Göyçə mahalı - Abdalağalı (Görücüörən)

14:36 / 17.11.2018
Baxılıb: 1152

Göyçə gölünün cənub –qərbində, indiki Martuni rayonunun Yuxarı Adyaman(Verin Getaşen) kəndi ilə həmsərhəd bir ərazidə yerləşən bu obanın oğuz türkləri tərəfindən binələşdirilməsinin dəqiq tarixinə işarə ola biləcək rəsmi məlumatlar məxəzlərdə əks olunmasa da, kəndin ərazisində 1988-ci il deportasiyasına qədər toxunulmamış qalan və türk memarlığı nümunəsi olduğu heç bir şübhə doğurmayan V-VII əsrlərə aid qala bürclərinin qalıqları, kəndin müasir coğrafi mövqeyindən təxminən 500-600 metr cənubdakı qayalıqlardakı qoç təsvirləri Abdalağalının eramızdan əvvəlki dövrlərə gedib çıxan qədim tarixinə şahidlik edən maddi subutlardır.

Elə kəndin əzəli adının- Görücüörən toponiminin özü də əslində çox mətləblərdən, bu obada xüsusi təlim görmüş sufi dərvişləri ordeninin, yəni gələcəkdə xəbər vermək qüdrəti ilə seçilən insanların, görücülərin olmasından; yaxud da kəndin sufi dərvişlərinin ən ali tituluna, yəni Abdal rütbəsinə layiq görülmüş konkret şəxsə məxsusluğundan xəbər verir. 1723-cü ildə Göyçə hövzəsi bütünlüklə osmanlıların nəzarətinə keçdikdən sonra tətbiq edilən inzibati bölgüyə əsasən Abdalağalı İrəvan əyalətinin Göyçə nahiyəsinin ərazisi kimi təsniflənmişdir. 1728-ci ildə təsdiqlənən və hazırda Türkiyə Respublikasının Başbakanlıq Arxivində saxlanan “İrəvan əyalətinin icmal dəftəri”nin 12-ci səhifəsində kənd əzəli adı ilə, Görücüörən kəndi kimi təqdim olunmuş və onun sultan xəzinəsinə illik vergisinin 5.210 ağça həcmində müəyyənləşdirildiyinə dair qeyd aparılmışdır.

Türk ellərinin istilası zamanı tarixlə bağlı məsələlərə xüsusi diqqət yetirən və onların məhvində xüsusi amansızlıq göstərən ermənilər Abdalağalıya münasibətdə əsl xislətlərini tam çılpaqlığı ilə büruzə vermişlər. 1826-1828-ci il Rusiya-İran müharibələri zamanı Abdalağalı kəndi bir neçə dəfə əldən- ələ keçmiş və hər dəfə də yandırılmışdır. 1828-ci ildə yeni yaradılmış erməni vilayətinin tərkibinə daxil edildikdən sonra isə məhz toponimin özünün aradan qaldırılması, “abdal” kəlməsi kimi qədim bir kəlmədən yaxa qurtarmaq üçün rəsmi sənədlərdə kəndin adı təhrif edilərək “ Əbdülağalı ” kimi yazılmışdır.

İ.Şopenin tərtib etdiyi siyahılara əsasən 1831-ci ildə Abdalağalıda 532 nəfər türk yaşamışdır. Z.Korkodyanın verdiyi məlumatlardan isə görünür ki, Abdalağalı 1904-cu il qədər sırf türk kəndi kimi qalmışdır. 1905-ci ilin qırğınlarından sonra isə kəndə erməni qaçqınların ilk dəstəsi gətirilmişdir. 1918-ci ildə ermənilərin ciddi cəhdlərinə baxmayaraq, kəndi türklərdən tam təmizləmək mümkün olmamış, Abdalağalı 1937-ci ilə qədər qarışıq kəndlərin siyahısında qalmışdır. Amma bu zaman artıq demoqrafiq göstəricilər ermənilərin xeyrinə kəskin sürətdə dəyişmiş, Abdalağalı toponimi isə Ermənistan SSR Xalq Komissarları Soveti Mərkəzi İcraiyyə Komitəsinin 3 yanvar 1935-ci il tarixli qərarı ilə dəyişdirilərək, kənd “Vağaşen” adlandırılmışdır. 1937-ci ildə isə Abdalağalının türksüzləşdirilməsi siyasəti dövlət səviyyəsində həll olundu, kənddə olan 27 türk ailəsi kolxoz qurluşunun əleyhdarı olan xalq düşmənləri qismində Qazaxıstanın Cambul vilayətinə sürgün edildilər.

