"Türklər yeganə etnosdular, hər şeyi qanla həll ediblər, amma qansız deyillər" - 25 dildə danışan poliqlotumuz.

11:00 / 11.09.2020
Baxılıb: 888

Goyce.az saytı poliqlot, tərcüməçi, 25 dildə danışan, “20 GÜNƏ İSTƏDİYİN DİL” PROYEKTİNİN MÜƏLLİFİ Emin Qulunun müsahibəsini təqdim edir.

Dillərin kəsişmədiyi nöqtələr hansılardır?

- Bu cümləni yeddi il öncə işlətmişəm. Səbəbi isə odur ki, alimlər dünya dillərinin oxşar və fərqli cəhətlərini axtarıb ümumi qrammatika yaratmaq istəyirdilər. Mən burda yanlışlıq gördüm, öz Praktik universal qrammatikamı düzəltdim. Mənim yaratdığım qrammatika heç bir dilin qrammatikasına oxşamır. O insanın dili bir düşüncə prosesi kimi qavrayışının qrammatikasıdır. Əslində, dillərin oxşar cəhətləri də, fərqli cəhətləri də çoxdur. Önəmli olan o fərqlər deyil, onları  yaradan səbəblərdir. Hər bir dilin qrammatikası min illərlə formalaşır. Həmin uzun illərdə, xalqlar arasında olan münasibət fərqli olduğu üçün, hər qramatikada da fərqlər var. Çünki millətlər dillərini qarşılıqlı, razılıqla formalaşdırmayıblar ki!! Dil toplumda  formalaşır düzdü, amma bu  mənada toplum və onun  dilə təsiri çox mürəkkəb anlayışdır. Biz əsas dillərin özlərinin hansı səbəbdən belə fərqli olmalarını öyrənməliyik.

Dillərin sayını azaltmaq arzunuz olub. Cümləniz ikimənalı səslənir. Hər xalqı yaşadan dildir və bir dilin məhv olması, bir xalqın məhv olması deməkdir.

- Bəli, elədir. İnsan həyatında fərqli dönəmlər yaşayır və təcrübə topladıqca müəyyən yaş dövrünə qədər fikir bildirib, sonradan əvvəl dediyi fikirlə razılaşmaya bilər. Bu arzumu dilə gətirəndə otuz dörd yaşım vardı. Doqquz il bundan əvvəl. İndi elə düşünmürəm. Məqsədim əslində o deyildi. Mən sadəcə dünyada bir ümumi dil yaratmaq istəyərdim. Amma fərqli dillərin hamısının vahid bir dilə gətirilməsi, fərqli düşüncə tərzlərinin öldürülməsi deməkdir. Dil çox böyük silahdır və bir xalqın yaşadığı tarixi əks etdirə biləcək bir güzgüdür. Dillərin məhvi, rəngarəngliyi boğmaq deməkdir. Amma yenə də dünyada yeddi mindən çox dilin 2800 ölüb.

 Dillər niyə ölür?

- Səbəblər müxtəlifdir! Siyasi, sosial, iqtisadi və sairə. Hər il deməzdim, hər həftə dünyada on dörd dil ölür. Get-gedə əhalinin sayı azalır və dil məhv olur. Elə dil var ki, o dildə cəmi üç yüz əlli adam danışır. Əslində, bir dili üç yüz, beş yüz adam danışırsa, o dil artıq ölü dil sayılır. Bu nisbi anlayışdı. O toplumda  ki, ölüm sayı doğum sayından çoxdur, dilin məhv olmaq ehtimalı böyükdür.

Dünyada vacib olan neçə dil var?

- Vacid demək özü bir az mübaisəli məsələdir. Orta hesabla 80-90 dil var ki, bu gün bir sıra səbəblərə görə ən mühüm dil sayıla bilərlər. Bir dili ən azı otuz milyon adam danışırsa, artıq o dil vacib dildir. Elə dil var ki, cəmi üç min adam danışır, amma dil işləkdir.
 
Akkat, Kopt və bir çox qədim dillər var. O dilləri öyrənmisiz, yaxud öyrənməyə cəhd eləmisiz?

