Qurban bayramının yaranma tarixi və İslamda yayılmasının sosial aspektləri

16:03 / 31.07.2020
Baxılıb: 532

Goyce.az Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) axundu, ilahiyyatçı hacı Fəxri Sadiqovun Qurban bayramının yaranma tarixi və İslamda yayılmasının sosial aspektləri mövzusunda məqaləsini təqdim edir:

İslam dinində olan bayramlardan biri də müqəddəs Qurban bayramıdır. "Qurban" sözü ərəb dilində Allahın rəhmətinə yaxınlaşma anlamına gəlir. 

Qurban bayramı Həzrət İbrahim və onun oğlu İsmayılın adı ilə adlansa da, əslində "Qurban" sözünə Həzrəti Adəmin dövründə oğlanları arasında baş verən hadisələrdə rast gəlinir.

Allah müqəddəs Quranda deyir - “Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. (Qurbanı qəbul olmayan oğlu öz qardaşına) demişdi: “Səni hökmən öldürəcəyəm!” (Qardaşı da ona belə) demişdi: “Allah ancaq müttəqilərdən (qurban) qəbul edər” Maidə surəsi , 27-ci ayə.

Bu ayədən açıq aşkar görünür ki, ilk qurbanı həzrəti Adəmin ə.s oğlanları Allah dərgahına aparmışlar. Sonradan bu adət halını alıb həqiqi mahiyyətindən çıxıb, şeytanın vasitəsi ilə müəyyən zaman ərzində vəhşi bir qanuna çevrilib. İnsanlar təsərrüfatından hər hansı bir şeyi (əkindən və ya heyvanlardan) qurban etmə əvəzinə öz övladlarını ilahələrə (bütlərə) qurban edirdilər.

Həzrət İbrahim ə.s. zamanında isə bu ilahi nemət onun vasitəsi ilə, qarışıqlıq və bidətlərdən təmizlənərək əsl mahiyyətini tapır.

Həzrət İbrahim ə.s və oğlu İsmayıl ə.s vasitəsi ilə Allah bu qanunu kamil olaraq yenidən öz gözəlliyinə qaytarır.

Sonradan Həzrət Muhəmməd ə.s-ın peyğəmbərlik dövründə isə bu islamda Həcc mərasimində vacibat və müsəlmanlar arasında kütəvilik halını alır.

Qurban kəsmək yalnız Həcc mərasimini icra edən Hacılara vacibdir. Məkkə şəhərindən kənar olan və Həcc mərasimində olmayan müsəlmanlara isə vacib deyil, ixtiyari hökmdədir.

Qurban kəsərkən bir neçə məsələyə diqqət vermək lazımdır.

"Qurani-Kərim"də hansı heyvanların qurban kəsilməsi ilə bağlı buyurulur: “Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi ənam (davarlar) cinsindən heyvanları kəsərkən Allahın adını çəksinlər (bismillah desinlər)” - Həcc surəsi 34-cü ayə.

Qurban bayramında kəsilən qurbanlar üç növə bölünür:

1. İbil (dəvə cinsi) 5 yaşı tamam olmalıdır.

2. Bəqar (inək və camış cinsləri) 1 yaşı tamam olmalıdır.

3. Qoyun (qoyun və keçi cinsləri) 6 və ya 7 ayı tamam olmalıdır.

Qurbanı fərdi və ya müştərək qaydada da kəsmək olar. Daha yaxşı olar ki, xırda buynuzlu heyvan fərdi qaydada, iri buynuzlu heyvanı isə müştərək qaydada kəsilsin. Müştərək qaydada kəsilən qurbanlıqda və bölünməsində müsəlmanlar şəriət prinsiplərindən kənar çıxmamalıdırlar.

Qurbanlıq üçün kəsilən heyvanın zahiri əlamətlərini bildirən məsələlər də İslamda öz əksini tamışdır. Qurbanlıq heyvan hər şeydən öncə sağlam və nöqsansız olmalıdır. Kor, şikəst, axtalanmış, buynuzu qırılmış və ya hər hansı bədən üzvündə eybi olan heyvanı qurban kəsmək olmaz. Xəstə və ya qocalıb əldən düşmüş heyvanı da qurban kəsmək islami-əxlaqi cəhətdən icazəli deyil.

Qurbanlıq heyvanın erkək olması daha bəyənilir, amma dişi olsa da olar.

Qurbanlıq üzü qibləyə kəsilməli və kəsənin müsəlman olması vacibdir.

Yaxşı olar ki, bayram namazı qılınandan sonra Qurban kəsilsin.

Qurbanı kəsəndən sonra onun ətinin bölünməsi məsələsi də şəriət qanunlarına uyğun olmalıdır.

Həzrət peyğəmbər ə.s. və məsum imamlardan gələn hədislərə görə, qurbanlıq əti 3 hissəyə bolünməlidir.

1. Qurban kəsənin ailə üzvlərinin payı;

2. Onun “sileyi-rəhm” yəni qohum əqrəbadan olan ehtiyaclıların payı;

3. Ona qohum olmayan qonşu və ətrafdan olan ehtiyaclı müsəmanın payı.

Bu bayramın əsas məqsədi heyvan kəsib ətindən yemək deyil. Uca Allah bu bayramın mahiyyətinə işarət edərək buyurur:

“Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə, Onu uca tutasınız deyə, bu (heyvanları) sizə beləcə ram etdi. (Sən isə) yaxşılıq edənləri müjdələ!” - Həcc surəsi 37-ci ayə.

