Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

13:09 / 09.08.2020
Baxılıb: 596

Tarixi dəyişmək cəhdləri həmişə məğlubiyyətə düçar olub. Məşhur tarix fəlsəfəçisi Frensis Fukuyama deyirdi ki, heç kim tarixdə yalanların üzərində bir səltənət qurmağa sona qədər müvəffəq olmayıb.

Bekonun da qeyd etdiyi kimi, tarix zamanı saxtalaşdırma cəhdidir. Yəni, tarixi “kriptotarix”,”feyk keçmiş” anlayışları ilə zəhərləmək heç vaxt dolğun nəticə ilə yekunlaşmır. Tarix: 1) geridönülməz ictimai prosesdir, 2) müdaxilə olunan, amma nəticəsi olmanayn məfhumdur.

Tarixin şərhini kəskin tənqid edən marksist filosoflar qeyd edirdilər ki, tarixi dəyişməyə cəhdlər tarixin dəyişdirilməsi demək deyil. Bu gün siyasi, iqtisadi, sosial və hətta kültürəl proseslərdə oyuncaq ruporu olan tarix elmi həmişə həqiqətin subyektiv təhlilinə köklənirmiş kimi şərh olunsa da, zaman dəyişməyə məhkum olur, bir gün reallıq öz dəlillərini ortaya çıxarır.

Erməni yalan maşınının illərdir özlərində düzəltmək istədiyi “məzlum xalq” yalanı təkcə misilsiz həyasızlıq deyil, həm də tarixi cinayətkarcasına qəsb etmək iddiasıdır. Boşuna deyil ki, bu gün Paşinyan və onun ətrafındakı sorosçu mafiozlar tarix və çağdaş siyasi mənzərəni idbarcasına murdarlamaqla məşğuldurlar. Vaxtilə Rudolf Karnapın dediyi kimi, susmaq şansı varkən yalan danışmaq insanlığın varlıq missiyasını inkar etməkdir. Faşist törəməsi Nikol Paşinyan və ifrat milliyətçi erməni marazmı bu gün dünyada da çöküş mərhələsinə keçib.

Erməni millətçiliyinin imperializmin əlində bir alətə çevrilməsi Qərbin Osmanlı torpaqlarında missionerlik fəaliyyətindən etibarən 19-cu əsrdə başladı. Məşhur rus alimi və diplomatı Pyotr Çihaçev 1856-cı ildə nəşr olunan və Amerika Protestant missionerlərinin Krım müharibəsinin nəticələri ilə əlaqəli olaraq, Türkiyə ermənilərinə olan marağını izah edir. Çixaçovun sözlərinə görə, Amerika missionerlərinin fəaliyyəti Kiçik Asiyadakı (Anadolu) ermənilərə yönəlmişdi. Xəyanətə meyli olanlar həmişə xarici qəsbkarların planıdır. Siyasət fəlsəfəsinin qızı tezisi: kim ki istifadə olunur, onları tarixin inkişafı dəyişməyə qadir deyil. 19-cu əsrdə erməni millətçiləri Türkiyəyə qarşı hazırlanan ən iyrənc ssenarilərdə yer aldı.

Erməni radikal milliyətçiliyinin ilk ideoloqlarından olan Qriqori Yeremeyevic Artsrun ideyası və xülyaları böyük insanlıq ayıbıdır. 1876-cı ildə Tiflisdə  "Şərqin sualı" adı verilən broşurada erməni millətçi şovunizminin böyük və irqçi növü göstərilir. Erməni millətçilərindən birincisi olan Artsruni bildirir ki, Şərq problemi erməniliyin kökündə dayanır.

Daşnaklar İkinci Dünya Müharibəsində də Birinci Dünya Müharibəsində oynadıqları rolu oynadılar. Daşnaklar həmin dövrdə SSRİ daxilində alman ordusu üçün yeni könüllü dəstələri yaratmaqla bölgə xalqlarına qarşı faşist cinayətləri etdi.

