Abbasəli Kərimovun şeirləri

19:50 / 04.03.2019

 

Payız

Payızdır...budaqlar yalqız qalıbdır,

Yüz yarpaq qoşulur əsən hər yelə.

Meşələr necə də fikrə dalıbdır,

Qışın qorxusu var qabaqda hələ.

 

Örüşdə, arxacda quzu mələşmir,

Elə bil gədiklər yuxuya dalıb.

Çəməndə, yamacda çoban güləşmir,

Dağların üstünü qəriblik alıb.

 

Hərdən buludların hayı düşsə də,

Dərin dərələrə hakimdir təklik.

Güney daşlarını oylaq seçsə də,

Baharsız darıxır xınalı kəklik.

 

Payız qırovundan o qorxanların,

Toyunu tutacaq qışın havası.

Sonu çatacaqdır boranın, qarın,

Gələcək dağların gülü, səfası.

 

Dağlar

(Səməd Vurğunun xatirəsinə)

Geyib yaşıl donu bahar fəslində,

Göstərir hər kəsə hörməti dağlar.

Seçməyib yaxşını pisdən heç zaman,

Çəkir hər qonağı zəhməti dağlar.

 

Yayda gül geyirsən, qışda bəyaz qar,

Hər daşın altında saf bir çeşmə var.

Söylə: görən insan necə unudar,

Qoynunda çəkdiyi ləzzəti, dağlar!

 

Silinməz köksündən Vurğunun izi,

Oxşayır qəlbini hər şirin sözü.

Seçməyib qocadan gəlini, qızı,

Edirsən mehriban söhbəti, dağlar.

 

Maralların durur hey rəngi solğun,

Axır indi coşğun çayların durğun.

Daha nəğmə demir ellərə Vurğun,

Onlardamı çəkir həsrəti, dağlar?!

 

Bahardır, açılır nərgiz, yasəmən,

Coşur bulaqların gülür çay, çəmən.

Gəlmişəm yanına cavabın versən:

Onsuz necə çəkim möhnəti, dağlar?!

 

Kənd həsrəti

 

Taleyin gətirə, qismətin ola,

Çıxasan yüz dəfə Şahocağına.

Dizində taqətin, gözdə nur qala,

Baxasan dünyanın hər bucağına.

 

İyulda gəzəsən dağı doyunca,

Oxşaya qəlbini şehli, tər yonca.

Titrəyə ürəyin başın qoyunca,

İşvəli, qəmzəli yar qucağına.

 

Yemliyi yeyəsən, yarpız dərəsən,

Yasəmən gülündən çələng hörəsən.

Sevdiyin dilbərə könül verəsən,

Lalə kölgə sala ağ yanağına.

 

Hürküdüb qovasan yaşıl çəməndə,

Diksinib oyana gül də, çəmən də

Ayağı büdrəyib sinə enəndə,

Alasan əndamı öz qucağına.

 

Qırmızı lalələr başa şal ola,

Həyalı yanaqlar  ondan al ola,

Öpəsən, qucasan dilin lal ola,

Yorulub düşəsən dəm otağına.

 

Qüssə görünməyə qaşda, qabaqda,

Tərini yuyasan  Dərin bulaqda.

Naharı edəsən Şirin bulaqda,

Kababdan yağ düşə köz ocağına.

 

Nənəmin iş günü

Nənəm qalxdı yuxudan gecədən xeyli var,

Sönməmişdi hələlik göydəki ulduzlar.

Bərk yorulub düşmüşdü baba gücdən artıq,

Gözləyirdi nənəmi kərgədələmə tığ.

Ələyib tığı arpa, samanı götürdü,

Mənfur gecənin zülmət çağını ötürdü.

Yenicə dağıdırdı küləşi xırmana,

Dəcəl uşaq oyanıb bağırdı:

- Ay ana!

Körpə bal ağlayır, anası tər tökür,

Ağır şələ yükünün altında diz çökür.

İncitdikcə qıl-sicim qabarlı əlləri,

Gərdəninə dağılır tozlu gur telləri.

Dözmür ürək, bağlayır uşağı dalına,

Yanmasınlar ax, niyə, ananın halına!

Yanağından axan tər civədən çox ağır,

Körpə uşaq belində ana inək sağır.

Elə bu an naxırçı çağırır:

- Getdi mal!

Nənə inək-dananı qovur dalbadal.