SALMAN VİLAYƏTOĞLU

Təqdim etdi: İLQAR İSMAYILOV

 


Etiket: Salman
Xəbərlər

"Zorakılığa qarşı zorakılıq Şərdir!"

03.06.2020

Atəşlə doludur küllərim mənim

31.05.2020

İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

30.05.2020

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi

30.05.2020

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI.

28.05.2020

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

28.05.2020

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020

Poçt göyərçinləri məktubu neçə daşıyırdı?

19.05.2020

Laçınsız 28 il

18.05.2020

Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb

16.05.2020

Tanıdığımız və tanımadığımız Vəli Axundov

15.05.2020

Dünya ayağa qalxdı - İrəvan və Zəngəzur Azərbaycana qaytarılacaq - Müqavilə QÜVVƏSİNİ İTİRİB

14.05.2020

"M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadə ilə Qazaxıstanda görüşlərim" - Nəsiman Yaqublu

14.05.2020

İrəvan da daxil olmaqla Arazın hər iki tayının Azərbaycan adlandırlması ilə bağlı daha bir sənəd

13.05.2020

Zərdüştlük dini

12.05.2020

Peyğəmbərlər (ə) haqqında bilmədikləriniz

11.05.2020

QƏRBİ AZƏRBAYCAN (İRƏVAN) RESPUBLİKASI ELAN OLUNDU.

10.05.2020

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

10.05.2020

Göyçə həsrətli veteran - Fotolar

09.05.2020

Faşizm üzərində qələbədə Azərbaycan böyük töhfələr verib

09.05.2020

GÖYÇƏDƏN BAŞLAYIB AMERİKADA BİTƏN YOL        

09.05.2020

Şuşanın ən son görüntüləri - FOTOLAR

08.05.2020

8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür

08.05.2020

1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar

07.05.2020

Tabu - Rəşid Bərgüşadlı

07.05.2020

Mümkünmü ayırsın bizi "İNCİL" İLƏ "QURAN"?

06.05.2020

İrəvan əhalisinin tərkibinin dəyişdirilməsi

05.05.2020

Fərqanə Mehdiyevanın məşhur şeirləri 

03.05.2020

Cümhuriyyəti yıxan adam – ARAŞDIRMA

02.05.2020

BARBAROSDA QƏTL

01.05.2020

Vətənə və xalqa xidmət nümunəsi

01.05.2020

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnməsindən 11 il keçir.

30.04.2020

Zaur Ustac – qələmdar olmaq missiyası

29.04.2020

Vladimir İliç Ulyanov...

29.04.2020

İrəvanda qalmayan xalın sirri: Bir mahnının tarixi-ARAŞDIRMA

28.04.2020

Professor Abuzər Xələfov və Azərbaycan kitabxanaşünaslıq elmi

28.04.2020

Avropanın Türkiyədəki gizli erməni casus şəbəkəsi - Tarixi faktlar

27.04.2020

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

25.04.2020

KQB-nin təklifini rədd edib süpürgəçi işləyən şərqşünas

25.04.2020

Heydər Əliyev Göyçədə – Heç kimin bilmədiyi FAKT - FOTO

24.04.2020

"Azərbaycan bu bəlanı da dəf edəcək” - Ağalar Vəliyev

24.04.2020

Mənim bir dostum var - Aida Eyvazlı  

23.04.2020

Əhliman Əmiraslanov: “Ölkə Prezidenti üçün əhalinin sağlamlığı bir nömrəli prioritet məsələdir” 

23.04.2020
Bütün xəbərlər