Bu il müqəddəs Qurban bayramı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətvaya uyğun olaraq 12 və 13 Sentyabrda qeyd ediləcək. Qurban bayramının namazı isə Sentyabrın 12-də saat 09:00-dan etibarən məscidlərdə qılınmağa başlanacaq.

Allah kəsilən qurbanları, edilən ibadət və dualları qəbul etsin, bayramınız mübarək olsun!(report.az)


Etiket:
Xəbərlər

Gəncə terrorunun qurbanları Hamburq və Frankfurtda yad edilib - FOTO

24.10.2020

Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO

24.10.2020

İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi”

23.10.2020

Ordumuz Qarabağın cənubunda sürətlə irəliləyir

23.10.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti AÇIQLADI
 

23.10.2020

Erməni terrorçuların Azərbaycanlı əsirlərin başına gətirdikləri oyunlar.

22.10.2020

Təzminat əvəzinə tarixi torpaq: “350 milyardları yoxdursa, Göyçə ilə Zəngəzuru geri versinlər”
 

21.10.2020

Prezident İlham Əliyev: Əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir.  

20.10.2020

"Zəngilan düşməndən azad edildi".

20.10.2020

Niaqara şəlaləsi Azərbaycan bayrağı rəngində işıqlandırıldı 

19.10.2020

"Azərbaycan üçün əlimizdən gələni etməyə hazıram" - Prezidentə yazırlar

18.10.2020

Arxitektor və məşhur iş adamı ola bilmədilər, Vətən fədaisi oldular….

18.10.2020

Müstəqilliyin bərpası və Azərbaycanı tanıyan ilk 5 DÖVLƏT

18.10.2020

"Rədd ol torpağımızdan, dayanaq"

17.10.2020

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı - Fotolar

17.10.2020

XİN Gəncə terroru ilə bağlı bəyanat yaydı

17.10.2020

Adil Əliyev: “Heç bir dövlət Azərbaycana təzyiq göstərə bilməz”

16.10.2020

Daha 6 kənd işğaldan azad edildi

15.10.2020

ABŞ-da yaşayan azərbaycanlılar "Ağ ev"in qarşısına toplaşıb

15.10.2020

Bu kəndlər düşməndən azad edildi

14.10.2020

Mehriban Əliyeva: "Qarabağ Azərbaycandır!"

13.10.2020

Kerem Karabulut: Azərbaycan öz torpaqlarını işğaldan azad edir

13.10.2020

Aprel döyüşlərində” Polad Həşimovla bir yerdə döyüşən zabitin xatirələri

12.10.2020

BBC-nin müxbiri Gəncədən: “Hərbi hədəflər görmədik”

11.10.2020

"Ermənistanın məqsədi azad edilmiş əraziləri yenidən işğal etməkdir"

11.10.2020

Düşmən Gəncəni atəşə tutdu: Dağıntılar var - YENİLƏNİB + FOTO

11.10.2020

"Qarabağda Çingizxanla, Əmir Teymurla döyüşürük” – Ermənistan prezidenti
 

10.10.2020

Atəşkəs Azərbaycana nə verəcək? - DETALLAR

10.10.2020

Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan ballistik hədəfin qalıqlarının fotogörüntüləri

10.10.2020

Azərbaycan Prezidenti: İşğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan

10.10.2020

İlham Əliyev: “Azərbaycan ordusu Hadrutu və bir neçə kəndi azad etdi"

09.10.2020

Ermənilər Şeyx Babı türbəsini dağıdıb 

08.10.2020

Əsgəranda Azərbaycan bayrağı dalğalandı” – 100 il öncəki tarix
 

08.10.2020

"Türkiyə bayrağı bizim üçün Azərbaycan bayrağı qədər əzizdir"

07.10.2020

Azərbaycan bayrağı Cəbrayıl rayonunun mərkəzində dalğalanır - Fotolar

07.10.2020

Müdafiə naziri orduya düşmənə böyük zərbələr endirməyi əmr etdi

06.10.2020

Məktəbli qızdan Paşinyana cavab: “Hər yerdə biabır olmusunuz”

06.10.2020

İlham Əliyev: Azərbaycan ordusu Cəbrayılın Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini azad edib

05.10.2020

Paşinyan Qarabağdan əlini üzdü
 

05.10.2020

Türkiyəli alpinistlər Azərbaycana dəstək nümayiş etdiriblər.

05.10.2020

Prezident Mayis Bərxudarov və Hikmət Mirzəyevi təbrik etdi.

04.10.2020

Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.

04.10.2020

İlham Əliyev: Cəbrayıl azad olundu!

04.10.2020

Ordumuz irəliləməyə davam edir.

04.10.2020

Ermənilər Madagizi nə vaxt işğal etmişdi? - FOTO
 

03.10.2020

İlham Əliyev: “Madagiz bizimdir!”

03.10.2020

Ermənistanın Tərtərdə mülki obyektləri atəşə tutması “Əl-Cəzirə”nin gözü ilə - FOTO

03.10.2020

Prezident: “Ermənistan bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq”
 

03.10.2020

Silahlı Qüvvələrə Yardım Fonduna ianələr - SİYAHI
 

02.10.2020

Qarabağ ermənilərinin dini rəhbərindən acizanə etiraf

02.10.2020
Bütün xəbərlər