şəxsi maşınını sürüb və həm də vaxtdan səmərəli istifadə edərək “170 min kilometr Jukovla” kitabını yazıb.

Aleksandr Buçin 2009-cu ildə, 93 yaşında vəfat edib.

İlham Cəmiloğlu.


Etiket:
Xəbərlər

Nasistlərə yardım edən Soros: "Mənəviyyatsız insanam" - ETİRAFLAR

04.08.2020

Vətənpərvər alim, Fəal ictimaiyyətçi

03.08.2020

Qərbi Azərbaycan İrəvan Respublikasının DÖVLƏT GERBİ qəbul olundu

03.08.2020

Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra

03.08.2020

1 Avqust - Azərbaycan Əlifbası Günüdür
 

01.08.2020

Qurban bayramının yaranma tarixi və İslamda yayılmasının sosial aspektləri

31.07.2020

Atasını ermənilər öldürdü, qardaşı repressiya olundu, oğlu onu illərlə aldatdı - Gülməkdən ölən böyük aktyorumuz

30.07.2020

Hamburqlu bar qızı necə Qdanskda türmə cəlladı oldu... - 22 yaşlı Jenni Barkman minlərlə əsiri məhv edib

29.07.2020

Abbasqulu bəy Şadlinski: Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman

28.07.2020

Jukovun sədaqətli sürücüsü – Buçindən marşal əleyhinə ifadə almaq istəyiblər, verməyib, 5 il həbs cəzası alıb.

25.07.2020

Bu gün Ağdam rayonunun işğalından 27 il ötür.

23.07.2020

Milli Mətbuat - 145 il

22.07.2020

BİZ ERMƏNİLƏRƏ NƏ VAXT QALİB GƏLƏCƏYİK?

20.07.2020

Onların hədəfi yalnız Qarabağ deyil...” – “Food City”dən erməniləri qovan İlham Rəhimov

18.07.2020

Fransız tarixçi: Bu, Paşinyan hökumətinə inamsızlığı dünyaya sübut etdi

17.07.2020

Şəhid İsmayılovla vida mərasimi keçirilir - Fotolar

16.07.2020

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

15.07.2020

Şəhidlərimizin qisası alındı - TƏFƏRRÜATLAR

15.07.2020

Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucovanın bu gün şəhid olmuş general-mayor Polad Həşimova məktubu 

14.07.2020

Yolu Bakıdan keçən marşal – Stalinin dostu, SSRİ-nin ən uğursuz hərbçisi və ən şanslı naziri.

14.07.2020

ŞƏKİ ÜSYANI İşğalçı rusiya ordusuna bitməyən nifrətin dastanı.

11.07.2020

Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub.

09.07.2020

İKİ DİLLİLİK (BİLİNGUALİSM)

08.07.2020

Alman qəzeti İrəvan xanlığından nə yazıb?

08.07.2020

Nazim Hikmətin yeni şeirləri tapıldı -FOTOLAR

06.07.2020

Hitleri qəzəbləndirən, fransız və rus idmançıları peşman edən “Borçalı şiri”

04.07.2020

Semaşko”nun həkimi Hicran Mustafayeva: “Mən cəhənnəmi yerdə gördüm”

04.07.2020

Nazir mənzilindən sürgün düşərgəsinin barakına – Gözəl yazıçı xanım 18 il boyunca iztirablar çəkib.

03.07.2020

Cek Londonun pandemiya ilə bağlı öncəgörməsi
 

02.07.2020

"SÖZÜN XAQANI” HAQQINDA SÖZ  

30.06.2020

Həsən bəy Zərdabinin ailəsi haqqında bilmədiyiniz – Faktlar

28.06.2020

Ermənistanda yetişdirilən “Azərbaycan Türkləri”

28.06.2020

26 iyun Azərbaycanın Milli Ordu Günüdür

26.06.2020

Ağcabədinin Salmanbəyli kəndi Şaumyanın silahdaşının adını daşıyır - ARAŞDIRMA

25.06.2020

Anadoluda erməni etnosu necə ortaya çıxdı?-Şahlar Hacıyev

24.06.2020

Kremlin məmurlarının ölümündə Andropov müəmması-SSRİ tarixinin sirli hadisələri...

23.06.2020

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

22.06.2020

Buhenvald düşərgəsində əsirlərə cəhənnəm əzabı yaşadan ər-arvad – biri həşərilik edib, o biri sifilis tutub.

21.06.2020

Nuh yurdu Naxçıvanı erməni hücumlarından qoruyan xilaskar

20.06.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

18.06.2020

Xalqın ən birinci günahı kitab oxumamaqdır.

18.06.2020

Kompleks yanaşma olmazsa, virus pik həddə çatacaq..." - ATU-nun dosenti ilə MÜSAHİBƏ

17.06.2020

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

15.06.2020

Müasir Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsasında Qurtuluş məfkurəsi və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır

14.06.2020

Heydər Əliyev Azərbaycanın xilaskarıdır - Akademik YAZDI

13.06.2020

Qətlə yetirilən nazir, azad edilən qatil

12.06.2020

“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR

10.06.2020

Nərimanov məsələsi - Mehman Cavadoğlu yazır
 

08.06.2020

Erməni vandalizmi: Qarakilsə necə Sisian rayonu oldu? - İnanılmaz faktlar

07.06.2020

Stalin ölənə qədər Hitlerin sağ olduğuna inanırdı – İspan mediası

07.06.2020
Bütün xəbərlər