- Mən qədim dilləri öyrənmək məsələsinə, onun öyrənilmə prinsiplərinə bir az fərqli yanaşıram. Səbəb budur ki, o dillərin tələffüzünü bugün yazırlar, guya qədim kopt dilində sözlər belə səslənirdi. Bu bir az mücərrəd məsələdir. Düzdür, o ərazidə yaşayan tayfaların dilində beş-altı qədim söz tapa bilsən, təqribən başa düşmək olar ki, onların sait-samit sistemində səslərin tələffüzü necəydi və onunla əlaqədar olaraq qədim dillərin necə səsləndiyini təqribən bilmək olar. Amma heç kim dəqiq səslənməsini deyə bilməz. Həm də ölü dil artıq ölü dildir. Əgər yazılı abidəsi bizə məlum olan əlifba və səs düzülüşüylə deyilsə, heroqlif və ya simvollarla yazılıbsa, biz onun necə səslənməsini bilə bilərikmi? İkincisi, mən özüm keçmişdən qalan artifaktlara, dillərə, yazılmış kitablara, abidələrə bir az barmaqarası baxıram. Çünki əmin deyiləm, həqiqətən Misir ehramları dörd min bundan əvvəl tikilib, ya yox. Alternativ düşüncəm odur ki, qədim dünya tarixinin yazıldığı kimi  olduğundan əmin deyiləm. Məsələn, Nizami Gəncəvi farsca yazmayıb. Türkcə yazıb! Onun əsərlərinin farscaya çevrilməsi elədə uzaq tarix deyil! Bu təkcə mənim fikrim deyil. Hətta fars alimlərinin də bəziləri belə  düşünürlər! Nizami Gəncəvinin Misirdə tapılan türkcə şeirlərini oxumuşam.

Hal-hazırda Azərbaycanda sizdən çox dil bilən var?

- Dünyada var, Azərbaycanda deyə bilmərəm. Dil barədə bir məsələ də var. Üzərində işlədiyim 125 dil var. Onların birinin tam başlanğıcındayam, birinin ortasında, birinin sonundayam. Hər hansı dili rahat danışıram deməyin özü də mücərrəd anlayışdır. Məsələn, tutuaq ki, iki çinli danışır, mən başa düşürəm onları. Amma mən çincə danışanda, dilim topuq vurur. Amma mən çin dilini bildiyim 25 dilin arasında görmürəm. Kazak dilində mahnılar dinləyirəm, kinolara baxıram, başa düşürəm, danışa bilmədiyim üçün deyə bilmərəm kazak dilini bilirəm. Yapon dilinin qrammatikasından dərs keçə bilərəm, amma bildiyim dillərin arasında saymıram. Qısası, müntəzəm olaraq 125 dildir ki, üzümüzə gələn üç il ərzində bilmək istəyirəm. Çox dil bilən insana digər dilləri bilməyi vacib deyil.

Əlavə dil bilmək insana nə üçün lazımdır?

- Əlavə dil öncəliklə ünsiyyət qurmaq üçün lazımdır. İkincisi, elmi işlə məşğul olmaq üçündür. Misal üçün, mən rus və ingilis dilini bilirəmsə, dünyanın bütün elmi məqalələrini rahat oxuya bilərəm. Mən yapon dilində Eynşteyni oxumağı neynirəm? Yapon dilində küçədə özümü ifadə edə bilirəmsə, mənə kifayətdi. İspan və İtalyan dilinə marağım müxtəlif səbəblərdən lazım olduğu üçün dərindən öyrənmişəm. Amma deyək ki, bugün hind dilini öyrənmək istəyirəmsə, iki mindən artıq söz öyrənməyimin heç bir əhəmiyyəti yoxdu.
 
Deməli, istənilən dildə iki min söz bilib, ünsiyyət qurmaq kifayətdir?

- Bəli. İstənilən insan öz doğma dilində ömrü boyu uzağı iki mindən artıq söz danışmır. Ondan gerisi isə işlədilməyən, hərdən lazım olan bilikdir. Biz sizinlə bəyaqdan söhbət edirik. Təxminən üç yüz söz işlədərik, ya yox.