Mehmet Perinçekə görə, nasistlər və daşnaklar arasındakı əməkdaşlığın ideoloji əsası 1930-cu illərdə qoyulub. Nasist Partiyasının aparıcı ideoloqlarından biri olan Alfred Rosenberg 1926-1936 illəri arasında Şərq İnstitutunun rəhbəri idi. Artaşes Abegyanı ermənilərin antropologiyası və tarixini öyrənmək üçün bir komitə yaratmaq məqsədilə vəzifəyə təyin etdi. 1934-cü ildə komitə qurulandan 5 ay sonra Rosenberg Hitlerə ermənilərin aryan irqindən gəldiyini göstərən bir hesabat təqdim etdi və daha öncəki yazılarımda bu barədə qeyd etmişəm.

Daşnakların İkinci Dünya Müharibəsində faşistlərə verdiyi mühüm "xidmətlərdən" biri də Sovet cəbhəsində və işğal altındakı ərazilərdə aparılan təbliğat fəaliyyəti idi. İşğal olunmuş ərazilərdəki erməni əhalisi arasında agentlərini tanıtmaqla əks-kəşfiyyat işləri ilə məşğul idilər. Ermənilər arasında da sovet əleyhinə təbliğat aparırdılar. 3-cü Reyxin himayəsi altında "Böyük Ermənistan" təbliğatı aparırdılar.

“Ölkəni Stalin və Türklərdən xilas edəcəyik, qlmanlarla işimizi quracağıq, bolqarlar, rumlar, slovaklar və xorvatlar kimi müstəqil siyasətimizi həyata keçirəcəyik” fikri erməni əsgərləri arasında daim təbliğ edilirdi və Hitlerin komandanlığı altında erməni legionları qurulmuşdu.

Erməni faşistlərin Rusiyaya qarşı təxribat planları da məharətlə işləyirdi.

Rus arxivindən Mehmet Perinçek tərəfindən hazırlanan yeni bir sənəddə onlara bir yapon imperatorunun dəstək verdiyi göstərilir. 1904-cü ildə rus-yapon müharibəsi başlamışdı. Çar Rusiyasında yaşayan erməni millətçiləri 7 may 1904-cü ildə Tiflisdəki Yaponiya imperatoruna bir məktub yazdılar. Məktubda erməni millətçi liderləri də ümid edirlər ki, “qüdrətli yapon silahı dağılmış rus əsgərlərində ulduz kimi parlayacaq və yapon silahının bayrağı Rusiyanın Port Arthur sahilindəki qubernatorun sarayında dalğalanacaq”. Bu xüsusda Ermənistan hərbi birləşmələri də bütün tarix boyu xəyanətin ruporu oldu.

1800-cü illərin əvvəllərindən etibarən rus, ingilis və fransızlara qoşulan ermənilər həmişə çörəklərini yediyi türkü xəncərlə vururdular. Özlərinə xidmət etmədikləri üçün, Anadolunun həqiqi övladları müsəlman türkləri və kürdləri öldürdülər, minlərlə adamları təqibə məruz qoydular. Bakıdan Ərzuruma, Vandan Kahramanmaraşa qədər 2 milyon insanı məhv etdilər. 1905, 1907, 1908, 1992-ci illərdə Azərbaycanda türklərə qarşı soyqırım həyata keçirdilər. 1915-ci ildə Birinci Dünya Müharibəsi günlərində, Van vilayətində və ətrafında 180.000-ə yaxın müsəlman türk və kürd xalqına əsl soyqırımı etdilər. 31 mart 1918-ci ildə təkcə Bakıda 17 min insanı qətlə yetirdilər.

Ağahüseyn Şükürov erməni neonasizmini daha yaxşı anlamağımıza səbəb olan dəyərli bir qaynaq haqqında məlumat vermişdi. O yazır ki, Bu günlərdə arxiv materiallarını araşdırarkən 48 il bundan qabaq Yerevanda nəşr olunmuş bir qəzet diqqətimizi cəlb etdi. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin, Ermənistan SSR Ali Sovetinin və Nazirlər Sovetinin orqanı “Kommunist” qəzetinin 12 aprel 1967-ci il tarixli nömrəsinin (rus dilində) 3-cü səhifəsində tarix elmləri namizədi T.Drambyanın erməni Daşnaksütyun partiyasının Böyük Vətən müharibəsi illərində (1941-1945) göstərdiyi “qəhrəmanlıqlardan” bəhs edən “Daşnaklar faşizmin xidmətində” (“Daşnaki na slujbe faşizma”) məqaləsi dərc olunub.

