Mif ibtidai təfəkkürün gerçəkliyi anlamaq cəhdidir – İkinci Mahmudun müsahibəsi

17:17 / 09.07.2019

Goyce.az saytı Artkaspi.az saytına istinadən İkinci Mahmudun müsahibəsini təqdim edir: 


 – Bir çoxlarının fikrincə ədəbiyyat, əslində, mifologiyadan dastana keçidlə başlayır. Siz bu haqda necə düşünürsünüz?


 – Mifologiya miflər haqqında elmdir. Mif sözünün mənalarından biri elə "dastan”dır... Dediyin məsələ folklor janrı kimi epos və mif arasındakı keçidlə bağlıdır. Miflərin yaşı dastanlara nisbətən daha qədimdir. Dediyin hadisə o vaxt baş verdi ki, artıq mifik süjetlər öz praktikliyini itirdi. Biz insan cəmiyyətinin yeni inkişaf mərhələsinə keçməsindən danışırıq. Yəni miflər artıq öz praktik gücünü itirəndə yeni formaya keçməyə başladı – epos yarandı. Düzü, mən bu cür qəti bölgünün tərəfdarı deyiləm. Çünki bəzən mifin harda bitdiyini, dastanın harda başladığını ayırd etmək mümkün olmur. Mifin yaranma səbəbi başqa idi. O, praktik əhəmiyyətli idi. Dastanın isə xüsusi praktik əhəmiyyəti yoxdur. Ola bilsin ki, buna görə də mifləri yox, məhz dastanları ilkin ədəbi nümunələr hesab edirlər.

 –  Miflərə hansı yanaşma daha doğrudur, sizcə, – uydurma, təxəyyül məhsulu ya gerçəkliyin yenidən yaradılmış görüntüsü?


 –   Gəlin belə danışaq, həyat nədir, gerçəklik nədir? Hamısı adicə illüziya deyilmi? Yəni bizim gerçəklik haqqında düşüncələrimiz, bizim gerçəklik anlayışımız əslində gerçəkliyi nə qədər dəqiq alqılamağımızla bağlıdır... Mif, təbii ki, uydurmadır. İzah axtarışından yaranır. Mif ibtidai təfəkkürün geçəkliyi anlamaq cəhdidir. Bu cəhd nəticəsində isə "gerçəkliyin yenidən yaradılmış görüntüsü” formalaşır. 
 
 – Necə olub ki miflər yaranıb? İlk insanlar qarşılaşdıqları təbiət hadisələrini sorğulayaraq bunları fövqəltəbii qüvvələrin müdaxiləsinə bağlayırdı?


 – Mən mifoloq deyiləm, amma bu suala təxminən cavab verdik. Miflər ətrafda – təbiətdə baş verənləri anlamaq cəhdidir. Sən sorğulamaq deyirsən, amma söhbət heç sorğulamaqdan da getmir. Söhbət anlamaqdan gedir. Yəni informasiyasızlıq şəraitində, informasiya yaratmaqdan gedir. Mən miflərin yaranma mexanizmini, bilirsən, nəyə bənzədirəm? Alatoranlıq havada uzaqdakı hansı obyektə baxırsan. O obyekt sənin gözündə müxtəlif şəkillər alır. Obyekti tam görə bilmirsən deyə onu tanımaqçün sənə əvvəlcədən tanış olan hansısa obyektə bənzədirsən. Bu beyində baş verir. Miflərin yaranma mexanizmi də təxminən bu cürdür. Yunan əsatirlərinə baxanda bunu aydın görmək olur. 
 
 – Modern insan və mifologiya. Bunlar bir-birindən çox uzaq görünür?


 – Dedik ki, miflər ibtidai təfəkkürün məhsuludur. Əla yerə toxundun. Bəs indi modern dünyada miflər nə qədər aktualdır. Doğrudan da, mif və modern insan bir-birinə  çoxmu yaddır. Məsələ burasındadır ki, indi postmodern dövrdür. Postmodern dövr o vaxt başladı ki, insan oğlu rasional həqiqətlərdən sıxıldı. İndi o keçmişə qayıdıb. O irrasional "həqiqət” axtarışındadır. Çünki rasional şeylər sıxıcıdır. Postmodern dünya görüşü keçmişə, natural başlanğıca qayıtmağa meyllidir. Ona görə də indi mifik süjetlər yenidən canlanırlar. Amma onda indi praktik əhəmiyyətli bir nəsnə deyil, o sənət hadisəsidir. Postmodernin ən vacib cəhəti keçmişi yenidən dərk etməyə cəhddir. İndi biz mifləri yenidən dərk etməyə, yenidən dəyərləndirməyə çalışırıq. "Hörümçək adam” sənə hansısa qədim mifik obrazı xatırlatmırmı? 
 
 – 80-ci illərdə dünyada bir çox rok və metal musiqiçiləri yunan mifologiyasından bəhrələnirdi. Sizcə, niyə məhz yunan mifologiyasından?


 – Düzü, bilmirəm, niyə məhz yunan mifologiyası daha məşhurdur. Ola bilər ki, yunan əsatirləri daha yaxşı saxlanılıb. Sistemli tədqiq edilib. Amma düz deyirsən, dünya ədəbiyyatında yunan mifləri at oynadır. Amma məncə, daha ciddi və ekzotik miflər də var dünyada. Məsələn, mən Cənub Şərqi Asiya miflərini öyrənmək istərdim. Daha doğrusu, məncə oralarda bizə yad, yeni, fərqli, maraqlı miflər var. 
 
 – Qərb ədəbiyyatı Homerə borcludursa, bəs Şərq ədəbiyyatı kimə borcludur?