Siz həm də yazıçısınız.

- 42 romanım var. Əsas üç janrda yazıram. Belletristika, dedektiv-nəsr və elmi kitablar. Ən böyük işim, beş yüz cilddən ibarət beş sezonluq "DIVARDAKI YAZILAR" romanıdır. Hadisələr İstanbulda cərayan edir. İdeya, bir  il öncə İstanbuıda dənizin kənarında olanda, ağlıma gəlib və 30 bölümünü 1 aya yazmışam, yəni günə bir bölüm. Hər bölümü 50 səhifədir (kitab olaraq 120 səhifə). Durmadan yazırdım. On gün yatmayıb yazdığım gün olub. Günə bir saat sadəcə dincəlirdim. Sonra məni xəstəxanaya aparıblar. Oturmaqdan ayaqlarım şişmişdi. Tarixi, sosial və siyasi bir əsərdir.  Aya Sofya və İstanbulun fəthindən söhbət gedir, amma hadisələr müasir dövrdə baş verib. İkinci sezon, İsmət İnönü dövründə 146 Azərbaycan aydının qətliamıyla başlayır. Kitabın əsas qəhrəmanı anası türkiyəli, atası azərbaycanlı olan, amma atasıyla yaşayan Araz adlı oğlandır. Beş sezonda 200 dən artıq əsas personaj var. Roman yerin altında əcaib və mistik çalarlı bir insanın törətdikləri hadisələrdən  danışır. Əsas ideya “İşıq və qaranlq”-dır. Yəni həyatın işıqda bir cür, kölgədə başqa cür olmasıdır.
Səmimiliyimə inanın, özüm yazdığım üçün demirəm, amma bu roman oxuya biləcəyiniz ən mürəkkəb detallarla və onların təsfiri ilə dolu bir romandır. Oxuyandan sonra biləcəksiz. Bu kitabı yazmaq üçün yeni ədəbi janr düşünməli oldum. Düşündüm ki, bu adi ədəbi janr olmamalıdır. Janrın adını “REALITY-BOOK” qoydum.

Digər ədəbi janrlardan fərqi nədir?

Mən istəyirdim, elə bir əsər yaradım ki, orda insanlar əsəri mənlə birlikdə yazsınlar. Elə bir şərait yaradacam ki, kitabın on bölümünü oxuyan insan, sosial şəbəkə vasitəsiylə özündən bir personaj artırıb romanın ardını yaza bilsin. Yazdığı personaj romana uyğun gəlsə, həmin insanı yaratdığı personajla kitaba salacam. Bu ədəbi cərəyanı yaratmaqda məqsədim odur ki, insanlar bir yerdə danışsınlar. Bu ideyanı tərənnüm edən  başqa bir romanım var, lakin "DIVARDAKI YAZILAR",  “REALITY-BOOK” janrını verdi  mənə. Söhbət "Dünya evimdir" əsəridir. Əsərin qəhrəmanı 192 ölkəni piyada gəzən “yolçudur”. O hansı ölkəyə keçirsə, kitabın o hissəsini həmin ölkənin danışdığı dildə yazmışam. Kitab əlyazma variantında çap olunacaq. Əslində, kitabın adını "BƏŞƏRIYYƏTIN SƏFİRİ" qoymaq istəyirdim. Sözün açığı, çox dil öyrənməyimin səbəbi dünyadakı bütün insanları bir-bir tanımaq idi. Düzdür, mümkünsüz, nağılabənzər arzuydu, uşaq ideyası idi. Təsəvvür edirsən, dünyada bütün insanları bir-bir tanıyırsan.
 
Buna insanın ömrü çatmaz. Kitabınızı nə zaman oxuya bilərik?   

- Oktyabrdan artıq ilk sezonu çapa vermək fikrim var. Üç hadisə Bakıda baş verir. Azərbaycan dilində yazılıb. Türkiyəlilər o hissələri  bizim şivədə oxumalı olacaqlar.
 
