Amerikadakı qohumlarımız – qızıldərililər...

17:40 / 25.08.2020
Baxılıb: 440

Ay, Türk adını elan üçün bir səmavi aynadır,
Türkün tarixi həm Yerdə, həm də Göydədir.

Hüseyn Cavid

Bu yaxınlarda Türkiyənin TRT1 telekanalında “Oturan Buğanın izində” sənədli filmi nümayiş etdirilirdi. Bir neçə bölümdən ibarət olan film Amerikanın şimalında yaşayan qızıldərililərdən (qırmızıdərililər) bəhs etdiyi üçün xüsusi maraqla izlədim, həmçinin müəyyən qeydlər götürdüm. Axı qızıldərililərin tarixin qədim zamanlarında  Berinq boğazından Şimali Amerikaya keçmiş türksoylu toplum olduğu haqda nəzəriyyə mövcuddur.

Yüksək peşəkarlıqla hazırlanmış bu sənədli filmdə TRT1 qızıldərililərin türksoylu olmasını sübut etmək üçün heç bir cəhddə bulunmurdu. Təqdim olunan səhnələrə heç bir şərh verilmirdi. Sadəcə, TRT! tamaşaçını faktlarla baş-başa buraxırdı – Bax, özün müəyyən et!

Mənim də bu qeydləri sizə çatdırmaqda məqsədim, qızıldərililəri türk oğlu türk kimi təqdim etmək deyil. Sadəcə, filmdən götürdüyüm qeydlərlə sizləri tanış etməklə, yuxarıda qeyd olunan - qızıldərililərin türksoylu olması haqda tarixi iddianın gerçəyə nə qədər yaxın olduğunu birgə düşünməyimizi təklif edirəm.

Sənədli filmdə ABŞ-ın şimal ştatlarında yaşayan iki qızıldərili tayfadan bəhs olunurdu. Qəbilələrin adları belə idi:

Lakota və Yakota.

Lakota sözünün əski türkcədə hansısa sözlə yaxınlığını və ya eyni köklü olmasını araşdırmadan, Yakota sözünə diqqətinizi yönəltmək istəyirəm:   

Yakot-yakut və ya Yakota-Yakutiya.

Bu qəbilənin adı türksoylu yakutlarla necə də səsləşir. Üstəlik nəzərə alsaq ki, yakutlar da Uzaq Şərqdə - Berinq boğazına yaxın coğrafiyada məskundurlar. Kim bilir, bəlkə də tarixin əski qatlarında o torpaqlardan Amerika qitəsinə köç etmiş yakutlar, mənsub olduqları ulusun adını yeni vətəndə öz qəbilələrinə veriblər.  Buradaca qeyd edim ki, Yakota qəbiləsinə mənsub insanların sifət cizgiləri Uzaq Şərqdə yaşayan türksoylu xalqlarla – yakutlarla, tuvalılarla çox oxşardır. Xüsusən də, gözlərinin qıyıq olmaları ilə…

Tayfalardan biri “Kaya Siyu” adlanır. Bəlkə də “Qaya suyu” anlamıdadır. Türkiyədə  “qaya”ya “kaya deyilir”. Hər halda, mən daha çox bu yozuma üstünlük verdim. 

Bu yerdə aydınlıq üçün bir məqamı da vurğulayım. “Qəbilə”, “tayfa” deyəndə ilk ağıla Afrika cəngəlliklərində qəbilə halında yaşayan insan topluları gəlir.  Amma yox, qızıldərililər öz inanclarına, milli adət-ənənələrinə sadiq olmaqla, ulu babalarının cəngavərlik xüsusiyyətlərini daşımaqla bərabər, müasir yaşam tərzinə malik insanlarıdırlar.   

Qızıldərililərin yaşadıqları coğrafiyada toponimlərin adları türkcəyə çox yaxındır. Bəzi toponim adlarının mənasını isə ilk səslənişindən anlamaq olur.   

Həmçinin insanların soyadları da bir çox hallarda türkcə ilə səsləşir.

Məsələn, sənədli filmdə danışanlardan birinin adı-soyadı belə idi: Vingent Kara Tüy. Mən yenə də belə yozdum: Kara Tüy - Qara Tük.

