102 ilin xatirəsi: Sanki Nuru Paşa qayıdır...

13:10 / 06.08.2020
Baxılıb: 460

"102 il sonra Türk Ordusu yenə Naxçıvanda!” başlıqlı videoda Naxçıvanın küçələrindən nizamla keçən türk hərbi hissələri, addımlayan düz əsgər sıralarına baxdım, məni də güvən və qürur bürüdü. Türkiyə Ordusu hissələri Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq sazişinə görə gəlib, döyüş təlimi və manevləri keçirəcəklər. Türkiyə-Azərbaycan  təlimləri beş gün əvvəl başlamış Rusiya ilə Ermənistanın  hərbi təlim və manevlərinin cavabıdır.  

Media xəbərləri və bu video, tanınmış müəllim olan və tələbəli tərəfindən qırx il sonra da unudulmayan atam Rüstəm Sultanovun 102 il əvvəl gözü ilə gördüyü, uşaq ağlı ilə qavradığı, mənə danışdığı önəmli tarixi hadisələri yadıma saldı. Erməni generalı Andranikin Naxcıvana uğursuz birinci hücumunu, ikinci hücumu uğurlu olmuşdu, şəhəri dağıdıb viran eləmişdi, amma babam artıq ailəsini şəhərdən çıxarmışdı. Şəhərin birinci mühasirəsi zamanı şahidi olduğu mənzərələri, özünün və başqa oğlan uşaqların bir neçə gün naxçıvan bəylərindən birinə məxsus evin böyük zirzəmisində qalmasını, nüfuzlu ailələrin gız-gəlini, arvadları ayrı zirzəmidə saxlanılırdı, kişilərsə səngərdə idi. Zİrzəminin küncündə qalaq-qalaq yığılmış xalı-xalça, kilim, məfrəşlər, içi dolu xurcunlar, zurzəmidəki həyacan və qorxu dolu ovqat, osmanlı ordu hissəsinin köməyə gəlməsi, onun alman toplarının gurultusu, Naxçıvanın xilas olunması, səkkiz yaşlı uşağın yaddaşında həkk olunan və  mənə danışılan mənzərə,  təfərrüat, söhbətlər yenə də xəyalımda canlandı.  Zirzəmi və osmanlı hərbi hissəsinin köməyə gəlməsi olayını yazmışam, onlar 2006-cı ildə "Realnıy Azerbaydjan” qəzetində işıq üzü görüb. 

Amma Andranikin qaçmasından sonra Naxçıvan şəhərində yerləşdirilən və bir müddət orada qalan türk qarnizonu, uzaq müsəlman kəndinə erməni silahlı dəstəsinin hücumu ilə bağlı danışdığı bir əhvalat qələmə alınmayıb. Elə onu xatırlayıb indi sizə danışmaq istəyirəm.

Şəhərdə qalan hərbi hissənin zabitləri hər günün birinci hissəsini əsgərlərlə təlim edir, axşamtərəfi boş vaxtlarını Naxçıvanın mərkəzindəki böyük aşxanada keçirirdilər. Bura gərargahın yeməkxanası kimi bir yer olmuşdu. Yeyir, çay içir, qəlyan, papiros, eşmə çəkir, nərd və kart oynayırdılar. Günlərin bir günü zabitlərin həmişə olduğu bu aşxanaya  Naxçıvanın, yoxsa Ələyəz-Dərələyəzin ya Zəngəzurun, dəqiq bilmirəm, hansısa dağ kəndindən bir neçə kəndli şikayətə gəlir.

Kəndlilər zəhmli-zabitəli yüzbaşıya danışırlar ki, kəndi erməni bandası tutub. Kəndi soyublar, qiymətli nə var garət ediblər, özləri üçün ərzaq, atları üçün arpa-buğda ehtiyatı da götürüblər, amma çıxıb getməyiblər.  İndi də kənddədirlər, yeyib-içir, dincəlir, kef edirlər, kəndlilərə də zülm edirlər, ah-nalə ərşə qalxır. 

Quldurların kənddə kimisə öldürülüb-öldürülmədiyi, işgəncə verdiyi barədə atam bir söz deməmişd. Bu söhbəti mənə 1960-cı illərin ortalarında, yeniyetmə çağlarımda eləmişdi. Ümumiyyətlə atam belə ağır mətləblərdən bizə - oğlanlarına heç vaxt danışmazdı, xoşlamazdı, uşaq-yeniyetmə qəlbizmizi yükləməzdi. İndi tarixdən bilirik ki, belə hallarda kişilər öldürülür, qadınlar zorlanırdı,  ancaq o kənd üçün deyə bilmərəm. Eşitdiyim kimi, yadımda qalan kimi danışıram.