Dil öyrənmək maraqlıdır, yoxsa kitab yazmaq?

- Mən dünyada kitab yazmaqdan əlavə maraqlı ikinci iş tanımıram. Bunu hər insan başa düşməz. Normal insan formatı deyil. Alimlər araşdırıblar ki, normal insan heç nə bacarmayan, çox bəsit işlərlə məşğul olan insanlardır. Digər insanlar ifratdadır. Mən başa düşürəm ki, ifratı da ötüb keçmişəm.

Yenə də dünyanın bir dildə danışmağını istəyirsiz?

- Daha istəmirəm. Bütün mədəniyyətlər yaşasın! Amma bütün bunların fonunda mən milliyətçiyəm. Dünyanı Türk dünyası görmək istəyirəm. Dünyada türklər yeganə etnosdurlar, hər şeyi qanla həll ediblər, amma qansız deyillər.

Möhtəşəm cümlədir.

- Həqiqət budur. Türklə düşmənçilik edən millətlər türklər qədər qan tökməyiblər, amma çoxları soyuqqanlı və qansızdırlar. İmperiyalar qurmuş yeganə millət kimi heç bir millətə öz dilini yeritməyib. Dünya bir gün tamamilə duracaq! Həmən gün türklər gələcək!!  

Çox dil bilən, çox öyrənən insanların rahatlığı olmur. Sizin narahatçılığınız nədir?

- Mənim yatmaq problemim var. Yatmamışdan əvvəl özümü fiziki olaraq çox yoruram. Sutkanın on dörd saatı daim hərəkətdəyəm. Özümdən asılı deyil.
 
Mahnılar bəstələyirsiz. Hansı dildə bəstələyib oxumaq daha rahatdır?

- Daha rahatdır anlayışı düz deyil. Bir sıra dillərdə yaza bilərəm. Əgər öz ölkəndə məşhur olmaq istəyirsənsə, öz dilində oxumalısan. Dünyada məşhur olmaq istəyirsənsə, ingilis dilində yazıb oxumalısan. Yaxınlarda çıxacaq iki ROCK albomumun ikisi də ingilis dilindədir. İki fərqli xarakter yaratmışam. Əslində bunu "QARANLIĞIN SƏSLƏRİ" adlı qorxulu film ssenarim var. Albomdakı musiqiləri ssenariyə uyğun yazmışam. Orda iki fərqli rock ifaçıdan söhbət gedir. Biri ölüb, o biri onun təsirinə düşüb yeni musiqi janrı yaratmağa çalışan uğursuz bir insandır. Uğursuz adamın musiqisini tamam fərqli səslə oxumuşam. İki musiqini dinləyən dinləyici musiqiləri eyni adamın ifa edəcəyini bilməyəcək. O filmin ssenarisi üçün dörd musiqi aləti düzəltmişəm.

Özünüzü həm də rejissor kimi sınamısız. "Dönərçi" adında ilk filminiz də qorxu filmidir. Adı tamaşaçını çaşdırır. İlk baxışdan elə bilirsən komediyadır.

Belə deyək, adı satiradır. Film artıq dörd dilə tərcümə olunub. Rus, ərəb, türkiyə türkcəsinə dublaj olunub, orijinal isə azərbaycan dilindədir. İngilis dilinə də dublaj edəcəm, az qalıb. Bu  mistika deyil, amma isterdim mistik olsun! Mistikani çox sevirem, ikinci film  mistik qorxu filmidir.
 
Mistikaya bu qədər maraq hardandır?

