Ordumuz Qarabağın cənubunda sürətlə irəliləyir

17:18 / 23.10.2020
Baxılıb: 342

Ordumuz Qarabağın cənubunda sürətlə irəliləyir və yaşayış məntəqələrini düşmən tapdağından azad etməyə davam edir. Artıq Azərbaycan-İran sərhədi tam nəzarətimizdədir və əsgərlərimiz Ermənistanla sərhədə çıxıblar.

Bəs şimalda, Ağdərə-Murov istiqamətdə vəziyyət necədir?

Ermənistan Fövqəladə Hallar Nazirliyinin Zod-Kəlbəcər (M-11) və Sisian-Laçın (M-12) yollarından istifadəni mülki vətəndaşlar üçün bağlaması əslində hərbi əməliyyatların operativ teatrının həmin bölgələrdəki vəziyyətindən xəbər verir.

Murovdağın ordumuzun nəzarətində olması həmin yüksəkliyin cənub yamacındakı serpantin yola tam nəzarətlə yanaşı, Qamışlı, Sardaş və Lev yaşayış məntəqələri istiqamətində Ermənistan Müdafiə Nazirliyinin dislokasiya edilmiş hərbi birliklərini kontrolda saxlamağa imkan verir.

Vəng-Sınıqkilsə-Çaykənd istimaqəti düşmənin strateji müdafiə xətti olmaqla yanaşı, stansionar postlar, müdafiə istehkamları və möhkəmləndirilmiş komanda-müşahidə məntəqələrindən ibarət marşrutlaşdırılmış zolaqdır. Həmin istiqamətdə düşmən eşelonlanmış müdafiə sistemi qurub.

Dağlıq Qarabağ erməniləri üçün müstəsna strateji əhəmiyyət daşıyan M11 yolunun Ermənistanın Azat yaşayış məntəqəsi ilə Vəng-Most-Yuxarı Orataq- Yayıcı-Heyvalı istiqaməti ilə Qarabağın şimalının nəqliyyat-kommunikasiya infrastrukturun "bel sütunu"nu təşkil etdiyini nəzərə alsaq, düşmən bu istiqamətdə asanlıqla geri çəkilən deyil.

Ağdərə istiqamətinə gəldikdə isə, Suqovuşan təki müstəsma strateji əhəmiyyət daşıyan yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra növbəti yön Tonaşen və Çardaqlı kəndləridir.

Həmin kəndlərdə Ermənistan Müdafiə Nazirliyi qarabağlı ermənilərlə birlikdə Müdafiə Rayonu yaratmışdı.

Orada hava hücumundan müdafiə qurğuları, uzaqvuran artilleriya, reaktiv yaylım atəşi sistemləri və ən başlıcası, tank əleyhinə raket qurğuları az deyil.

Tonaşen, Çardaqlı və Kiçik Qarabəy kəndlərinin mövqeyi elədir ki, düşmən hakim yüksəkliklərdədir.

Kiçik Qarabəy düşməndən azad olunarsa, qərb istiqamətdən Ağdərəyə yol açılır və həmin yol kiçik Ağabəyyallı kəndindən keçir.

Kənd isə Xaçatur Abovyan küçəsi ilə Ağdərəyə girişi təmin edir.

Ağdərənin şimal, şimal-şərq, şərq və şərqi-cənub istiqamətdən 6 zolaqdan ibarət müdafiə sisteminə malik olduğunu nəzərə alsaq, qərbdən bu şəhərə girişi təmin edən Suqovuşanın strateji önəmi bir daha aydın olur.

Hazırda Ağdərə üç tərəfdən mühasirədədir və düşmənin bu şəhərdəki əlahiddə Müdafiə Rayonu ordumuza müqavimət göstərməyə çalışır.

Suqovuşan-Tonaşen-Umudlu-Zəylik istiqamətinin bilavasitə Sərsəng su anbarına çıxışı təmin etdiyini nəzərə alsaq, həmin yöndə hücum əməliyyatlarıın aparılması önəmlidir.

Lakin asan deyil, çünki bütün hallarda irəliləyən qüvvələr ya Çardaqlı istiqamətinə yönələrək hakim yüksəkliklərin nisbi uzaqlığından keçməli, ya da tam əksinə, yüksəlikləri ələ keçirərək düşmənin canlı qüvvəsini və ələlxüsus da artilleriya batareyalarını məhv etməlidir.

Umudlunun işğaldan azad edilməsi isə Zəylik-Həsənriz istiqamətinə yolu açır.

Hazırda Qarabağın şimalında ağır döyüşlər gedir və düşmənin müdafiə sistemi dağıdılır.

Sistemdə iri mövqe dəlikləri yaradılır, ordumuzun canlı qüvvəni qoruyaraq irəliləməsinin təminatı üçün düşmənin haldan salınaraq zəiflədilməsi, sonra isə geri çəkilməyə vadar edilməsi taktikası tətbiq olunur.

Şimalda tələsmək olmaz, çünki cənubdan fərqli olaraq, dağlıq ərazidir.

Burada addım-addım irəli getmək gərəkdir...

Qarabağın cənubunda ermənilərin təqribən 6500 nəfərlik qruplaşmasının mühasirəyə düşməsini, Fizuli və Cəbrayıl istiqamətində, habelə Zəngilanda ermənilərin əks-hücuma keçmək niyyətinin puç olması da düşmənə ağır zərbə oldu.

Ermənilər 18,4 km geri çəkilərək ordumuzu «kisə»yə salmağa çalışsalar da, bu primitiv fəndi hərbçilərimiz anladılar və düşmənin özünü tələyə saldılar.

