HƏRBİ HƏKİMLİYİN KAMİL ZİRVƏSİ

20:05 / 14.02.2019
Baxılıb: 2034

Kamil Əliyevin çoxdan gözaltı elədiyi sevgilisinə nişantaxma mərasiminin keçirilməsi nəzərdə tutulmuşdu. Nişan üzüyü, hətta nişan bəzəyi vurulası quzu Toğana kəndindən alınmışdı. Əfsus ki, Kamilin bu arzusu çin olmadı.

Nacins ermənilərə qarşı savaşın əvvəlində hər cür ağrı və ilkin çətinliklərə dözə-dözə Azərbaycan Ordusunun bünövrəsini qoyan 701 saylı motoatıcı briqadanın 7 tibb işçisi vətən yolunda canını fəda etmişdir. Onlar həmişə var olan, xatirəsi əziz tutulan müqəddəs ruh dünyamızda yaşamaqdadır. Şəhadətə yetişən bu qəhrəman oğullar heç vaxt unudulan deyil. Onlardan ikisi feldşer, biri sanitar, ikisi sanitar sürücü, biri sanitar-təlimatçı, biri isə həkimdir. Bu şəhadətliyin içərisində hərbi həkimliyin Kamil zirvəsindən söz açmaq istəyirəm. Bəli, həqiqi mənada Kamil! Ona pay verilən ömrünü yurduna, xalqına bəxş edən bir igid... Daim könlü açıq, yolu açıq olmuş bir vətənoğlu... 


Fərqli döyüş yolu keçən, hərbi həkim olsa da, zəruri hallarda əlinə silah alaraq düşmənlə qabaq-qənşər vuruşan və hərb tariximizə adını şərəflə yazan Kamil Qamat oğlu Əliyev yüksək sayğılı müqəddəs ömür qazanan şəhidlərimizdən biridir.
Gənc istedadlı hərbi həkim Kamil Əliyev min bir sifətə girən erməni əməlbazlığının təsirindən nə qədər acı günlər yaşasa da, heç vaxt taleyindən şikayət etməzdi. Qərbi Azərbaycan torpağının ona bəxş etdiyi məğruranə hərəkətləri ilə vətənsevərlərin qəlbinə tez yol tapırdı. Bütün varlığı ilə bağlandığı doğma yurdunu – hazırda murdar daşnak nəfəsi içində boğulan Göyçə mahalının Toxluca kəndini yadından çıxara bilmirdi. Vətən söhbəti, yurd təəssübkeşliyi önə çəkilən yerdə onun əməlpərvərliyi hər kəsi heyran edirdi. Səngər həyatına da təsadüfən qovuşmamışdı. Hərbi çağırış məntəqəsində onun hərbi xidmətə göndərilməsinə razılıq verilməmişdi. Çünki ümumi fiziki vəziyyəti qənaətbəxş olsa da, gözləri çox zəif görürdü. Bir həftəlik get-gəldən sonra yalnız hərbi həkimliyi və hədsiz vətənpərvər münasibəti nəzərə alınaraq arxa cəbhədə xidmət etmək məqsədilə Kamilin göndəriş sənədləri imzalanmışdı.