Uşaqları yemləyir quru, dadar-doymaz

Tələsir ki, biçinə tez yetirsin bir az.

Yoxdur əsla ümidi yoldaşdan, köməkdən,

İşdən əvvəl dərin bir ah çəkir ürəkdən.

Yolur gödək arpanı başını qaldırmadan

Xəbər varmı sancından, uşaqdan, mamadan!

Ağrı üzür belini yenə də dincəlmir,

Tənha, dağın başında kimsə köməyə gəlmir.

Körpə açır gözünü dağın bir küncündə,

Ana doğur oğlunu əlləri biçində.

Ata sürür ümidlə arabasın dağa,

Rast gəlir küləşə yox, qaragöz uşağa.

Yazıq atanın qəlbindən qara qanlar axdı,

Sanki ildırım vurdu, güclü şimşək çaxdı.

- Yoxdur dolanma ucu hər yan quldur-qaçaq,

Onu tutdu sinəmdən ayaqyalın, çılpaq.

İşlə, çürüt canını, ya qul ver, ya nökər,

Bu da özgə qapıda göz yaşını tökər!

Bəli, belə keçirdi ömrü, toy-düyünü

O, azəri qadını – nənəmin iş günü.

Əllicə il irəli, oktyabrdan qabaq,

Ana, bacımın günü keçirdi bu sayaq.

Alqış sənə, əlli yaşlı hökümətim,

Sən gələndə qurtardı, hər dərdim, möhnətim!

Qovdun ana yurdumdan azğın bəyi, xanı,

Sən verdin hər ürəyə ürəyindən qanı.

Sinə gərib əlli il dünyanın önündə

Hər yağını susdurdun özünün hinində.

Yer kürəsinə sönməz bir Günəş gətirdin,

Sorağımızı Aya, ulduza yetirdin.

Yeganə arzum budur:

- Sən əbədi yaşa!

Addımlasın nəslimiz Yerlə Ayda qoşa!

 

Yanvar 1967 ci il, Cil kəndi

 

Danışaq

 

Aşıq qardaş, götür telli sazını,

Bu toylu, büsatlı eldən danışaq!

Dost-tanış dinləsin xoş avazını,

Bir-birini yolan dildən danışaq!

 

Tarım çəkiləndə ahəngə gəlir,

Ustası olarsa yüz səs yüksəlir.

Şanəsi olmasa yatır, dincəlir,

Bir başdakı doqquz teldən danışaq!

 

Vüqarı ucaldır, alçalıb enməz,

Koroğlu yoldaşı, xainlik etməz.

Şadlıq yolçusudur qəmlənsə dinməz,

Bir ağızda doqquz dildən danışaq!

 

Ələsgər dindirdi sol əli ilə,

Vaqiflə Vidadi dost bildi elə.

Kərəm Əslisini gətirdi dilə,

Bir yaxada doqquz güldən danışaq!

 

Qışda da, yayda da köynək geyinər,

Kimsəsiz qalarsa küsər, deyinər.

Dülgəroğlu deyir, tapan söyünər,

Bir bədəndə doqquz əldən danışaq!

 

24 mart 1968-ci il,

Ardanış kəndi.

 

Qalacaq

Xəsislik eyləyib girsən möhnətə,

Həmdəmin gözündə qan-yaş qalacaq!

Unutma qardaşı uyub şöhrətə,

Dar gündə arxanda qardaş qalacaq!

 

Güzar eylə neçə dağın başına,

Gözün sataşacaq məzar daşına.

Şahidlik verən yox dünya yaşına,

Axırda nişanən bir daş qalacaq!

 

Dülgəroğlu, açma hər gizli dərdi,

Qədəhin dostları gəlib-gedərdi.

Elə ki, taleyin üzün döndərdi,

Namuslu oğulun sirdaş qalacaq!


Etiket:
Xəbərlər

Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut

12.11.2019

Albanların xiristanlığı qəbul etməsi

07.11.2019

Yarımçıq qalmış sevgi və ya sovetlərin üç körpə qıza etdikləri sitəm...

07.11.2019

Ailəsindən küsən, tənha yaşayıb tənha ölən Xalq artisti

06.11.2019

Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar

06.11.2019

Klounların təzim etdiyi, xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz...

05.11.2019

"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR

04.11.2019

Xruşşov dövrünün Qarabağ şəhidi - FOTOLAR

04.11.2019

Dronqo kimdir?