 – Nizaminin adını çəkə bilərəm. Məlumdur ki, Nizamidən sonra farsdilli ədəbiyyatda xeyli "Xəmsə” yazıldı. Hindistanda da "Xəmsə”lərin yazıldığı məlumdur.
 
 Söhbətləşdi: Fəridə Məmmədova


Etiket:
Xəbərlər

Ermənilərin gülünc və absurd iddiaları - ŞƏRH

19.10.2019

Müstəqilliyimiz əbədidir.

18.10.2019

İlham Əliyev Zəngəzurun Ermənistana verilməsi barədə danışdı

18.10.2019

Ərəblinski niyə öldürüldü?

17.10.2019

Ermənilər tarixi bu cür SAXTALAŞDIRIB: Əslində isə indiki İrəvan şəhəri...

17.10.2019

İradə Aytel – “Türkəm, kürdəm, talışam, ləzgiyəm, avaram, udinəm…”

16.10.2019

Milli Ordu quruculuğunun ilk hərbi məktəbləri

16.10.2019

Rizvan Talıbov: “1988-1991-ci ilər ərzində Ermənistandan qaçqın düşmüş 500000 (beş yüz min) bu günkü faktiki sayları 1.000000-u (bir milyonu) keçmiş Ermənistan qaçqınlarının məsələsi sülh danışıqlarının predmeti olmalıdır”

15.10.2019

Azərbaycanda çadra əleyhinə hərəkat - Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli

14.10.2019

"Qara bağ": SSRİ dağılmağa nədən başladı

11.10.2019

“Nobel” almış qadınlar

11.10.2019

Uğur böcəyi  

10.10.2019

Qeyrətimiz olarsa, yaxud sonuncu dayaq nöqtəsindən reportaj - FOTOLAR

09.10.2019

Sahilsiz qəlbinin dalğalarını misralara çevirən şair…  ABDULLA FARUQ

09.10.2019

Məşhur azərbaycanlı aktyor və bolşevikin sui-qəsdi ilə öldürülən Həsən bəy Ağayev - “Qürbətin doğma məzarları”

08.10.2019

Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi

07.10.2019

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

04.10.2019

3 oktyabr tarixinin Türk Dünyası üçün önəmi

03.10.2019

90 min uşağı ölümdən xilas edən həkimin inanılmaz həyat hekayəsi

03.10.2019

Tibb bacısıyla evləndi, tibb bacısı da onu öldürdü – Maraqlı faktlar

02.10.2019

Bu gün günlərdən Vaqif Bayatlı...

01.10.2019

“Şəhidlərə müqəddəs məkan, qazilərə Vətən olan - Azərbaycan”... və yaxud Acıdərə döyüşlərinin tale yazısı...

01.10.2019

FƏTƏLİ XAN XOYSKİNİN İNGİLİS GENERALINA DEDİKLƏRİ

30.09.2019

İrəvan şəhəri

28.09.2019

Haylar necə erməni oldu?

27.09.2019

Türklərin inanc tarixi: “uçmaq”, “tin”, “Tanrının oğlu”... – I YAZI

27.09.2019

Şeir təhlilləri: M.Ə.Sabir "Neylərdin, İlahi"

26.09.2019

Basarkeçər
(Basatkeçən)

25.09.2019

Çarli Çaplini niyə ABŞ-dan qovmuşdular və onu niyə kommunist casusu adlandırırdılar

24.09.2019

Heydər Əliyevin anası haqda maraqlı XATİRƏLƏR

24.09.2019

“Ülvimə bir məktub yazdım” kitabı çap olunub

23.09.2019

ADAM YAŞAMAQDAN QORXUR

23.09.2019

"Bir alman - möhtəşəm insan, iki alman - ittifaq, üç alman - müharibə deməkdir!"

20.09.2019

Goyce.az saytı Rüstəm Dastanoğlu ilə müsahibəni təqdim edir.

20.09.2019

Şahbulaq Qıfılı saray kompleksi - Qarabağ abidələri  

20.09.2019

Cəlalilər: qanlı üsyan, izi itmiş Koroğlu, öldürülən Dəli Həsən

19.09.2019

Nərimanlı kökənli 27 abituriyent "tələbə" adını qazandı

18.09.2019

Əfsanəvi Mixaylo Rəsulzadəni öldürməkdən imtina etmişdi- GİZLİ TARİX

18.09.2019

Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı

18.09.2019

İşğal altında olan torpaqlarda 330 yerli əhəmiyyətli abidə dağıdılıb

17.09.2019

NİL ADAM

16.09.2019

Rəhim Əliyev. Birinci Türkoloji Qurultayın iki qərarı haqqında

14.09.2019

Tereza ana ilə bağlı İNANILMAZ FAKTLAR: 12 yaşında... - FOTO

14.09.2019

"Ey Firdovsi, qalx, küfr etdiyin türkü gör" - Əmir Teymurun türkü aşağılayan Firdovsiyə cavabı

13.09.2019

Baninin “Qafqaz Günləri” – köhnə Bakının hekayəsi

12.09.2019

Tarixdə iz qoyanlar: Təbrizdə ana dilində ilk məktəb açan MÜƏLLİM – Şahın Tehrana çağırdığı azərbaycanlı

12.09.2019

“Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili

11.09.2019

Mükəmməl kitab yazmaq istəyirsinizsə... - DAHİLƏRİN TÖVSİYƏSİ

11.09.2019

M.Ə.Rəsulzadənin və N.Nərimanovun İmam Hüseyn haqqında fikirləri - Layihə
 

10.09.2019

Kərbəla nədir?

10.09.2019
Bütün xəbərlər