Qürur doğuran səngər həyatında xoş xatirə və ümidlərlə xidmət etməyi sevən Kamil Əliyev qarşıya qoyulan təcili tibbi tapşırıqları yerinə yetirmək, yaralı döyüşçüləri güllə yağışı altında ölümün ağzından almaq üçün təhlükəli hallarla üz-üzə gəlsə də, bu xüsusi cəsarət və mərdlik tələb edən əməllərindən mənəvi zövq alırdı. Ağır vəziyyətə düşən yaralı döyüşçülərimizə müntəzəm qan verirdi. Təxliyə işlərində həmişə can atırdı ki, birinci olsun. Bu az imiş kimi ona ağır hərbi əməliyyatlardan sonra müəyyən sakit günlərdə komandanlıq tərəfindən məhdud dincəlmə dəqiqələri ayrılsa da, Kamil həkim yenə boş dayanmır, bütün vaxtını zəruri xidməti işlərin icrasına sərf edirdi. Gözlərinin zəif görməsinə baxmayaraq tükənməz fiziki enerjisi vətənçilik istəyindən doğan ağrı və əziyyətlərlə həmahəng gəlirdi. Savaş fədakarlığı ideal arzularının gerçəkləşməsi yolunda ən dəyərli vasitə sayılırdı. Görmə çətinliklərinə görə ön xəttə getməyini rəva görməyənlər belə məsul məqamlarda şərtsiz olaraq Kamil həkimlə razılaşırdılar. 
Toğana kəndi... Göygöl rayonunun bu dağ vüqarlı kəndi çox möhtəşəm qaya-səngərləri ilə döyüşçülərimizin mübarizliyini qranitləşdirən Murovdağın sıldırımlı qoynunda erməni işğalçılarına qarşı gedən qarlı-çovğunlu vuruşmalar barədə çox məlumatlıdır. Burada yerləşən 701 saylı hərbi hissənin hərbi səhra hospitalının fəaliyyəti kəndin tarixi yaddaşında daha çox yer tutur. Bütün fəsillərdə tükənməz mənbəyini Murovdağın zirvələrində sızqa-sızqa qaynayan durna gözlü bulaqlardan götürən Kürəkçay hospitalın yanından axıb-keçir. Çayın gecəli-gündüzlü kəsilməyən şırıltısı, ətraf meşədən qopan quşların şaqraq nəğməsi və kənd təbiətinin xoş nəfəsi burada müalicə olunan döyüşçülərdən ötrü sanki məlhəmə cevrilmişdi. Qanlı-qadalı döyüş səhnəsindən bu şəfa ocağına yaralı axını artan zaman içimizə nüfuz edən həyəcan seli sadalanan gözəlliklərin nəşəli təsirini heçə endirir, halımızı qarışdırırdı. Bizi xoş hal edən yalnız öz şəfqətli əməlləri ilə ölümü öldürən hərbi həkimlərin fədakarlığı idi. 
1993-cü ilin yay aylarında 701 saylı motoatıcı briqadanın döyüşçü heyəti ön atəş mövqeyində möhkəm durmaqla yanaşı ehtiyata çıxarılmış bölmələrlə güclü döyüş hazırlığı aparılırdı. Kəlbəcər işğalının hayıfını almaq üçün əsaslı tədbirlər görülürdü. Söz yox ki, düşmən qüvvələri bu hazırlıqdan duyuq düşmüşdü. Daha ətraflı məlumat əldə etmək məqsədilə erməni təxribat-kəşfiyyat qrupu iyun ayının 5-də gecə radələrində Murovdağ silsiləsinin sıldırımlı dağ keçidlərindən keçərək Toğana kəndinədək gəlib-çıxmışdı. Keçilən yol az deyildi və düşmən bu qədər cəsarət göstərməklə özünü tam təhlükə altına salmışdı. Onlar zənn etdiklərinin əksini gördülər. Briqadamızın hərbi səhra hospitalının qarovul xidmətinin sayıqlığı erməni təxribat-kəşfiyyat qrupunu daha çox vahiməyə salmışdı. Nəzarət-buraxılış məntəqəsi tərəfindən keçə bilməzdilər. Çünki işıqlı idi. Ətraf aydın görsənirdi. Təxminən gecə saat 02.00 radələrində “dil” tutmaq məqsədilə hospitalın iki cinahından həyətə soxulmağa cəhd etdilər. Həmin istiqamətlərdə həm zil qaranlıq hökm sürürdü, həm də çayın şırıltısı hərəkət və danışıq səslərini udurdu.