Kəndliləri dinləyən yüzbaşı yavərinə Osman çavuşu, - ad dəqiq yadımdadır, çox simvolik addır, - çağırmağı tapşırır, gələn kimi vəziyyəti ona qısaca anladıb və döyüş tapşırığı verir, axırda da əmr edir: 

- Osman çavuş! İki asker götür, kəndə get!
Osman çavuş "Baş üstə!” – deyib təzim edəndə yüzbaşı ilə söhbətdən sonra ürəklənən kəndlilərdən biri gözlənilmədən etiraz edir:
- Ağa, qurban olum, səkkiz nəfərdilər! Hamısında tüfəng var, üçatılan, tapança! Bir çovuş, iki əsgər öhdəsindən necə gələcək?..

Yüzbaşı cavab vermədən, kəndli tərəfə heç baxmadan, "- Osman çavuş! Haydı get!”, - deyib yenə zərləri əlinə alır, yarımçıq qalmış oyuna qayıdır.
Osman çavuş bir daha təzim edib yenidən ümidsizləşən kəndlilərə "Gedək!” deyib aşxanadan çıxır. 

Bir həftə sonra qayıdan Osman çovuş yüzbaşısına döyüş tapşırığının yerinə yetirilməsi barədə raport  verib, rusiya istehsalı yeddi tüfəng, bir neçə tapança, xəncəri təhvil verir, bir tüfəng, bir tapança, bir neçə xəncəri kəndlilərə payladığını, kəndlilərin səkkiz meyid quyuladığını məruzə edir. Əsgərlərdən yaralanan, burnu cızılan belə yox idi. Atam göstərmək istəmədiyi, ama sezdiyim daxili bir qürurla "Üç osmanlı əsgəri asanlıqla səkkiz erməni quldurunun axırına çıxdı” dediyi yaxşı yadımdadır.  Sovet vaxtı idi, Xruşşov dövrü olsa da, türklərə rəğbətə görə pantürkizm  ittiham və repressiyalardan çox da vaxt keçməmişdi, ürəklərdəki qorxu qalırdı, çəkilməmişdi, çəkilə bilməzdi də. 

1930-cu illərdə atamın qohumu, Naxçıvanda yaxşı tanınan vəkil İbrahim Kəngərli həbs edilib "Solovki” həbs düşərgəsinə sürgün olunmuş, dünyadan köçmüşdü. Həmin məşhur, Soljenitsının "Arxipelaq QULAQ”ında ayrıca təsvir olunan "Solovki” ölüm düşərgəsi. Atamın özünü isə bir müddət hansısa osmanlı zabitinin, bəlkə də elə o yüzbaşının yavəri olan və ordu hissəsi Anadoluya qayıdanda onlarla birlikdə gedən gənc, "realnı uçilişenin” məzunu olan qohumuna görə «НКВД» - enkavedeyə bir neçə dəfə aparıb-gətirmiş, "Qohumun hardadır?” deyə sorğu-suala çəkmişdilər. (Həmin qohumu şəkildə görmüşəm, ancaq onun atamın Əliqulu dayısı olduğunu əmiqızım Dildar mübahisələndirir, ona gərə dəqiq deyə bilmərəm). Nə isə, atamı döyüblər, işgəncə veriblər ya yox, bilmirəm. Bunu təzə öyrənmişəm, son yarım il ərzində burada - Almaniyada, qohumlar danışıb. Atam enkavededə istintaqa cəlb edildiyini, sorğu-suala çəkildiyini bizə heç vaxt açıb-ağartmamışdı, uğaqlarına belə bilgilərlə sovet hakimiyyətinə nifrət və ondan doğan problemlər yaratmaq istəməmişdi. Sovet quruluçu və dövləti o vaxtlar yenilməz, əbədi görünürdü, türklərə rəğbət göstərmək təhlükəli idi, səkkiz yaşlı atamı və deməli, bizim nəslimizi xilas edən türklərlə. Onların şücaətiylə qürur duymaq, öz türklüyünü anlayıb danışmaq belə təhlükəli idi. Qürurun gizlədilmədi bindan irəli gəlirdi. 


