Hamburqlu bar qızı necə Qdanskda türmə cəlladı oldu... - 22 yaşlı Jenni Barkman minlərlə əsiri məhv edib

15:06 / 29.07.2020
Baxılıb: 746

Nasist Almaniyasının 1939-cu ildə Polşanın işğalından sonra Qdansk şəhəri yaxınlığında saldığı Ştuttfoq həbs düşərgəsində saxlanılanlar “xüsusi təyinatlılar” adlandırılıb. Söhbət bu düşərgədəki məhbusların hansısa xüsusi təyinatlı dəstədə xidmət etdiyindən getməyib. Bu ad onlara ona görə verilib ki, düşərgəyə gətirilənlərin üzərində xüsusi tibbi sınaqlar aparılıb və bir qismi isə insan bədənindən sabun hazırlanması üçün istifadə olunub. Bununla da “xüsusi təyinatlı” məhbuslar Stuttfoqda “xüsusi” işgəncələrə məruz qalıblar.

Fəaliyyət göstərdiyi 7 il ərzində düşərgədə 110 mindən artıq məhbus saxlanılıb, onlardan 65 mini sabun üçün xammal kimi istifadədən, işgəncədən və xəstəliklərdən ölüblər.

Stuttfoq düşərgəsi təkcə “xüsusi təyinatlı” məhbusları ilə deyil, həm də bu həbsxanada xidmət edən əməkdaşları ilə yadda qalıb. 22 yaşlı Jenni Barkman isə iki illik xidməti ərzində düşərgənin tarixində silinməz izlər buraxıb.

Jenni Barkman 1922-ci ildə Almaniyada, Hamburq şəhərində anadan olub. Olduqca yoxsul olan ailədə valideynləri onun tərbiyəsi və təhsili ilə maraqlanmayıblar. Yeniyetməlik illərindən tam sərbəst olan Jenni Barkman gecə klublarının daimi sakini olub, müştərilərin qarşısında rəqs etməklə, klubların ətrafındakı parklarda sərxoş kişilərin “tələbatını” 10-15 dəqiqə ərzində ayaqüstü ödəməklə pul qazanıb.

Bir müddət sonra gözəlliyi ilə seçilən Jenni Barkman özünü daha imkanlı adamların ixtiyarına verib. Ondan fotomodel kimi istifadə ediblər. Amma o, bu işi də yarımçıq qoyub, sonralar özünün dediyi kimi, hər çəkilişdən sonra kişilərin yatağına girmək onu bezdirib.

1943-cü ilin dekabrın sonunda Jenni Barkman Hamburqda təsadüfən uşaqlıq illərinin qonşusu Berhard Klous ilə rastlaşıb. Klousun əynindəki alman zabiti forması Jenni Barkman üçün yaşıl işıq yandırıb. Gecəni bir yerdə keçirdikdən sonra Barkman ona işsiz olduğunu söyləyib. Klous ona Polşada, Stuttfoq düşərgəsində nəzarətçi işləməyi təklif edib. Belə ki, Klous həmin ərəfədə bir neçə həbs düşərgəsinin təchizat və təminat məsələlərinə cavbdehlik daşıyıb və düşərgə rəhbərləri ilə yaxın münasibətləri olub.

Bu təklif Jenni Barkmanın ürəyincə olub. Təbii ki, yüksək maaş, karyera yüksəlişi, mənzil, əşya və ərzaq təminatı mövcud dövr üçün əlçatmaz imtiyazlar sayılıb.

1944-cü ilin yanvar ayında Jenni Barkman Stuttfoq düşərgəsinə nəzarətçi təyin edilib. Elə ilk gündən gənc xanım nələrə qadir olduğunu sübut edə bilib.

Jenni Barkmanın düşərgəyə gəlməsi çox şeyləri dəyişib. Öz könhə “peşə”sini həbsxanada da işə salan Barkman düşərgədə xidmət edən edən yüksəkçinli zabitlərin sevimli məşuqəsinə çevrilib. Bunun əvəzində isə xüsusi səlahiyyətlər qazanıb. Vəziyyət o dərəcəyə çatıb ki, Jenni Barkman digər nəzarətçilərlə rəis kimi rəftar edib. Hətta o, düşərgədə məhbuslar üzərində sınaq keçirən tibbi personalın üzərində də ağalıq edib, onlara ağıl öyrədib, yeni ideyalar verib.