Mistika uşaqlıqdan məni  cəlb edib. Ezoterikaya marağım böyükdür. Kinoda  mistik  janra  gələndə isə belə  deyim. Yaradıcılıq üçün  çox imkan olur - mistikada!! Kinomatoqrafiyanı yaradıcılıq baxımından fərqli rejissorların dünyagörüşünə görə bir neçə katakoriyaya bölmək olar. Elə rejissorlar var, deyir ki, ssenarim super olmalıdır, film pis çəkilsə də olar. Mən elə kinonu qəbul eləmirəm. Mən düşünürəm ki, kino birinci estetikadır, sonra mahiyyətdir. Adamlarsa deyir, kino birinci mahiyyət, sonra estetikadır. Qətiyyən elə deyil. Mənə roman maraqlıdırsa, kitabını oxuyaram, kino nəyimə lazımdır? Amma kino göz oxşamalıdır. Axşam kinoya baxanda birinci onun büdcəsinə baxıram. Büdcəsi iki milyondan aşağıdırsa, istəyir dünyanın ən maraqlı kinosu olsun, baxmıram. Kinonun hər kadrı göz oxşamalıdır. Kinonun hər stop kadrı rəssam əsəri olmalıdır, rəssamın tablosuna bənzəməlidir. Bunu həmişə deyirəm. Filmdə mənim üçün həyatda  olmayan şeylər  maraqlıdır. Mən mistikanı daha çox sevirəm. Görünməyən tərəflərə meyilliliyim uşaqlıqdan var. Birdə tarixi filmləri sevirəm. Ən böyük arzum Şah İsmayıl Xətai və Əmir Teymur haqqında tarixi fllm çəkməkdir.
 
Filminiz uğurlu alınsa, hər şeyi atıb yalnız rejissorluqla məşğul olacaqsız?

Mən heç vaxt heç nəyi atmıram. Xobbi anlayışını da sevmirəm. Məşğul olduğum hər bir iş sevdiyim işdir və hər birinə diqqət ayırıram. 2008-ci ildən bu ilə qədər yazdığım "SIMASIZ BÜT" romanım var. Bitirməyimə bir-iki səhifə qalıb. Ömür boyu bizə öyrədiblər ki, insanın bir məsləyi olar və özünü o məsləyə həsr edər, qurban edər. İnsan məsləkləri özünə qurban edər, özünü qurban etməz.
Kitabın mahiyyəti budur ki, baş qəhrəman Nizami Gəncəvinin ruhuyla görüşür, Nizami sual verir ki, nəylə məşğulsan? Cavab verir ki, hər şeylə. Deyir, olmur axı elə, həyat bir dənədir. Cavab verir ki, mən məşğul olmaq istədiyim və sevdiyim bütün sahələri bir gündə xəyalımda yaşıyıram. Bir günün içində bir ömürə bərabər bir hadisə yaşayır. Nizami Gəncəviylə sonunda epiloqda da görüşürlər. Ümumiyyətlə, yaşadığım dünyanı tamamilə tanımaq istəyərəm. Kim istəyər ki, yüz otaqlı evi olsun, onun ancaq iki otağını tanısın?
Bu  söhbətlər danışmaqla  birməyəcək!

Söhbətləşdi: Şəfaqət Cavanşir

GOYCE.AZ


Etiket:
Xəbərlər

Düşmənin məhv edilən döyüş texnikasının siyahısı 

01.10.2020

Aktyor olmaq istəyən Milli Qəhrəman: Şəhid olanda çantasından “Hophopnamə” çıxıb - FOTO

28.09.2020

Küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü… - Azərbaycanlı rejissorun həyat HEKAYƏTİ+FOTO

26.09.2020

"Arsak Qarabağla əvəzləndi, sirr deyil ki..." - Tarixçi faktları açıqladı

21.09.2020

Sosial şəbəkələrdə məşhurlaşan qazaxlı uşaq diviziyaya aparıldı - FOTOLAR

20.09.2020

Qədim türklərdə dövlət məclisləri

20.09.2020

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərini saxta yollarla necə erməniləşdirir? - TARİXİ FAKTLAR

19.09.2020

Dünyanın bu yerlərinə milyarderlər belə gedə bilmir - Fotolar

16.09.2020

Ölüm ilgəyi

15.09.2020

Qafqaz İslam Ordusunun Bakı Zəfərindən 102 il ötür. l hissə

14.09.2020

"Türklər yeganə etnosdular, hər şeyi qanla həll ediblər, amma qansız deyillər" - 25 dildə danışan poliqlotumuz.

11.09.2020

Quba xanlığının 6-cı xanı Fətəli xan Hüseynəli xan oğlu, Roma Papası və illüminatlar.