Erməni aliminin yazdığına görə, Ermənistandan məqsədli şəkildə köçüb getmiş ermənilərin ən irəlidə gedən siyasi-hərbi, hətta terror və təxribatçı təşkilatlarından olan Daşnaksütyunun liderləri “xalq əleyhinə öz siyasətini davam etdirirdilər. İlk vaxtlar digər millətçi-burjua təşkilatları və ağ mühacirlərlə birlikdə Sovet Ermənistanı ilə xarici erməni koloniyaları arasındakı əməli əlaqələrin qurulmasına mane olmağa çalışırdılar. Bu məqsədlə daşnak təbliğatçıları Ermənistandakı Sovet hakimiyyətinə şər atmağa... çalışaraq geniş antisovet təşviqatına əl atmışdılar”.

Həmin illərdə təşkilatın liderləri antimilli fəaliyyəti davam etdirmiş, İkinci Dünya müharibəsi ərəfəsində və müharibə dövründə onlar tam qətiyyətlə bütün bəşəriyyətin ən qatı düşməni olan Hitler faşizmi tərəfinə keçmişdilər. Daşnakların bu addımı da təsadüfi deyildi. Onlar hələ 1935-ci ildən, yeni Almaniyada faşizm hakimiyyəti bərqərar olduqdan dərhal sonra ümidlərini alman faşizminə bağlamağa başlamış, məhz bu cinayətkar, qaniçən qüvvənin kölgəsində daldalanmağa cəhd göstərmişdilər.

Qəzet yazır ki, o dövrün daşnak qəzetləri hitlerçilərin cinayətkar planlarını tərifləməyə, onların təcavüzkar niyyətlərinə haqq qazandırmağa, Avropadakı qanlı “yeni qayda-qanun”u “demokratiyanın ən yüksək forması” kimi qələmə verməyə çalışan məqalələr sarıdan kasadlıq çəkmirdi. Məqalələrin əksəriyyətində yeni dünya müharibəsinin başlanacağı təqdirdə Ermənistandakı Sovet quruluşunun devrilməsi üçün əlverişli şəraitin yaranacağı fikri açıq-aydın söylənilirdi. ABŞ-da məskunlaşmış daşnak liderlərinin orqanı olan “Ayrenik” qəzeti bu istqamətdə təbliğat işini daha yüksək səmərəliliklə aparırdı. Xaricdəki erməni ictimaiyyətində yarana biləcək bütün şübhələrə son qoymaq üçün daşnak liderlərinin əsl niyyətləri və məqsədlərini, xüsusən onların “ələ düşən siyasi imkanlardan” daha yaxşı istifadə etmək metodlarını bəyan edən “Ayrenik” qəzeti 1939-cu ilin iyul ayında yazırdı: “Əgər Almaniya ilə Yaponiya Sovet İttifaqına hücum etsələr, Daşnaksütyun Sovet İttifaqının düşmənləri sırasında olacaq”.

1941-ci il iyunun 22-də Hitler Almaniyasının Sovet İttifaqına qəfil hücumu o dövrdə bu ölkədə yaşayan bütün xalqları dərindən sarsıtdığı, minlərlə insanın ölümünə səbəb olduğu halda, bu xalqların taleyinə biganəliklə yanaşan, ilk növbədə erməni maraqlarını güdən daşnak liderlərindən biri Ruben Darbinyan “Ayrenik”də yazırdı: “Xoşbəxtlikdən Sovet hökuməti o qədər qüdrətli deyil ki, Almaniyanı darmadağın edə bilsin və daxilən o qədər güclü deyil ki, uzun müddət alman zərbələrinə tab gətirə bilsin”. Qəzet müharibənin ilk illərində bu istiqamətdə təbliğatını “uğurla” davam etdirir, öz səhifələrində sistematik olaraq “Kreml hakimiyyəti”nin tezliklə süqutu, SSRİ-nin məhv olacağı haqqında proqnozlar verir, ictimaiyyəti hitlerçiləri dəstəkləməyə çağırırdı.

