Göyçə mahalı Abbasgölü (Camalgöl) kəndi

12:30 / 29.11.2018

Göyçə gölünün şimal-qərbində, indiki Sevan şəhərindən 12-13 kilometr cənub-şərqdə, indi Geqam sıra dağları adlandırılan Göyəm silsiləsinin şimal başlanğıcının Göyçə gölü səmtində, üç tərəfdən yamaclarla əhatə olunmuş kiçik dağ gölünün ətafındakı xarabalıqları 1988-ci il deportasiyasına qədər qalan bu kənd haqqında ilk rəsmi məlumata Səfəvi-Azərbaycan dövlətinə dair sənədlərdə rast gəlinir.

1555-ci ilə dair yazışmalardan bəlli olur ki, bu kənd Çuxur Səd bəylərbəylinin inzibati bölgüsünə daxil olan digər ətraf kəndlər üçün inzibati mərkəz rolu oynayırmış. 1723-ci ildə Göyçə hövzəsi bütünlüklə osmanlıların nəzarətinə keçdikdən sonra tətbiq edilən inzibati bölgüdə kənd İrəvan əyalətinin Göyçə nahiyəsinin inzibati vahidlərindən biri kimi təsniflənmişdir. 1728-ci il də tərtib olunmuş “İrəvan əyalətinin icmal dəftəri“ nin 12-ci səhifəsindəki qeydlərdə kənd öz əzəli adı ilə - XIX əsrdə kəndin faktiki sahibi olmuş Abbas bəyin ulu babası Camal bəyin şərəfinə “Camalgöl” adı ilə təqdim olunur və onun birbaşa sultan xəzinəsinə illik vergisinin 4,190 ağca həcmində olduğu bildirilir. Erməni mənbələrində isə bu kəndə dair ilk məlumat 1828-ci ilə aiddir. Rusya-İran müharibələri zamanı Abbasgölü dəfələrlə erməni-rus birləşmələrinin hücumuna məruz qalıb dağıdılmış, yeni yaradılmış erməni vilayətinin rəhbərliyi kəndin bərpasına imkan verməmək üçün onun bir inzibati vahid kimi ləğv olunması barədə qərar qəbul etmişdir.

Amma ermənilərin bu məkirli niyyətinə rəğmən XIX əsrin ortalarında kəndin əzəli sahibləri doğma ocaqlarını yenidən bərpa etmişlər və bu tarixi reallıq rəsmi sənədlərdə təsbitlənmişdir. 1897-ci ilə dair rəsmi məlumatlarda Nor-Bayazid qəzasının Kəvər nahiyəsindəki Abbasgölü kəndinin 670 nəfər türk əhalisinin olduğu barədə qeydlər edilmişdir.

1918-ci il qətliamları zamanı isə bu qədim türk obası yer üzündən silinmiş, 1930- ci il sentyabrın 9-da sovet hökumətinin apardığı inzibati bölgü zamanı kəndin ərazisi Kamo rayonunun payına düşmüşdür. Kəndin sağ qalan əhalisinin sonrakı taleyi barədə uzun müddət səhih məlumatlar olmasada, nəhayət zaman özü hər şeyi öz yoluna qoydu. XX əsrin altmışıncı illərində Türkiyənin ünlü ziyalılarından biri - Qarsadan millət vəkili seçilmiş Abbas Göyçə öz ad və soyadının mənşəyi barədə danışmaqla, həm də Abbasgölü kəndinin erməni təqiblərindən yaxa qurtarmağa fürsət əhalisinin sonrakı taleyinə aydınlıq gətirmiş oldu.

Belə ki, millət vəkili öz adının XX əsrin əvvəllərində erməni varvarları tərəfindən didərgin salınmış babalarının doğma kəndi Abbasgölünün şərəfinə, Abbas soyadının isə o kəndin yerləşdiyi Göyçə mahalının şərəfinə Göyçə adlandırıldığını bildirirdi. Və o özəl açıqlamadan məlum olur ki, Abbasgölü sakinlərinin 1918- ci il qırğınlarından sağ çıxmış çox cüzi hissəsi kompakt şəkildə Arpaçayın sahilindəki Meydancıq köyünə köç etmiş, ordan isə Türkiyənin Qars vilayətinin müxtəlif nahiyələrinə səpələnmişlər. 1927-ci ildə Meydancıqda anadan olmuş Abbas Göyçə orta və lisey təhsilini Qarsda, ali təhsilini Ankara Universitetinin hüquq fakültəsində almış, Erçiş və Onyedə məhkəmə hakimi, Daniştayda yardımçı və baş yardımçı vəzifələri tutmuş, Qarsdan millət vəkili seşilmiş, Türkiyə Böyük Millət Məclisində Anayasa komissiyasının üzvü olmuşdur. Hüquq nəzəriyyəsinə dair bir sıra elmi əsərlərin müəllifidir. Türkiyə ictimayyəti Abbas Göyçəni həm də ünlü bir şair kimi tanıyır.

SALMAN VİLAYƏTOĞLU

Təqdim etdi: İLQAR İSMAYILOV


Etiket:
Xəbərlər

Tarixçi Həcər haqqında iddiaları alt-üst etdi: “Onun erməniyə ərə getməsi...”