09.09.2020

Azərbaycan - Rusiya münasibətlərinin bəzi təfərrüatları - TƏHLİL

06.09.2020

İş adamı Mətanət Süleymanzadə təltif edildi - FOTO

04.09.2020

DGTYB “Dilimiz varlığımızdır” adlı elmi-publisistik məqalələrdən ibarət kitab çap edib

03.09.2020

Hincaq erməni gizli təşkilatı 2-ci hissə

02.09.2020

Qubadlı rayonunun işğalından 27 il ötdü

31.08.2020

30 avqust – Türkiyənin Zəfər bayramı

30.08.2020

Bu gün Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür

29.08.2020

Ermənistan Sevr müqaviləsini niyə "diriltmək" istəyir?

28.08.2020

Hincaq erməni gizli təşkilatı 1-ci hissə

26.08.2020

40 dil bilən, 18 aylığında qəzet oxuyan dünya tarixinin ən ağıllı insanının faciəli HƏYAT HEKAYƏSİ - FOTO

26.08.2020

Amerikadakı qohumlarımız – qızıldərililər...

25.08.2020

23 avqust Füzuli və Cəbrayılın işğalı günüdür

23.08.2020

Birinci Respublikanın rəsmi siması - Əlimərdan bəy Topçubaşov

18.08.2020

İrəvan Türk Cümhuriyyəti "Turan" partiyası yaradıldı

12.08.2020

39 il əvvəl Parisdə Türkiyə konsulluğunu zəbt edən terrorçu – Sislyan 1988-də İrəvanda baş nazirlər kimi qarşılanıb.  

11.08.2020

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

09.08.2020

Şərqli kənizin oğlu: Da Vinçinin Azərbaycan kökləri
 

08.08.2020

Ərzurumlu erməni qatil – o, Los-Ancelesdə türk diplomatları aldadıb görüşə çağırıb və... güllələyib.  

07.08.2020

102 ilin xatirəsi: Sanki Nuru Paşa qayıdır...

06.08.2020

Nasistlərə yardım edən Soros: "Mənəviyyatsız insanam" - ETİRAFLAR

04.08.2020

Vətənpərvər alim, Fəal ictimaiyyətçi

03.08.2020

Qərbi Azərbaycan İrəvan Respublikasının DÖVLƏT GERBİ qəbul olundu

03.08.2020

Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra

03.08.2020

1 Avqust - Azərbaycan Əlifbası Günüdür
 

01.08.2020

Qurban bayramının yaranma tarixi və İslamda yayılmasının sosial aspektləri

31.07.2020

Atasını ermənilər öldürdü, qardaşı repressiya olundu, oğlu onu illərlə aldatdı - Gülməkdən ölən böyük aktyorumuz

30.07.2020

QHT həssas qrupları diqqətdən kənarda qoymadı.  

30.07.2020

Hamburqlu bar qızı necə Qdanskda türmə cəlladı oldu... - 22 yaşlı Jenni Barkman minlərlə əsiri məhv edib

29.07.2020

Abbasqulu bəy Şadlinski: Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman

28.07.2020

Jukovun sədaqətli sürücüsü – Buçindən marşal əleyhinə ifadə almaq istəyiblər, verməyib, 5 il həbs cəzası alıb.

25.07.2020

Bu gün Ağdam rayonunun işğalından 27 il ötür.

23.07.2020

Milli Mətbuat - 145 il

22.07.2020

BİZ ERMƏNİLƏRƏ NƏ VAXT QALİB GƏLƏCƏYİK?

20.07.2020

Onların hədəfi yalnız Qarabağ deyil...” – “Food City”dən erməniləri qovan İlham Rəhimov

18.07.2020

Fransız tarixçi: Bu, Paşinyan hökumətinə inamsızlığı dünyaya sübut etdi

17.07.2020

Şəhid İsmayılovla vida mərasimi keçirilir - Fotolar

16.07.2020

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

15.07.2020

Şəhidlərimizin qisası alındı - TƏFƏRRÜATLAR

15.07.2020
Bütün xəbərlər