Tarix elmləri namizədi T.Drambyan daha sonra yazır: “...daşnak lideri Arsak Camalyanın Parisə, Berlinə, Qahirəyə səfərləri, eləcə Xalq Sosialist Partiyasının Nürnberqdəki qurultayında iştirakı necə? Bəs Aleksandr Xatisyanın işğal olunmuş Şərq torpaqlarında hələ 1940-cı ildə nazir təyin olunaraq Berlindəki daşnak başçıları ilə sıx ünsiyyətə girən, onlarla “Erməni milli şurası”nın yaradılması barədə razılığa gələn faşist Alfred Rozenberqlə yazışması? Bəs daşnakların Rumıniya, Bolqarıstan, Yunanıstan, Fransa və Almaniyanın özündə alman işğalçı idarələri və onların oyuncaq rejimlərilə sıx əməkdaşlığı?

Deməli, daşnak başçıları və onların “orqanı” alman faşistlərilə öz əlaqə və əməkdaşlıqlarını əbəs yerə inkar etməyə çalışırlar. Bu cənablar nə qədər istəsələr də, özlərinin yazdıqlarını - tarixi faktları inkar etmək iqtidarında deyillər”.

İdeoloji təbliğatdan əlavə, daşnaklar Hitler ordusunun tərkibində vuruşmuş və müəllifin yazdığı kimi, “Onları Berlinə Sovet adı altında olan hər şeyə nifrət, Hitlerə, onun Sovet İttifaqına və deməli, Sovet Ermənistanına qarşı cinayətkar müharibəyə xidmət etmək cəhdi gətirmişdi. Onlar bütün cinayətkar əməllərdə, o cümlədən Gestapo ilə açıq əməkdaşlıqda və Sovet ordusunun 1942-ci ildə müvəqqəti geriyə çəkildiyi günlərdə əsir düşmüş erməni hərbi əsirlərin hədələr və şantajla gətirilərək “Erməni milli legionu”nun təşkil olunmasında hitlerçilərə kömək edirdilər”. 

Bu gün Paşinyan ulu babalarının izini gedir.

Tarixi saxtalaşdıranların aqibəti isə həmişə rüsvayçılığın təntənəsidir!(1NEWS.AZ)

Tural İsmayılov

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib. Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, siyasi şərhçi və araşdırmalar müəllifidir.


Etiket:
Xəbərlər

Düşmənin məhv edilən döyüş texnikasının siyahısı 

01.10.2020

Aktyor olmaq istəyən Milli Qəhrəman: Şəhid olanda çantasından “Hophopnamə” çıxıb - FOTO

28.09.2020

Küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü… - Azərbaycanlı rejissorun həyat HEKAYƏTİ+FOTO

26.09.2020

"Arsak Qarabağla əvəzləndi, sirr deyil ki..." - Tarixçi faktları açıqladı

21.09.2020

Sosial şəbəkələrdə məşhurlaşan qazaxlı uşaq diviziyaya aparıldı - FOTOLAR

20.09.2020

Qədim türklərdə dövlət məclisləri

20.09.2020

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərini saxta yollarla necə erməniləşdirir? - TARİXİ FAKTLAR

19.09.2020

Dünyanın bu yerlərinə milyarderlər belə gedə bilmir - Fotolar

16.09.2020

Ölüm ilgəyi

15.09.2020

Qafqaz İslam Ordusunun Bakı Zəfərindən 102 il ötür. l hissə

14.09.2020

"Türklər yeganə etnosdular, hər şeyi qanla həll ediblər, amma qansız deyillər" - 25 dildə danışan poliqlotumuz.

11.09.2020

Quba xanlığının 6-cı xanı Fətəli xan Hüseynəli xan oğlu, Roma Papası və illüminatlar.