Osmanlı ordusu haqqında, yüzillik keçmiş  haqqında bu xatirəni, yeməkxanadakı söhbətin özünü atam özü eşitməmişdi, eşidə bilməzdi çox ehtimal, uşaq idi. Amma yavər olan o qohum babam Mövsün ağa Sultanovun (Kəngərlinin) evində, ailədə o söhbəti edə bilərdi, atam da eşidib, bilib, yadda saxlamışdı. 


"102 il sonra Türk ordusu yenə Naxçıvanda!” videosunu görüb bütün bunları xatırladım, 102 il əvvəlki Naxçıvan küçələri, evləri, adamları, üzünü görmədiyim babam, keçən yüzilliyin 70-ci illərində rəhmətə gedən Şükufə nənəm özüm görmüş kimi gözlərim önündə canlandı, köməyə gələn Osmanlı Ordusunun Krupp - alman toplarının gurultusu qulağımda səsləndi.  


Osman çavuşu və adını bilmədiyim iki türk əsgərini sonralar "Yeddi samuray" filminə bavanda da oxşarlıq görüb xatırlayırdım.  Ən sevdiyim filmlərdəndir bu kinoklassikası, Akira Kurosavanın köhnə, ağ-qara filmi,  bizim "Yeddi qardaç istərəm” filminin proobrazı. Bir kəndi terror edən quldur bandası və sayca onlardan 5-6 dəfə az, amma qalib gələn samuraylar.  Osman çovuşun dəstəsi erməni dəstəsindən 2-3 dəfə az idi. Fərq ondadır ki, nəql etdiyim olay kino deyil, yaşanmış, atamı və deməli məni, məndən sonra gələnləri xilas edən insanların həyatının bir parçası idi. Adi, bəlkə də o qanlı-qadalı illərdə dəfələrlə ağır səhnələr və döyüşlər içərisində itib-batmış, unudulmuş bir parçası. Amma Rüstəm adlı o uşaq böyüyüb qırx beş il sonra oğluna danışdı bunları, mən də unutmayıb əlli yeddi il sonra sizə danışıram.


Allah sənə qəni-qəni rəhmət eləsin, üzünü görmədiyim Osman çavuş! 


Nurlu xatirən, yenilməz ruhun qarşısında dizüstə durub baş əyirəm! 


Sən mənimçün atamı, nənə-babamı xilas edən Osmanlı Ordusunun, hakimiyyətin bizə unutdurmaq istədiyi Azərbaycan Xalq Cümhuriyyətini yaradan Qafqaz Türk-İslam Ordusunun, çağdaş üçüncü respublikanı birinci tanıyan, bacardığı köməyi əsirgəməyən,  iyirmi il öncə İran bizə buynuz göstərən andaca gələn "Türk yıldızlarının",  şəhid generalımız Polad Həşimova təhsil verən Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin rəmzisən. Türkiyəlilərə bir ömür borcluyam! Bunu heç vaxt unutmaram, borcdan nə mən, nə uşaqlarım, nə də nəvərim çıxa bilməyəcəyik. 


Ürəyimdə yarım əsrdən çox gəzdirdiyim bu 102 ilin xatirəsini yazanda gözlərim doldu. Qocalmışam, kövrək olmuşam, deyəsən. Ya da kövrəklikdən deyil bu, olayların özündəndir... 

Hərdən mənə elə gəlir ki, sanki Nuru Paşa qayıdır...(arqument.az)

Çingiz Sultansoy

GOYCE.AZ


Etiket:
Xəbərlər

Düşmənin məhv edilən döyüş texnikasının siyahısı 

01.10.2020

Aktyor olmaq istəyən Milli Qəhrəman: Şəhid olanda çantasından “Hophopnamə” çıxıb - FOTO

28.09.2020

Küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü… - Azərbaycanlı rejissorun həyat HEKAYƏTİ+FOTO

26.09.2020

"Arsak Qarabağla əvəzləndi, sirr deyil ki..." - Tarixçi faktları açıqladı

21.09.2020

Sosial şəbəkələrdə məşhurlaşan qazaxlı uşaq diviziyaya aparıldı - FOTOLAR

20.09.2020

Qədim türklərdə dövlət məclisləri

20.09.2020

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərini saxta yollarla necə erməniləşdirir? - TARİXİ FAKTLAR

19.09.2020

Dünyanın bu yerlərinə milyarderlər belə gedə bilmir - Fotolar

16.09.2020

Ölüm ilgəyi

15.09.2020

Qafqaz İslam Ordusunun Bakı Zəfərindən 102 il ötür. l hissə

14.09.2020

"Türklər yeganə etnosdular, hər şeyi qanla həll ediblər, amma qansız deyillər" - 25 dildə danışan poliqlotumuz.