Bu dəqiqələrdə qarovul və növbətçi tibb heyətindən savayı hamı yatırdı. Kamil Əliyev yatağına girsə də, hələ gözünə yuxu girməmişdi. Görünür, bu da taleyin bir sınaq məqamı imiş. “Həyəcan” siqnalı verilən zaman o, erməni kəşfiyyatçıları ilə vuruşan qarovul əsgərimizin köməyinə birinci yetişdi. Sayı dəqiq bilinməsə də, aşkarlanmış düşmən qaçmağa üz tutdu. Hospitalın həyətindən uzaqlaşdıqca qaranlıq qatılaşır, göz gözü görmürdü. Qərargahdan kəşfiyyat bölüyümüz gələnədək bütün tibb personalı əlinə silah alaraq nə qədər görünməz olsalar da, daşnakların qarasınca atəş açdılar. 
Güllə səslərinə diksinən kənd camaatı da oyandı. Səksəkəli halda çölə çıxan hər kəs öz həyət işığını yandırdı. Ətrafda qismən işıqlanma əmələ gəldi, lakin erməni kəşfiyyatçıları gözə dəymirdi. Onlar bir göz qırpımı içərisində ilim-ilim itmişdilər. Kamil həkim öz silahdaşlarına nisbətən daha çox riskli hərəkətlər edirdi. O, əsgər Cəlal Mikayılov və Əziz Qurbanovla yan-yana irəliləyir və müşahidə apara-apara atəş açırdı. Ondan iki-üç addım kənarda irəliləyən qarovul əsgərimiz Rizvan Əhmədov həkimin iradəli xarakterinə bələd olsa da, geri çəkilməyi xahiş etdi:
– Həkim, onlar sayca çox deyil, xahiş edirəm geri çəkilin. Onları əzməyə bizim gücümüz çatar. 
– Əsgər, narahat olma, siz sağa-sola tez seyrəlin ki, bu murdar dığaların qaçmağa imkanı olmasın...
Kamil həkimin ağzında sözləri qurtarar-qurtarmaz düşmən tərəfindən özünümüdafiə üçün çalın-çarpaz halda geriyə atılan güllərə tuş gəldi. Onu iki güllə tutmuşdu. Biri ürəyinə dəymişdi. Neçə-neçə nər igidimizi amansız ölümün caynağından alan Kamil həkimin özü bu dəfə ölümə baş əyməli oldu və sağalmaz güllə yarasının ağrısı bütün döyüşçü yoldaşlarına sərt acılar yaşatdı... 
Bir həftə sonra Kamil Əliyevin çoxdan gözaltı elədiyi sevgilisinə nişantaxma mərasiminin keçirilməsi nəzərdə tutulmuşdu. Nişan üzüyü, hətta nişan bəzəyi vurulası quzu Toğana kəndindən alınmışdı. Əfsus ki, Kamilin bu arzusu çin olmadı. Hərbi səhra hospitalı qəm dəryasına batmışdı. Həm hərbi həkimlər, həm tibb bacıları, həm də əsgərlər hamının boğazını sıxan qəm zəncirini qırmağa cəsarət etmir, haldan-hala düşürdülər. Nəhayət, motoatıcı briqadanın düşmənə qarşı həyata keçirdiyi növbəti hərbi əməliyyatqabağı tibb bölüyünün komandiri kapitan İmran Qurbanovun şəxsi heyət qarşısında Kamil Əliyevin yüksək vətənpərvərliyi, yurd naminə fədakar əməlləri, habelə düşmən qüvvələrindən onun intiqamının alınması barədə təsəlliverici çıxışından sonra müəyyən qədər mənəvi toxtaqlıq əmələ gəldi və nişan üçün alınmış quzu Kamil tərəfindən boynuna salınmış ipdən açılıb sərbəst buraxıldı...
Kamil həkimin kamillik sükanı onun ağıl və iradəsinin ixtiyarında idi. Bu ixtiyarilik mənəvi güc ehtiyatını daim zənginləşdirirdi. Verilən ömrün yetkin çağından etibarən ata-anası ilə yanaşı doğma yurda özünü borclu sanmış bu saf qəlbli igidimiz öz hədəfinə tez yetişdi. Candan əziz tutduğu ulu vətənə borclu qalmadı – şəhadət şərbətini içərək müqəddəsliyə qovuşdu... 