09.09.2020

Azərbaycan - Rusiya münasibətlərinin bəzi təfərrüatları - TƏHLİL

06.09.2020

İş adamı Mətanət Süleymanzadə təltif edildi - FOTO

04.09.2020

DGTYB “Dilimiz varlığımızdır” adlı elmi-publisistik məqalələrdən ibarət kitab çap edib

03.09.2020

Hincaq erməni gizli təşkilatı 2-ci hissə

02.09.2020

Qubadlı rayonunun işğalından 27 il ötdü

31.08.2020

30 avqust – Türkiyənin Zəfər bayramı

30.08.2020

Bu gün Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür

29.08.2020

Ermənistan Sevr müqaviləsini niyə "diriltmək" istəyir?

28.08.2020

Hincaq erməni gizli təşkilatı 1-ci hissə

26.08.2020

40 dil bilən, 18 aylığında qəzet oxuyan dünya tarixinin ən ağıllı insanının faciəli HƏYAT HEKAYƏSİ - FOTO

26.08.2020

Amerikadakı qohumlarımız – qızıldərililər...

25.08.2020

23 avqust Füzuli və Cəbrayılın işğalı günüdür

23.08.2020

Birinci Respublikanın rəsmi siması - Əlimərdan bəy Topçubaşov

18.08.2020

İrəvan Türk Cümhuriyyəti "Turan" partiyası yaradıldı

12.08.2020

39 il əvvəl Parisdə Türkiyə konsulluğunu zəbt edən terrorçu – Sislyan 1988-də İrəvanda baş nazirlər kimi qarşılanıb.  

11.08.2020

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

09.08.2020

Şərqli kənizin oğlu: Da Vinçinin Azərbaycan kökləri
 

08.08.2020

Ərzurumlu erməni qatil – o, Los-Ancelesdə türk diplomatları aldadıb görüşə çağırıb və... güllələyib.  

07.08.2020

102 ilin xatirəsi: Sanki Nuru Paşa qayıdır...

06.08.2020

Nasistlərə yardım edən Soros: "Mənəviyyatsız insanam" - ETİRAFLAR

04.08.2020

Vətənpərvər alim, Fəal ictimaiyyətçi

03.08.2020

Qərbi Azərbaycan İrəvan Respublikasının DÖVLƏT GERBİ qəbul olundu

03.08.2020

Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra

03.08.2020

1 Avqust - Azərbaycan Əlifbası Günüdür
 

01.08.2020

Qurban bayramının yaranma tarixi və İslamda yayılmasının sosial aspektləri

31.07.2020

Atasını ermənilər öldürdü, qardaşı repressiya olundu, oğlu onu illərlə aldatdı - Gülməkdən ölən böyük aktyorumuz

30.07.2020

QHT həssas qrupları diqqətdən kənarda qoymadı.  

30.07.2020

Hamburqlu bar qızı necə Qdanskda türmə cəlladı oldu... - 22 yaşlı Jenni Barkman minlərlə əsiri məhv edib

29.07.2020

Abbasqulu bəy Şadlinski: Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman

28.07.2020

Jukovun sədaqətli sürücüsü – Buçindən marşal əleyhinə ifadə almaq istəyiblər, verməyib, 5 il həbs cəzası alıb.

25.07.2020

Bu gün Ağdam rayonunun işğalından 27 il ötür.

23.07.2020

Milli Mətbuat - 145 il

22.07.2020

BİZ ERMƏNİLƏRƏ NƏ VAXT QALİB GƏLƏCƏYİK?

20.07.2020

Onların hədəfi yalnız Qarabağ deyil...” – “Food City”dən erməniləri qovan İlham Rəhimov

18.07.2020

Fransız tarixçi: Bu, Paşinyan hökumətinə inamsızlığı dünyaya sübut etdi

17.07.2020

Şəhid İsmayılovla vida mərasimi keçirilir - Fotolar

16.07.2020

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

15.07.2020

Şəhidlərimizin qisası alındı - TƏFƏRRÜATLAR

15.07.2020
Bütün xəbərlər