Beləliklə, Mincivan-Ağbənd azad olunmaqla yanaşı, Qubadlıdakı düşmən korpusunun məhvi artıq sona çatmaqdadır.

Düşmən cənubda Laçına doğru geri çəkilməkdədirsə, şimal istiqamətdə də analoji durumdur.

Cənubdan və şimaldan dağıdıcı zərbələr alan düşmənin Xocavənddən geri çəkilməklə özünü tam məhvdən qorumaq üçün isterik, tələsik qərar verəcəyi də istisna deyil.

Günün əsas nəticəsi budur: düşmən strateji, texniki və taktiki baxımdan Ordumuza tam məğlub olur.

Bu, artıq faktdır.

Elçin Alıoğlu

 


Etiket:
Xəbərlər

İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü - FOTO

25.11.2020

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub - RƏSMİ

25.11.2020

Azərbaycan ordusu Kəlbəcərə yola düşüb 
 

24.11.2020

Şuşaya çəkilən yoldan fotolar

24.11.2020

Ermənistan Əsgəran qalasının görkəminə ciddi zərər vurub
 

24.11.2020

Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.

24.11.2020

Polkovnik leytenant Rasim İbrahimov

24.11.2020

“Heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır”- Prezident İlham Əliyev

21.11.2020

Ermənilərin dağıtdığı 3 əsrlik abidəmiz - Qarğabazar məscidi

20.11.2020

Azərbaycan ordusu Ağdam rayonuna daxil olub - RƏSMİ
 

20.11.2020

Gülşən Qurbanovanın ölümündən 14 il ötür - Fotolar

17.11.2020

Oğluna velosiped almağı şəxsi heyətdən xahiş edən şəhid Ülvi Hüseynovun hekayəti   

17.11.2020

Bu gün Milli Dirçəliş Günüdür

17.11.2020

“Noyabrın 16-sı həyatımda xüsusi tarix kimi qalacaq” - Prezident

17.11.2020

"Azərbaycan 28 ildən sonra 44 günə torpaqlarını azad etdi"

16.11.2020

Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin cəsur zabiti...
 

16.11.2020

Göyçəni, Zəngəzuru azad etsəydik belə,onlar yenə hakimiyyəti tənqid edəcəkdilər”  

14.11.2020

Dağıdılan abidələrlə bağlı vətəndaşlara müraciət

13.11.2020

Ermənistan 28 abidəni tamamilə dağıdıb - Fotolar

13.11.2020

Hikmət Hacıyev Polad Bülbüloğlunu açıqlamasına görə tənqid etdi

13.11.2020

Xalq artistinin oğlu Şuşa döyüşlərində şəhid olub

13.11.2020

Əsgərimizin hamını kövrəldən mesaji - Fotolar

13.11.2020

“Qarabağda Azərbaycan qanunları icra ediləcək” - Məhərrəm Əliyev

12.11.2020

Azərbaycanda Konstitusiya Günüdür

12.11.2020

Qarabağ müharibəsi bitdi: Anlaşmanın şərtləri bizə nə vəd edir? - BİZİM ŞƏRH

10.11.2020

İlham Əliyev və Vladimir Putin imzalanmış sənədin mətnini açıqlayıb

10.11.2020

“Biz alçaltmışıq onu, əcəb də etmişik” - Prezident

10.11.2020

Paşinyan İlham Əliyevə təslim olduğunu açıqladı

10.11.2020

Atəşkəs elan olundu!

10.11.2020

"Övladımın qisası alındı" - Polad Həşimovun anası

09.11.2020

İlham Əliyev: " Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim"

09.11.2020

Azərbaycanda Dövlət Bayrağı günüdür

09.11.2020

Mədəniyyət Nazirliyi Qubadlıdakı məscidlə bağlı bəyanat yaydı

07.11.2020

Xocalı soyqırımından bəhs edən film "Amazon Prime"da yerləşdirilib

06.11.2020

Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistana aparılıb

04.11.2020

Qalib Xalqın qalib Sərkərdəsi: İlham Əliyev
 

04.11.2020

İşğaldan azad edilmiş şəhər və kəndlərin sayı 200-ü keçdi - Siyahı

04.11.2020

Qarabağda bədnam erməni layihəsi: Tələbə və məktəbliləri... - Faktlar
 

04.11.2020

Fikrət Yusifov: “Mehrinin geri qaytarılması üçün əsaslar kifayət qədərdir”

04.11.2020

Cəbrayıl və Qubadlıdan reportaj - Fotolar

03.11.2020

Bu kəndlər də düşməndən azad edildi

02.11.2020

Türk PUA-larının atası - Bayraqdar haqqında maraqlı faktlar+Fotolar

01.11.2020

İstanbulda "Qarabağ Azərbaycandır" aksiyası - Fotolar  

01.11.2020

Ermənistandan Qarabağa 3-cü dəhliz? - Mütləq bombalanmalıdır! (ANALİZ)

31.10.2020

Dedi ki, ş̧əhid olsam, başımın ucalığıdır” - Arəstə Baxışovanın anası

31.10.2020

İlham Əliyev 38 il əvvəl Şuşada

31.10.2020

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yaydı - Razılaşmanın bəndləri

31.10.2020

Qarabağ azadlığına qovuşana qədər bizə yaşamaq haramdır" - Türkiyəli məşhurlar  

30.10.2020

Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR

30.10.2020

İlham Əliyev Türkiyə xalqını təbrik etdi - FOTO
 

29.10.2020
Bütün xəbərlər