18.11.2019

ELNUR İRƏVANLI- şeirlər

17.11.2019

Milli Dirçəliş Günü

17.11.2019

Atam getmişdi ki, Səməd Vurğunu Göyçəyə - Aşıq Ələsgərin qəbrini ziyarət etməyə gətirsin - Əhliman Əmiraslanov

16.11.2019

Himnimiz necə tapıldı?

15.11.2019

Mustafa Kamal Atatürk Britaniya kəşfiyyatının hesabatlarında: onun haqqında nə deyilirdi?

14.11.2019

Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut

12.11.2019

Albanların xiristanlığı qəbul etməsi

07.11.2019

Yarımçıq qalmış sevgi və ya sovetlərin üç körpə qıza etdikləri sitəm...

07.11.2019

Ailəsindən küsən, tənha yaşayıb tənha ölən Xalq artisti

06.11.2019

Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar

06.11.2019

Klounların təzim etdiyi, xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz...

05.11.2019

"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR

04.11.2019

Xruşşov dövrünün Qarabağ şəhidi - FOTOLAR

04.11.2019

Dronqo kimdir?

01.11.2019

O, Xalq yazıçısı adından çox nökər olmağına sevinmişdi – Maraqlı faktlar

01.11.2019

Bir taleyin oyununda iki böyük türk – ARAŞDIRMA

31.10.2019

Xaricdə yüksək vəzifə tutan azərbaycanlılar - SİYAHI

30.10.2019

“Mən türkəm, bu qədər” - Nobel mükafatçısının HƏYAT HEKAYƏTİ

30.10.2019

İnterneti rədd etmək mümkündürmü? - Umberto Eko yazır...

29.10.2019

Rus dili

29.10.2019

Üzünə Bəxtiyar Vahabzadənin tüpürdüyü general: – “Özümü xoşbəxt hesab edirəm ki, bu adama əl qaldırmadım”

28.10.2019

Amerikalı ravvin erməniləri ifşa etdi

28.10.2019

Qan gölü, əmirə kəllə hədiyyəsi, yerlə yeksan olan tarix... – III YAZI

28.10.2019

Hitlerin əsgəri, Stalinin məhbusu olan Azərbaycan aşığı

25.10.2019

Hüseyn Cavid əbədiliyi

24.10.2019

Ayaz Arabaçı - şeirlər

24.10.2019

Xalq Yazıçısı Anar bir qrup gənc qələm sahibiylə görüşüb

24.10.2019

Şah Abbas farspərəst idi, yoxsa TÜRKÇÜ?

24.10.2019

Cəlalilər: qanlı üsyan, izi itmiş Koroğlu, öldürülən Dəli Həsən... – Tarixin sandığından

23.10.2019

Aləm Kəngərlinin “Qatarda 18 əhvalat” adlı yeni kitabı çapdan çıxıb

22.10.2019

Hökməli kəndində “Sufi Həmid” qədəmgahları

22.10.2019

 Aşıq Ələsgərin xatirəsi Xaçmaz şəhərində yad edildi.

21.10.2019

“Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir, bu tarixi səhvi düzəltmək lazımdır”- RUSİYADAN ERMƏNİLƏRƏ ÇAĞIRIŞ

21.10.2019

Süleyman Rüstəmin 30 il əvvəlki son müsahibəsi:
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” 

21.10.2019

Ermənilərin gülünc və absurd iddiaları - ŞƏRH

19.10.2019

Müstəqilliyimiz əbədidir.

18.10.2019

İlham Əliyev Zəngəzurun Ermənistana verilməsi barədə danışdı

18.10.2019

Ərəblinski niyə öldürüldü?

17.10.2019

Ermənilər tarixi bu cür SAXTALAŞDIRIB: Əslində isə indiki İrəvan şəhəri...

17.10.2019

İradə Aytel – “Türkəm, kürdəm, talışam, ləzgiyəm, avaram, udinəm…”

16.10.2019

Milli Ordu quruculuğunun ilk hərbi məktəbləri

16.10.2019

Rizvan Talıbov: “1988-1991-ci ilər ərzində Ermənistandan qaçqın düşmüş 500000 (beş yüz min) bu günkü faktiki sayları 1.000000-u (bir milyonu) keçmiş Ermənistan qaçqınlarının məsələsi sülh danışıqlarının predmeti olmalıdır”

15.10.2019

Azərbaycanda çadra əleyhinə hərəkat - Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli

14.10.2019

"Qara bağ": SSRİ dağılmağa nədən başladı

11.10.2019

“Nobel” almış qadınlar

11.10.2019

Uğur böcəyi  

10.10.2019

Qeyrətimiz olarsa, yaxud sonuncu dayaq nöqtəsindən reportaj - FOTOLAR

09.10.2019

Sahilsiz qəlbinin dalğalarını misralara çevirən şair…  ABDULLA FARUQ

09.10.2019

Məşhur azərbaycanlı aktyor və bolşevikin sui-qəsdi ilə öldürülən Həsən bəy Ağayev - “Qürbətin doğma məzarları”

08.10.2019
Bütün xəbərlər