Bu ideyalardan biri də o olub ki, Jenni Barkman həkimlərə qadının öz oğlundan hamilə qalması sınağını keçirməyi tapşırıb. Bu məqsədlə çoxsaylı məhbusların gözü qarşısında ana ilə oğul cinsi əlaqəyə girməyə məcbur edilib.

“Mələk cildli şeytan” təxəllüsünü qazanan Jenni Barkman düşərgədəki qadın və uşaqların qəniminə çevrilib. Kişi nəzarətçilərinin nəzarəti altında soyunaraq qadın kameralarına girən Jenni Barkman məhbus qadınlarla əylənməkdən xüsusi zövq alıb. İstədiyinə nail olduqdan sonra isə onları kişi nəzarətçilərinin ixtiyarına verib.

Düşərgədə Jenni Barkmanın sözündən çıxmaq ölümlə nəticələnib. 22 yaşlı cəllad qadın üçün onu qulaq asmayanlara ikinci bir cəza növü olmayıb, yalnız işgəncə verməklə öldürmək.

Düşərgə rəhbərliyi qaz kameralarına salınacaq məhbusların seçimini də Jenni Barkmana həvalə edib. O, bu işi xüsusi həvəslə həyata keçirib. Hədəfə ilk düşənlər ən gənc və ən gözəl məhbus qadınlar olublar.

Jenni Barkman əyləncələri və amansız işgəncələri ilə yanaşı xidməti karyerası haqqında da düşünüb. Düşərgədə xidmətinin səkkizinci ayında o, baş nəzarətçi vəzifəsinə təyin edilib və yaxın zamanlarda zabit kurslarına getməyi də planlaşdırıb. Amma müharibənin gedişatı onun planlarını yarımçıq qoyub.

1945-ci ildə Polşa alman işğalçılarından azad olunanda Jenni Barkman hamıdan əvvəl düşərgəni tərk edərək qaçıb. Sərhədi keçə bilməyən cəllad qadın 4 ay Polşada gizlənib.

Saxta sənəd düzəltməklə törətdiyi cinayətlərdən yayınmaq istəyən Jenni Barkman Qdansk vağzalında saxta sənəd düzəldən tanışı ilə görüşü zamanı hərbu partul tərəfindən saxlanılıb.

Barkmanın məhkəməsi Varşavada keçirilib. Məhkəmədə 100-dən artıq Ştuttfoq düşərgəsinin məhbusu ifadə verib. Hətta düşərgədə xidmət edən və Polşada həbs olunan 15-dən artıq nəzarətçi də onun əleyhinə ifadə verib.

Jenni Barkman məhkəmədə özünü soyuqqanlı aparıb. Hətta haqqında ölüm hökmünün çıxarılmasını da sakitliklə qarşılayıb. Ona son söz veriləndə də özünə haqq qazandırmağa çalışmayıb: “Mən özümə haqq qazandırmağa çalışmayacağam. Çünki bilirəm ki, bu heç nəyi dəyişməyəcək. Bir də bildiyim bir həqiqət var, həyat gözəldir, amma gözəlliyin ömrü uzun olmur. Mənim yaşadığım gözəl günlərin ömrü kimi...”

4 iyul 1946-cı ildə Jenni Barkman və düşərgənin daha 14 əməkdaşı Qdansk şəhəri yaxınlığındakı Biskupski təpəliyində edam olunublar. Onları edam yerinə yük maşınında aparıblar. Boğazlarına kəndir saldıqdan sonra yük maşınları hərəkətə keçib.

Jenni Barkmanın boğazına kəndir keçirdikdən sonra sürücü maşını hərəkətə gətirmək istəyəndə mühərrik sönüb. Barkman “bu mənim sonuncu şansımdır” deyə qışqırıb. O, yenə də nə isə demək istəyib. Amma bu dəfə sürücü maşını sürətlə irəli sürərək 24 yaşlı “mələk simalı şeytan”ın boğazını kəndirdə, ayaqlarını isə havada qoyub...

İlham Cəmiloğlu.

GOYCE.AZ


Etiket:
Xəbərlər

Gəncə terrorunun qurbanları Hamburq və Frankfurtda yad edilib - FOTO

24.10.2020

Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO

24.10.2020

İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi”

23.10.2020

Ordumuz Qarabağın cənubunda sürətlə irəliləyir

23.10.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti AÇIQLADI
 

23.10.2020

Erməni terrorçuların Azərbaycanlı əsirlərin başına gətirdikləri oyunlar.