Yəqin ki, soyadı Qara Tük deməkdir. Anadoluda da “qara”ya “kara”, “tük”ə “tüy” deyilir. Elə Azərbaycan türkcəsində də “tük” sözü “tüyh” kimi  tələffüz olunur. TRT1 müsahibinin adının Vingent, yəni ingilismənşəli olması isə sizi çaşdırmasın. Eyni dərd assimlyasiyaya uğrayan bir çox türk toplumlarında yaşanmaqdadır. Moldovada yaşayan qaqauz türklərinin soyadları türkmənşəli olsa da, adları slavyan və ya rumın mənşəlidir.

Qızıldərililərin adət-ənənlərində əski türk gələnəklərinə aid çoxsaylı oxşar nümumələr varmış. Onlardan biri ağaca əski (parça) bağlamaqdır. Daha çox şaman dininə məxsus olan bu ənənə qızıldərililərdə də geniş yayılıb.  Ümumiyyətlə, ağac (xüsusilə tək ağac) qədim türk kültüründə inam, etiqad məqamı kimi qəbul olunub. Azərbaycanımızın bir çox bölgələrində tək ağaclara inam, xoş arzular diləyib ağaca adını yazmaq, əski parçası baglamaq kimi adətlər bu gün də yaşamaqdadır.  

Qızıldərililərdə də Şaman var. Onların Şamanı daha çox şəfaverici missiyasını daşıyır. Şaman əlində böyük qaval Günəş rəqsi oynayır. Musiqiləri Uzaq Şərqdəki xalqların musiqilərini xatırladır.

Onlar da tək bir Tanrıya inanırlar. Dinlərinin yasaqlandığını bildirirlər. Böyük basqılara rəğmən bir çoxları hələ də xristianlığı qəbul etməyiblər. Deyirlər ki, ABŞ kimi sivil bir dövlətin vətəndaşı olsalar da, fərqli dinin daşıyıcıları olduqları üçün başları çox bəlalar çəkib. Soyqırımına məruz qalıblar dəfələrlə. 1979-cu ildə onların dini azadlıqları məhdud çərçivədə tanınıb.  Törənlərə ancaq qızıldərililər buraxılır.

Nədənsə qızıldərililər babalarının nə zamansa bu torpaqlara gəldikləri haqda nəzəriyyəni yaxın buraxmaq istəmirlər. Bildirirlər ki, bu torpaqların əbədi və əzəli sakinləridirlər. Onu da qeyd edirlər ki, qızıldərililərin Amerika qitəsinə gəlmə olması haqqında iddia bir çox hallarda onlara ziyan gətirib. Çünki, əslində özləri yaxın tarixdə gəlib Amerikada məskunlaşanlar onlara “Siz bu torpaqlara gəlməsiniz” deyirlər.

Atı da müqəddəs sayırlar “Atlarımız müqəddəsdir” deyirlər. At və türk. Məncə, bu yerdə əlavə sözə gərək yoxdur. 

“Ailələrimiz möhkəm təməl üzərində qurulur və ailə müqəddəsdir” deyir qızıldərililər. Nə qədər doğma dəyərdir bizim üçün. 

Hə, filmdə ən maraqlı fikri isə dünya görmüş bir nurani qoca söyləyirdi:

 “Ayda bizim qohum-əqrabalarımız var”. 

Bu iddia necə tanış gəlirmi? Türklərin Yer planetinə başqa sivilizasiyadan gəlməsi haqda iddiaları yəqin ki, eşitmisiniz. Hətta Göytürklərin də “göydən gəlmiş türklər”ə bir işarə olduğunu söyləyənlər var. Qızıldərili ağsaqqal isə bir qədər də dəqiqləşdirir: “Ayda bizim qohum-əqrabalarımız var”… 

Aqil Camal

“Türküstan” qəzetinin baş redaktoru


Etiket:
Xəbərlər

Düşmənin məhv edilən döyüş texnikasının siyahısı 

01.10.2020

Aktyor olmaq istəyən Milli Qəhrəman: Şəhid olanda çantasından “Hophopnamə” çıxıb - FOTO

28.09.2020

Küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü… - Azərbaycanlı rejissorun həyat HEKAYƏTİ+FOTO

26.09.2020

"Arsak Qarabağla əvəzləndi, sirr deyil ki..." - Tarixçi faktları açıqladı

21.09.2020

Sosial şəbəkələrdə məşhurlaşan qazaxlı uşaq diviziyaya aparıldı - FOTOLAR

20.09.2020

Qədim türklərdə dövlət məclisləri

20.09.2020

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərini saxta yollarla necə erməniləşdirir? - TARİXİ FAKTLAR

19.09.2020

Dünyanın bu yerlərinə milyarderlər belə gedə bilmir - Fotolar

16.09.2020

Ölüm ilgəyi

15.09.2020

Qafqaz İslam Ordusunun Bakı Zəfərindən 102 il ötür. l hissə

14.09.2020

"Türklər yeganə etnosdular, hər şeyi qanla həll ediblər, amma qansız deyillər" - 25 dildə danışan poliqlotumuz.