İbrahim MƏSİMOĞLU
ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist-yazıçı
 
 "Hərbi and" qəzeti
 14 dekabr 2018-ci il
 


Etiket:
Xəbərlər

"Zorakılığa qarşı zorakılıq Şərdir!"

03.06.2020

Atəşlə doludur küllərim mənim

31.05.2020

İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

30.05.2020

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi

30.05.2020

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI.

28.05.2020

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

28.05.2020

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020

Poçt göyərçinləri məktubu neçə daşıyırdı?

19.05.2020

Laçınsız 28 il

18.05.2020

Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb

16.05.2020

Tanıdığımız və tanımadığımız Vəli Axundov

15.05.2020

Dünya ayağa qalxdı - İrəvan və Zəngəzur Azərbaycana qaytarılacaq - Müqavilə QÜVVƏSİNİ İTİRİB

14.05.2020

"M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadə ilə Qazaxıstanda görüşlərim" - Nəsiman Yaqublu

14.05.2020

İrəvan da daxil olmaqla Arazın hər iki tayının Azərbaycan adlandırlması ilə bağlı daha bir sənəd

13.05.2020

Zərdüştlük dini

12.05.2020

Peyğəmbərlər (ə) haqqında bilmədikləriniz

11.05.2020

QƏRBİ AZƏRBAYCAN (İRƏVAN) RESPUBLİKASI ELAN OLUNDU.

10.05.2020

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

10.05.2020

Göyçə həsrətli veteran - Fotolar

09.05.2020

Faşizm üzərində qələbədə Azərbaycan böyük töhfələr verib

09.05.2020

GÖYÇƏDƏN BAŞLAYIB AMERİKADA BİTƏN YOL        

09.05.2020

Şuşanın ən son görüntüləri - FOTOLAR

08.05.2020

8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür

08.05.2020

1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar

07.05.2020

Tabu - Rəşid Bərgüşadlı

07.05.2020

Mümkünmü ayırsın bizi "İNCİL" İLƏ "QURAN"?

06.05.2020

İrəvan əhalisinin tərkibinin dəyişdirilməsi

05.05.2020

Fərqanə Mehdiyevanın məşhur şeirləri 

03.05.2020

Cümhuriyyəti yıxan adam – ARAŞDIRMA

02.05.2020

BARBAROSDA QƏTL

01.05.2020

Vətənə və xalqa xidmət nümunəsi

01.05.2020

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnməsindən 11 il keçir.

30.04.2020

Zaur Ustac – qələmdar olmaq missiyası

29.04.2020

Vladimir İliç Ulyanov...

29.04.2020

İrəvanda qalmayan xalın sirri: Bir mahnının tarixi-ARAŞDIRMA

28.04.2020

Professor Abuzər Xələfov və Azərbaycan kitabxanaşünaslıq elmi

28.04.2020

Avropanın Türkiyədəki gizli erməni casus şəbəkəsi - Tarixi faktlar

27.04.2020

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

25.04.2020

KQB-nin təklifini rədd edib süpürgəçi işləyən şərqşünas

25.04.2020

Heydər Əliyev Göyçədə – Heç kimin bilmədiyi FAKT - FOTO

24.04.2020

"Azərbaycan bu bəlanı da dəf edəcək” - Ağalar Vəliyev

24.04.2020

Mənim bir dostum var - Aida Eyvazlı  

23.04.2020

Əhliman Əmiraslanov: “Ölkə Prezidenti üçün əhalinin sağlamlığı bir nömrəli prioritet məsələdir” 

23.04.2020
Bütün xəbərlər