01.11.2019

O, Xalq yazıçısı adından çox nökər olmağına sevinmişdi – Maraqlı faktlar

01.11.2019

Bir taleyin oyununda iki böyük türk – ARAŞDIRMA

31.10.2019

Xaricdə yüksək vəzifə tutan azərbaycanlılar - SİYAHI

30.10.2019

“Mən türkəm, bu qədər” - Nobel mükafatçısının HƏYAT HEKAYƏTİ

30.10.2019

İnterneti rədd etmək mümkündürmü? - Umberto Eko yazır...

29.10.2019

Rus dili

29.10.2019

Üzünə Bəxtiyar Vahabzadənin tüpürdüyü general: – “Özümü xoşbəxt hesab edirəm ki, bu adama əl qaldırmadım”

28.10.2019

Amerikalı ravvin erməniləri ifşa etdi

28.10.2019

Qan gölü, əmirə kəllə hədiyyəsi, yerlə yeksan olan tarix... – III YAZI

28.10.2019

Hitlerin əsgəri, Stalinin məhbusu olan Azərbaycan aşığı

25.10.2019

Hüseyn Cavid əbədiliyi

24.10.2019

Ayaz Arabaçı - şeirlər

24.10.2019

Xalq Yazıçısı Anar bir qrup gənc qələm sahibiylə görüşüb

24.10.2019

Şah Abbas farspərəst idi, yoxsa TÜRKÇÜ?

24.10.2019

Cəlalilər: qanlı üsyan, izi itmiş Koroğlu, öldürülən Dəli Həsən... – Tarixin sandığından

23.10.2019

Aləm Kəngərlinin “Qatarda 18 əhvalat” adlı yeni kitabı çapdan çıxıb

22.10.2019

Hökməli kəndində “Sufi Həmid” qədəmgahları

22.10.2019

 Aşıq Ələsgərin xatirəsi Xaçmaz şəhərində yad edildi.

21.10.2019

“Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir, bu tarixi səhvi düzəltmək lazımdır”- RUSİYADAN ERMƏNİLƏRƏ ÇAĞIRIŞ

21.10.2019

Süleyman Rüstəmin 30 il əvvəlki son müsahibəsi:
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” 

21.10.2019

Ermənilərin gülünc və absurd iddiaları - ŞƏRH

19.10.2019

Müstəqilliyimiz əbədidir.

18.10.2019

İlham Əliyev Zəngəzurun Ermənistana verilməsi barədə danışdı

18.10.2019

Ərəblinski niyə öldürüldü?

17.10.2019

Ermənilər tarixi bu cür SAXTALAŞDIRIB: Əslində isə indiki İrəvan şəhəri...

17.10.2019

İradə Aytel – “Türkəm, kürdəm, talışam, ləzgiyəm, avaram, udinəm…”

16.10.2019

Milli Ordu quruculuğunun ilk hərbi məktəbləri

16.10.2019

Rizvan Talıbov: “1988-1991-ci ilər ərzində Ermənistandan qaçqın düşmüş 500000 (beş yüz min) bu günkü faktiki sayları 1.000000-u (bir milyonu) keçmiş Ermənistan qaçqınlarının məsələsi sülh danışıqlarının predmeti olmalıdır”

15.10.2019

Azərbaycanda çadra əleyhinə hərəkat - Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli

14.10.2019

"Qara bağ": SSRİ dağılmağa nədən başladı

11.10.2019

“Nobel” almış qadınlar

11.10.2019

Uğur böcəyi  

10.10.2019

Qeyrətimiz olarsa, yaxud sonuncu dayaq nöqtəsindən reportaj - FOTOLAR

09.10.2019

Sahilsiz qəlbinin dalğalarını misralara çevirən şair…  ABDULLA FARUQ

09.10.2019

Məşhur azərbaycanlı aktyor və bolşevikin sui-qəsdi ilə öldürülən Həsən bəy Ağayev - “Qürbətin doğma məzarları”

08.10.2019

Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi

07.10.2019

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

04.10.2019

3 oktyabr tarixinin Türk Dünyası üçün önəmi

03.10.2019

90 min uşağı ölümdən xilas edən həkimin inanılmaz həyat hekayəsi

03.10.2019

Tibb bacısıyla evləndi, tibb bacısı da onu öldürdü – Maraqlı faktlar

02.10.2019

Bu gün günlərdən Vaqif Bayatlı...

01.10.2019
Bütün xəbərlər