11.09.2020

Quba xanlığının 6-cı xanı Fətəli xan Hüseynəli xan oğlu, Roma Papası və illüminatlar.

09.09.2020

Azərbaycan - Rusiya münasibətlərinin bəzi təfərrüatları - TƏHLİL

06.09.2020

İş adamı Mətanət Süleymanzadə təltif edildi - FOTO

04.09.2020

DGTYB “Dilimiz varlığımızdır” adlı elmi-publisistik məqalələrdən ibarət kitab çap edib

03.09.2020

Hincaq erməni gizli təşkilatı 2-ci hissə

02.09.2020

Qubadlı rayonunun işğalından 27 il ötdü

31.08.2020

30 avqust – Türkiyənin Zəfər bayramı

30.08.2020

Bu gün Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür

29.08.2020

Ermənistan Sevr müqaviləsini niyə "diriltmək" istəyir?

28.08.2020

Hincaq erməni gizli təşkilatı 1-ci hissə

26.08.2020

40 dil bilən, 18 aylığında qəzet oxuyan dünya tarixinin ən ağıllı insanının faciəli HƏYAT HEKAYƏSİ - FOTO

26.08.2020

Amerikadakı qohumlarımız – qızıldərililər...

25.08.2020

23 avqust Füzuli və Cəbrayılın işğalı günüdür

23.08.2020

Birinci Respublikanın rəsmi siması - Əlimərdan bəy Topçubaşov

18.08.2020

İrəvan Türk Cümhuriyyəti "Turan" partiyası yaradıldı

12.08.2020

39 il əvvəl Parisdə Türkiyə konsulluğunu zəbt edən terrorçu – Sislyan 1988-də İrəvanda baş nazirlər kimi qarşılanıb.  

11.08.2020

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

09.08.2020

Şərqli kənizin oğlu: Da Vinçinin Azərbaycan kökləri
 

08.08.2020

Ərzurumlu erməni qatil – o, Los-Ancelesdə türk diplomatları aldadıb görüşə çağırıb və... güllələyib.  

07.08.2020

102 ilin xatirəsi: Sanki Nuru Paşa qayıdır...

06.08.2020

Nasistlərə yardım edən Soros: "Mənəviyyatsız insanam" - ETİRAFLAR

04.08.2020

Vətənpərvər alim, Fəal ictimaiyyətçi

03.08.2020

Qərbi Azərbaycan İrəvan Respublikasının DÖVLƏT GERBİ qəbul olundu

03.08.2020

Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra

03.08.2020

1 Avqust - Azərbaycan Əlifbası Günüdür
 

01.08.2020

Qurban bayramının yaranma tarixi və İslamda yayılmasının sosial aspektləri

31.07.2020

Atasını ermənilər öldürdü, qardaşı repressiya olundu, oğlu onu illərlə aldatdı - Gülməkdən ölən böyük aktyorumuz

30.07.2020

QHT həssas qrupları diqqətdən kənarda qoymadı.  

30.07.2020

Hamburqlu bar qızı necə Qdanskda türmə cəlladı oldu... - 22 yaşlı Jenni Barkman minlərlə əsiri məhv edib

29.07.2020

Abbasqulu bəy Şadlinski: Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman

28.07.2020

Jukovun sədaqətli sürücüsü – Buçindən marşal əleyhinə ifadə almaq istəyiblər, verməyib, 5 il həbs cəzası alıb.

25.07.2020

Bu gün Ağdam rayonunun işğalından 27 il ötür.

23.07.2020

Milli Mətbuat - 145 il

22.07.2020

BİZ ERMƏNİLƏRƏ NƏ VAXT QALİB GƏLƏCƏYİK?

20.07.2020

Onların hədəfi yalnız Qarabağ deyil...” – “Food City”dən erməniləri qovan İlham Rəhimov

18.07.2020

Fransız tarixçi: Bu, Paşinyan hökumətinə inamsızlığı dünyaya sübut etdi

17.07.2020

Şəhid İsmayılovla vida mərasimi keçirilir - Fotolar

16.07.2020

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

15.07.2020

Şəhidlərimizin qisası alındı - TƏFƏRRÜATLAR

15.07.2020
Bütün xəbərlər