22.10.2020

Təzminat əvəzinə tarixi torpaq: “350 milyardları yoxdursa, Göyçə ilə Zəngəzuru geri versinlər”
 

21.10.2020

Prezident İlham Əliyev: Əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir.  

20.10.2020

"Zəngilan düşməndən azad edildi".

20.10.2020

Niaqara şəlaləsi Azərbaycan bayrağı rəngində işıqlandırıldı 

19.10.2020

"Azərbaycan üçün əlimizdən gələni etməyə hazıram" - Prezidentə yazırlar

18.10.2020

Arxitektor və məşhur iş adamı ola bilmədilər, Vətən fədaisi oldular….

18.10.2020

Müstəqilliyin bərpası və Azərbaycanı tanıyan ilk 5 DÖVLƏT

18.10.2020

"Rədd ol torpağımızdan, dayanaq"

17.10.2020

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı - Fotolar

17.10.2020

XİN Gəncə terroru ilə bağlı bəyanat yaydı

17.10.2020

Adil Əliyev: “Heç bir dövlət Azərbaycana təzyiq göstərə bilməz”

16.10.2020

Daha 6 kənd işğaldan azad edildi

15.10.2020

ABŞ-da yaşayan azərbaycanlılar "Ağ ev"in qarşısına toplaşıb

15.10.2020

Bu kəndlər düşməndən azad edildi

14.10.2020

Mehriban Əliyeva: "Qarabağ Azərbaycandır!"

13.10.2020

Kerem Karabulut: Azərbaycan öz torpaqlarını işğaldan azad edir

13.10.2020

Aprel döyüşlərində” Polad Həşimovla bir yerdə döyüşən zabitin xatirələri

12.10.2020

BBC-nin müxbiri Gəncədən: “Hərbi hədəflər görmədik”

11.10.2020

"Ermənistanın məqsədi azad edilmiş əraziləri yenidən işğal etməkdir"

11.10.2020

Düşmən Gəncəni atəşə tutdu: Dağıntılar var - YENİLƏNİB + FOTO

11.10.2020

"Qarabağda Çingizxanla, Əmir Teymurla döyüşürük” – Ermənistan prezidenti
 

10.10.2020

Atəşkəs Azərbaycana nə verəcək? - DETALLAR

10.10.2020

Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan ballistik hədəfin qalıqlarının fotogörüntüləri

10.10.2020

Azərbaycan Prezidenti: İşğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan

10.10.2020

İlham Əliyev: “Azərbaycan ordusu Hadrutu və bir neçə kəndi azad etdi"

09.10.2020

Ermənilər Şeyx Babı türbəsini dağıdıb 

08.10.2020

Əsgəranda Azərbaycan bayrağı dalğalandı” – 100 il öncəki tarix
 

08.10.2020

"Türkiyə bayrağı bizim üçün Azərbaycan bayrağı qədər əzizdir"

07.10.2020

Azərbaycan bayrağı Cəbrayıl rayonunun mərkəzində dalğalanır - Fotolar

07.10.2020

Müdafiə naziri orduya düşmənə böyük zərbələr endirməyi əmr etdi

06.10.2020

Məktəbli qızdan Paşinyana cavab: “Hər yerdə biabır olmusunuz”

06.10.2020

İlham Əliyev: Azərbaycan ordusu Cəbrayılın Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini azad edib

05.10.2020

Paşinyan Qarabağdan əlini üzdü
 

05.10.2020

Türkiyəli alpinistlər Azərbaycana dəstək nümayiş etdiriblər.

05.10.2020

Prezident Mayis Bərxudarov və Hikmət Mirzəyevi təbrik etdi.

04.10.2020

Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.

04.10.2020

İlham Əliyev: Cəbrayıl azad olundu!

04.10.2020

Ordumuz irəliləməyə davam edir.

04.10.2020

Ermənilər Madagizi nə vaxt işğal etmişdi? - FOTO
 

03.10.2020

İlham Əliyev: “Madagiz bizimdir!”

03.10.2020

Ermənistanın Tərtərdə mülki obyektləri atəşə tutması “Əl-Cəzirə”nin gözü ilə - FOTO

03.10.2020

Prezident: “Ermənistan bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq”
 

03.10.2020

Silahlı Qüvvələrə Yardım Fonduna ianələr - SİYAHI
 

02.10.2020

Qarabağ ermənilərinin dini rəhbərindən acizanə etiraf

02.10.2020
Bütün xəbərlər