11.09.2020

Quba xanlığının 6-cı xanı Fətəli xan Hüseynəli xan oğlu, Roma Papası və illüminatlar.

09.09.2020

Azərbaycan - Rusiya münasibətlərinin bəzi təfərrüatları - TƏHLİL

06.09.2020

İş adamı Mətanət Süleymanzadə təltif edildi - FOTO

04.09.2020

DGTYB “Dilimiz varlığımızdır” adlı elmi-publisistik məqalələrdən ibarət kitab çap edib

03.09.2020

Hincaq erməni gizli təşkilatı 2-ci hissə

02.09.2020

Qubadlı rayonunun işğalından 27 il ötdü

31.08.2020

30 avqust – Türkiyənin Zəfər bayramı

30.08.2020

Bu gün Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür

29.08.2020

Ermənistan Sevr müqaviləsini niyə "diriltmək" istəyir?

28.08.2020

Hincaq erməni gizli təşkilatı 1-ci hissə

26.08.2020

40 dil bilən, 18 aylığında qəzet oxuyan dünya tarixinin ən ağıllı insanının faciəli HƏYAT HEKAYƏSİ - FOTO

26.08.2020

Amerikadakı qohumlarımız – qızıldərililər...

25.08.2020

23 avqust Füzuli və Cəbrayılın işğalı günüdür

23.08.2020

Birinci Respublikanın rəsmi siması - Əlimərdan bəy Topçubaşov

18.08.2020

İrəvan Türk Cümhuriyyəti "Turan" partiyası yaradıldı

12.08.2020

39 il əvvəl Parisdə Türkiyə konsulluğunu zəbt edən terrorçu – Sislyan 1988-də İrəvanda baş nazirlər kimi qarşılanıb.  

11.08.2020

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

09.08.2020

Şərqli kənizin oğlu: Da Vinçinin Azərbaycan kökləri
 

08.08.2020

Ərzurumlu erməni qatil – o, Los-Ancelesdə türk diplomatları aldadıb görüşə çağırıb və... güllələyib.  

07.08.2020

102 ilin xatirəsi: Sanki Nuru Paşa qayıdır...

06.08.2020

Nasistlərə yardım edən Soros: "Mənəviyyatsız insanam" - ETİRAFLAR

04.08.2020

Vətənpərvər alim, Fəal ictimaiyyətçi

03.08.2020

Qərbi Azərbaycan İrəvan Respublikasının DÖVLƏT GERBİ qəbul olundu

03.08.2020

Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra

03.08.2020

1 Avqust - Azərbaycan Əlifbası Günüdür
 

01.08.2020

Qurban bayramının yaranma tarixi və İslamda yayılmasının sosial aspektləri

31.07.2020

Atasını ermənilər öldürdü, qardaşı repressiya olundu, oğlu onu illərlə aldatdı - Gülməkdən ölən böyük aktyorumuz

30.07.2020

QHT həssas qrupları diqqətdən kənarda qoymadı.  

30.07.2020

Hamburqlu bar qızı necə Qdanskda türmə cəlladı oldu... - 22 yaşlı Jenni Barkman minlərlə əsiri məhv edib

29.07.2020

Abbasqulu bəy Şadlinski: Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman

28.07.2020

Jukovun sədaqətli sürücüsü – Buçindən marşal əleyhinə ifadə almaq istəyiblər, verməyib, 5 il həbs cəzası alıb.

25.07.2020

Bu gün Ağdam rayonunun işğalından 27 il ötür.

23.07.2020

Milli Mətbuat - 145 il

22.07.2020

BİZ ERMƏNİLƏRƏ NƏ VAXT QALİB GƏLƏCƏYİK?

20.07.2020

Onların hədəfi yalnız Qarabağ deyil...” – “Food City”dən erməniləri qovan İlham Rəhimov

18.07.2020

Fransız tarixçi: Bu, Paşinyan hökumətinə inamsızlığı dünyaya sübut etdi

17.07.2020

Şəhid İsmayılovla vida mərasimi keçirilir - Fotolar

16.07.2020

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

15.07.2020

Şəhidlərimizin qisası alındı - TƏFƏRRÜATLAR

15.07.2020
Bütün xəbərlər